ELDAR HƏSƏNOVLA BAĞLI XƏBƏR TƏSDİQLƏNİR
Tarix: 17-10-2011, 16:05 |
Çap et
O, FİKRƏT MƏMMƏDOVA MÜAVİN TƏYİN EDİLİR
DİA.AZ: - Keçmiş baş prokuror, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənova yeni vəzifənin veriləcəyi barədə çoxdandır yerli mətbuatda məlumatlar yayılmaqdadır. “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) anonim şəkildə telefon açan şəxs bildirdi ki, artıq bu xəbərlər özünü doğruldub və Eldar Həsənov dünən günortadan Bakıdadır.
Mənbənin iddia etdiyinə görə, Eldar Həsənova ədliyyə nazirinin müavini postu təklif edilib: «Eldar Həsənov prezident Rumıniyada səfərdə olarkən İlham Əliyevlə çox isti və səmimi müzakirələr aparıb və bundan sonra prezident ona yenidən Bakıda işləmək təklifi edib».
Mənbə bildirir ki, məhz bundan sonra Eldar Həsənovun Bakıya dönüşü ideyası mətbuatın da işlək mövzularından birinə çevrilib.