Əsas Səhifə > Partiya, Güney Press > “İqtisadi problemə görə insanlar mövqe dəyişməz”

“İqtisadi problemə görə insanlar mövqe dəyişməz”


22-12-2015, 10:05
“İqtisadi problemə görə insanlar mövqe dəyişməz”
Dekabrın 21-i Mərkəzi Bankın üzən məzənnəyə keçməsi ilə bağlı cəmiyyətdə belə bir fikir formalaşıb ki, insanların müxalifətə axın etməsi məsələsi gündəmə gələ bilər. Bu, mümkün ola bilərmi?

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az-a açıqlamasında belə bir tendensiyanın mümkünsüzlüyü qənaətində olduğunu deyib. “Hesab etmirəm ki, iqtisadi vəziyyətlə, iqtisadi problemlərlə bağlı insanlar öz siyasi mövqeyində, siyasi seçimində hər hansı dəyişikliklər etsinlər. Bu, bütün dünyada gedən proseslərdir. Həmçinin, Azərbaycan da dünyanın tərkib hissəsidir. Bütün qonşu ölkələrdə hansı ki, Azərbaycanın sıx inteqrasiya olunduğu ölkələrdə də bu proseslər davam edir.
Azərbaycanın bu proseslərdən təcrid olunması qeyri-mümkündür. İnsanlar da bunu görüb qiymətləndirirlər. Bu yöndə hər hansı bir katakalizm gözləməyə dəyməz. İnsanlar reallığı görüb ona qiymət verirlər”.

Geri qayıt