Əsas Səhifə > Partiya, Güney Press > “Bəzi insanların sosial çətinliklərini ifadə etməsi qeyri-adi qarşılana bilməz”

“Bəzi insanların sosial çətinliklərini ifadə etməsi qeyri-adi qarşılana bilməz”


20-01-2016, 10:47
“Bəzi insanların sosial çətinliklərini ifadə etməsi qeyri-adi qarşılana bilməz”
“Bəzi insanların sosial çətinliklərini ifadə etməsi qeyri-adi qarşılana bilməz”.

APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Vitse-spiker bildirib ki, insanlar bu və ya digər problemlərini qaldıra, qanunla nəzərdə tutulmuş şəkildə onları ifadə edə və müvafiq qurumlara tələblərini çatdıra bilərlər: “Buna görə heç kəsi ittiham etmək olmaz. Amma kimlərsə məhz bu şəraitdən istifadə edərək öz qərəzli niyyətlərini həyata keçirmək və ictimai-siyasi durumu gərginləşdirmək, xalqla dövlət arasında münasibətlərə xələl gətirəcək çağırışları etmək, təxribatlar törətməyə cəhd etdilərsə, bunun öz qiyməti var. Bu, hüquqi qiymətdir. Azərbaycan dövlətinin, onun müvafiq qurumlarının bu məsələdə mövqeyi qəti və aydındır. Vətəndaşların fikirləri dinlənilməli, onların sosial problemləri həll olunmalıdır. Buna mane olanlar isə öz hüquqi qiymətini alacaqlar. Xalqın da dövlətin də münasibəti belədir”.

Geri qayıt