Əsas Səhifə > Partiya, Güney Press > “İqtidar-müxalifət dialoqunun bərpası üçün təkliflər vermişik”

“İqtidar-müxalifət dialoqunun bərpası üçün təkliflər vermişik”


15-01-2016, 10:19
“İqtidar-müxalifət dialoqunun bərpası üçün təkliflər vermişik”
Azərbaycandakı müxalifət partiyaları ilə iqtidar arasında dialoqların bərpa edilməsi məsələsi yenidən gündəmə gəlib. Son günlər ölkədə yaşanan hadisələr də bunu zəruri edib.
Ümid Partiyasının sədri İqbal Ağazadə Modern.az-a açıqlamasında iqtidar-müxalifət dialoqu ilə bağlı təkliflər verdiklərini deyib: “Bu diqaloqların bərpası bizdən asılı olan məsələ deyil. Biz dialoqun tərəfdarıyıq və bu barədə təkliflərimizi iqtidara vermişik. Amma təklflərə baxılılıb-baxılmaması məsələsini biz izah edə bilmərik. Biz təkliflərimizi vermişik, dəyərləndirmək isə iqtidarın vəzifəsidir”.

Qeyd edək ki, ötən il baş tutan iqtidar-müxalifət dialoqlarında əks tərəfdən Azərbaycan Demokratik Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Milli İstiqlal Partiyası, Azadlıq Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Böyük Azərbaycan Partiyası, Ümid Partiyası, Aydınlar Partiyası, Xalq Partiyası, Sosial Demokrat Partiyası iştirak ediblər.

Geri qayıt