HACIBALA ABUTALIBOVA ZƏNG ÇATMIR
Tarix: 17-05-2012, 12:48 |
Çap et
MÜXALİFƏT İSƏ ONDAN CAVAB GÖZLƏYİR
İctmai Palatanın mayın 19-da təyin etdiyi növbəti mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə cavab verilməyib. Bu fikirləri Modern.az saytına İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı deyib. G.Aslanlının sözlərinə görə, qanunla meriya məktuba dünən cavab verməli olsa da, hələ də bir xəbər yoxdur
“Biz dünəndən Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışırıq, amma alınmır. Yenə də onlar həmişəki kimi cavabı gecikdirməklə məşğuldurlar. Halbuki qanunla cavab dünən verilməli idi. Gözləyirik”-deyə G.Aslanlı vurğulayıb.
Qeyd edək ki, İctimai Palata mayın 19-da yürüş-mitinqinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakmiyyətinə müraciət edib. Müxalifət yürüş-mitinqin keçirilməsi üçün Binəqədi rayonu 7-ci mikrorayonda keçmiş “İnqilab” kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə “Dərnəgül” metro stansiyasının qarşısını göstərib.