Əsas Səhifə > Partiya, Güney Press > “Xalqın belə bir çətin günündə ASDP səssiz xanəndə rolunu oynadı”
“Xalqın belə bir çətin günündə ASDP səssiz xanəndə rolunu oynadı”24-12-2015, 09:26 |
Respublikamızda manatın dollar və avro qarşısında 50 faizə qədər dəyərini itirməsi ilə əlaqədar Azərbaycan Kommunist Partiyası öz kəskin etiraz səsini ucaldaraq aşağıdakı məzmunda bəyanat yayıb. Bəyanatda deyilir: "Azərbaycan vətəndaşları növbəti dəfə respublika hökumətinin əhalinin sosial rifahı naminə apardıqları “ məqsədyönlü” siyasətinin qurbanına çevrilib. Əgər bir hakimiyyət, yeni il qabağı, əhalinin bu cür “qayğısına” qalırsa, deməli, belə hakimiyyətin perspektivi yoxdur. Ərzaq və digər məsələlərlə bağlı “təhlükəsizlik” planları işlənib hazırlanırsa, bəs nə səbəbdən iqtisadi, maliyyə təhlükəsizliyi tədbirləri işlənib hazırlanmamalıdır?!” Azərbaycan Kommunist Partiyasından fərqli olaraq, xalqın belə bir çətin günündə Azərbaycan Sosial Demokrat Partiyası isə səssiz xanəndə rolunu oynamışdır. Bu cırtdan partiyanın sədri Araz Əlizadənin baş vermiş hadisəyə təbii iqtisadi proses bəraəti verən “ideya” irəli sürmüşdür. O öz siyasi naşılığı ilə rəhbərlik etdiyi partiyanın Özgəlik məzmununu bir daha təsdiq etmişdir. Bu, həm də həmin partiyanın məqamında badalaq vurmaq azarıdır. Araz Əlizadənin qoynunda yetişdiyi Sovet Azərbaycanına rəhbərlik etmiş Kommunist Partiyası haqqında hərarətlə söylədiyi fikirsiz sözlər, çəkdiyi gülünc haray onun düşüncə imkanın kasadlığından irəli gəlir. Beləsi solçuluq amalını burjua rütbə səviyyəsinə hər an dəyişməyə hazırdır. Burjua hakimiyyəti tərəfindən müəyyən olunmuş vəzifəni, funksiyanı icra etməkdən belə çəkinmirlər. Özləri və sözləri işıqsız belə kəslərin cəhdi əbəsdir, yanlışdır, zərərlidir. Araz Əlizadə anlamalıdır ki, Kommunist Partiyası sosial demokrat partiyasının cəmindən artıq, böyük, yüksək olan bir təşkilatdırdır! Araz əlizadələrdən fərqli olaraq kommunist mövqeyi ağıl, zəka, təhlil və mətləb üzərində formalaşır! Ədalət Abdinov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Geri qayıt |