Əsas Səhifə > Partiya, Güney Press > Əli Məsimli intiharlar barədə danışmaq istəmədi
Əli Məsimli intiharlar barədə danışmaq istəmədi13-02-2016, 10:09 |
Son vaxtlar ölkədə intihar halları daha da artmaqdadır. Demək olar ki, hər gün mediada azı 1 nəfərin intiharı barədə xəbərlər oxuyuruq. Bunu manatın devalvasiyası ilə bağlı yaranmış iqtisadi-sosial çətinliklərlə əlaqələndirənlər də var. Lakin burada ruhi-psixolji amillər də böyük rol oynayır. Digər səmavi dinlər kimi dinimiz - İslam da Allah bəndəsinin intihara əl atmasını böyük günah kimi kəskin qınayır. Bütün hallarda bu və ya digər səbəbdən müxtəlif yollarla canına qıyanlar Azərbaycan vətəndaşları olmaqla bir tayfanın, bir nəslin, bir ailənin üzvləridir. Və milli genefondumuza böyük zərbə olan intihar probleminə biz bir cəmiyyət olaraq laqeyd qala bilmərik. Bəs intihar hallarının qarşısını mümkün qədər almaq üçün rəsmi və ictimai qurumlar, ziyalılar və s. hansı tədbirləri görə bilər? Bəlkə xüsusi maarifçi qruplar yaratmaq gərəkdir? Görəsən, millət vəkili adını üzərilərinə götürmüş Milli Məclisimizin üzvləri bu barədə nə düşünür? Əməkdaşımız bununla baglı bir neçə Milli Məclis (MM) üzvü ilə ayaqüstü söhbət edib. Maraqlıdır ki, bəzi deputatlar bu suallara cavab verməkdən çəkiniblər. MM-in İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, deputat Əli Məsimli intiharlar barədə sualımızı eşidən kimi “O qədər populist çıxış edənlər var ki, onlara müraciət edin”, - deyərək cavabdan imtina etdi. Parlamentin eyni komitəsinin digər üzvü Vahid Əhmədov isə sualımızın qarşılığında öz fikirlərini rahatlıqla söylədi. Son aylar intiharların daha çox baş baş verdiyi bölgələrdən biri olan Ağcabədi rayonundan deputat, xalq yazıçısı Aqil Abbas intiharlar barədə ayaqüstü yox, daha sonra ətraflı danışacağına söz verdi. Mövzu ilə bağlı müraciət etdiyimiz digər MM üzvləri Zahid Oruc və Fazil Mustafa intiharların profilaktikası üçün dövlət və cəmiyyətin görə biləcəyi işlər barədə ətraflı danışdılar. MM üzvlərinin sözügedən açıqlamaları ilə yaxın günlərdə tanış ola bilərsiniz. Geri qayıt |