“30-DAN ÇOX HƏB İÇMİŞDİM”
Tarix: 14-10-2011, 11:58 | Çap et
İNTİHARA CƏHD EDƏNLƏR DANIŞIR
Oktyabrın ilk həftəsində Gəncə, Göygöl və Samux rayonlarından olan 8 gənc intihara cəhd edib. Ümumilikdə isə Qərb bölgəsində bu il ərzində 25 nəfər intihar edib. Onlardan 19-u yeniyetmə və gənclərdir.
Şərti adı Sevinc olan 23 yaşlı Gəncə sakini 2 il əvvəl dərman içərək özünə qəsd etmək istəyib. Deyir ki, son anda valideynləri onu ölümdən xilas ediblər:
«30-DAN ÇOX HƏB İÇMİŞDİM»
«2009-cu ilin yayında ağır depressiya keçirirdim. Çıxış yolunu görmək istəməyəndə uzun müddət yatıb hər şeydən uzaqlaşmaq istəyirsən. Mən dərman içəndə fikirləşirdim ki, ac qarına içsəm, daha yaxşı olar. 30-dan çox həb içmişdim. Sevgi münasibətimin sonluğuna ürəyimdə razılıq verə bilmirdim. Bir sevgi yox idi, sadəcə o oğlan mənim xəyallarımda idi və o, ailə quranda mənə ağır təsir elədi».
Sevinc o an sağ qalsa da, etiraf edir ki, sonralar da müxtəlif problemlərinə görə bir neçə dəfə özünə qəsd etmək istəyib:
«Mədəmi yudular, qulaqlarımadək tutulmuşdu. Ayaqlarım tutuldu. Anam elə bilirdi ki zəhərlənmişəm. Əziyyətimi anam çəkdi. İndi hərdən özümdən soruşuram - dəyərmi həyata son qoymağa?».
NƏSİLLƏR ARASINDA UÇURUM-ƏSAS SƏBƏB
Psixoloq İlham Məmmədov deyir ki, cəmiyyətdə Sevinc kimi gənclər çoxdur. Psixoloq deyir ki, əsasən ailədə valideynlərin uşaqları ilə dostluq etməməsi onların intihar həddinə çatması səbəblərdən biridir. Ancaq psixoloq daha bir vacib məqamı da qeyd edir - sovet psixologiyasından müasir düşüncəyə keçid. Yəni, tərbiyə verənlə tərbiyə alan tamam fərqli düşüncələrdədir:
«Azərbaycanda hər şeydən əvvəl ictimai-siyasi durum dəyişib. Dəyər meylləri dəyişib, sovet sistemi ilə indiki sistem arasında böyük fərq var.
Foto: Arxiv Çünki tərbiyə edən ayrı nəslin nümayəndəsidir, tərbiyə olunan ayrı nəslin nümayəndəsi. Keçid dövründəyik, təzad var. O dövrün təsiridir ki, əksər uşaqlar valideynlərindən kənardadır. Valideynlə uşaq arasında psixoloji təmas yoxdur. Niyə yoxdur? Çünki dəyər meyllərində fərq var. Az gənclərimiz var ki, valideynləri ilə dostdurlar. Bu gərginliyi artıran faktorlardır».
Psixoloq deyir ki, çıxış yolu ilk növbədə valideynlərlə uşaqlar arasında ünsiyyəti artırmaqdır. Regionda intihar hallarının artmasına gəlincə, İlham Məmmədov deyir ki, bölgədə psixoloji məsləhətxanalar yaradılmalı və insanlarla danışıb mənəvi kömək etmək lazımdır.
DÖVLƏT PROQRAMI OLMALIDIR
Psixiatr Dəyanət Rzayev isə deyir ki, intiharlara səbəb heç də sosial problemlər deyil. Belə ki, intihar edənlər əsasən sağlam və maddi cəhətdən normal vəziyyətdə yaşayan insanlardır. Dəyanət Rzayev də valideynlərlə övlad arasında uçurumun intiharların bir səbəbi kimi sadalayır.
Psixiatr diqqəti bir fakta çəkir ki, intiharların statistikasını ancaq KİV-lər aparır, rəsmi rəqəmlər açıqlanmır. O, Azərbaycanda psixi sağlamlıq haqqında qanunun yaradılmasının zəruri olduğunu deyir:
«Əsasən dövlət səviyyəsində bir proqram lazımdır. Ora mütəxəssislər cəlb olunmalıdır. Sosioloqlar, psixoloqlar, ictimai insanlar, bu, tək həkimlərin, psixiatrların işi deyil. Sosial Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin gərək həmişə məlumatları olsun ki, ailələrdə nə baş verir. Əvvəllər sahə müvəkkilinin hər şeydən xəbəri var idi. Kim içir, kim nəyə meyllidir?».
Psixiatr deyir ki, «Psixi sağlamlıq haqqında» Dövlət Proqramı nə qədər tez qəbul olunsa, cəmiyyətə bir o qədər çox faydası dəyər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|