Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanda Jirinovskinin ruh qohumları var və...”

“Azərbaycanda Jirinovskinin ruh qohumları var və...”


18-12-2015, 09:59
“Azərbaycanda Jirinovskinin ruh qohumları var və...”
Putinin ənənəvi mətbuat konfransında Türkiyəyə qəzəbli köpək kimi diş qıcamasına nə anlam verdiniz? Azərbaycandakı siyasi dairələrin, millət vəkillərinin bu münaqişədə sərgilədikləri davranış sizi qane etdimi?

Moderator.az - ın əməkdaşı bu sualla müraciət etdiyi Azəri - Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdan aşağıdakı cavabı alıb:

"Birinci, Putin özünü dövlət başçısı kimi aparmır, eşkiya, quldur və tərbiyəsiz bir küçə uşağı kimi aparır. Çünki Rusya alışıb belə işlərə, onlar elə düşünürlər ki, istədiklərini edə bilərlər və Rusların kəsdiyi başın sorğu - sualı olmaz. Dövlətlərarası beynəlxaq hüquqa dayalı anlaşmalar var, bu məsələdə Türkiyə üzərinə düşəni yapmışdır və haqlıdır. Rusiya yəqin hesab edirdi ki, Türkiyə də bunun üçün Gürcüstandır, Krımdır və yaxud da Suriyadır? Ona sormak lazım, Suriya sənin sınır qonşundurmu ki, topunu - tüfəngini yığıb gəlmisən, sivil xalqı, Türkmənləri qətl edirsən, hansı haqla, nə dayanarak, Suriya Ermənistan kimi sənin arxa bağçandır, yoxsa bir vilayətindir? Sən Ukraynaya, Krıma niyə girdin? Səbəb kimi bəyan etdin ki, orda mənim ruslarım var, onları qorumaq üçün Krıma girəcəm, bu bəhanəylə də Krımı işğal etdin. Rusiyanın iyirminci yüz ildə apardığı işğalçı siyasətin nəticəsidir ki, bu gün onun dəstəklədiyi Ermənistan Qarabağı işğal altında saxlıyır. Güney Qafqazda Çar Rusiyası dönəmindən başlayaraq yaptıkları cinayətlərin, tökdükləri qanların hesabını kimsə sormadı onlara. Yaxın tariximizdə, Xocalı soyqırımını, 20 Yanvar qətliamını, Tbilisi faciəsini Rusiya törətmədimi? Yəni Rusiyanın burnu ovulan kimi, ayılığını göstərir. Türkiyəni sanksyalarla hədələyir, Rusiyada yaşayan və işləyən Türklərə zülm edir, bəs sənin Türkiyədə nə qədər vətandaşın olduğundan xəbərin varmı? Özəlliklə Nataşaların Türkiyənin hər yerinə səpələnib, Türkiyə də eynisini sənin vətandaşlarına yapsa nə olacaq? Bu şəkildə dövlətmi idarə olunur? Bir dövlət başçısı küçə ağzıylamı danışar? Saldırqanlıq bunların genində var. Sən kim olursan da Türkiyə Cumhuriyyəti dövlətinin hökümətini və Cumhurbaşkanını təhqir edirsən? Aldığın dövlət tərbiyəsi budurmu sənin?

Qaldı ki, bizim içimizdə olan Rusiyanın bəzi nökərlərinə deyəcək sözə heyfim gəlir, görünür 20 Yanvarda, Xocalıda Rusiyanın tökdüyü qanların ortaqlarıdır bunlar. Bu məsələdə Türkiyənin yanında olmamaq, İranın və Rusiyanın yanında olmaq deməkdir. Onların yanında olanlara deyəcək söz yox, bunun adı Qarabağ uğrunda can vermiş Səhidlərimzin Ruhuna xəyanətdir. Azərbaycanda Jirinovskinin ruh qohumları vardır və Milli Məclisə qədər gedib çıxmışlar. Azərbaycan belə duruma düşərsə bu ölkəyə ilk xəyanət edən onlar olacaqlar".

Geri qayıt