10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                     Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” .....                     İrəvan Bakının əsas tələbini qəbul etdi .....                     COP29-a qarşı çıxanlar kim idi? .....                     FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ .....                     Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb .....                     Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI .....                     Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                     Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını .....                     ATƏT böhran içində, MQ isə “yaşayır” .....                     20 yaşlı qadın doğuş zamanı öldü .....                     ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı .....                     Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                     Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri .....                     Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri .....                     "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" .....                     Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu .....                     “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” .....                     AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib .....                     Trampın komandasında KİM OLURSA-OLSUN... .....                     XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... .....                     Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                     İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... .....                     Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... .....                     Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... .....                     "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" .....                     Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... .....                     “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU .....                     Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... .....                 

PROFESSOR-REKTOR DAVASI PİK NÖQTƏDƏ
Tarix: 29-05-2012, 14:50 | Çap et
PROFESSOR-REKTOR DAVASI PİK NÖQTƏDƏ

«MƏNƏ QARŞI FAŞİST JARQONU İLƏ MÜBARİZƏ APARIRLAR…»

Professor, İqtisad elmlər doktoru Bədirxan Musayev: «Cənab Hacıyev, baldızınız qızı Milana Rəsulovanı necə baş mühasib təyin etmisiniz? Bu «Korrupsiya haqqında» qanuna necə uyğundur? Bəlkə kürəkəniniz, qudanızın kürəkəni haqqında danışasınız? O zaman cəsarətiniz varsa, universitetdə oxumayan bir gəncə hərbi xidmətdən yayınmaq üçün saxta arayış verən və buna görə məhkəmə qərarı ilə barəsində hökm çıxarılmış şəxsi necə vəzifədə saxladığınızı açıqlayın…».

-----------------------------
“Əmin olun ki, hakimlərlə yolumuz kəsəcəyinizi düşünməniz, sonda sizin özünüzü uçuruma aparacaq. Hakimlər yolumu kəssə də, dilimi, qələmimi, savadımı, mübarizliyimi kəsə bilməz”

----------------------------

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) professoru, Dövlət Mükafatı Laureatı, Azərbaycanda yeni iqtisadi kibernetikanın yaradıcısı, ölkə və xarici dövlətlər üzrə 60-dan çox elmlər doktoru və namizədi yetişdirmiş iqtisad elmləri doktoru Bədirxan Musayev DİA.AZ-a çox maraqlı məktub göndərib. Prezident İlham Əliyevə müraciətində professor ömrünün 60 ilini həsr etdiyi ADİU-dan rektor Şəmsəddin Hacıyev tərəfindən qanunsuz işdən azad olunmasından tutmuş, professor olaraq bu günədək universitetə buraxılmamasına qədər, həmçinin, məhkəmə hakimiyyətindəki özbaşınalıqlarına və universitetdə baş verən digər faktlardan söz açıb:

- Yəqin 28 may «Respublika günü» ilə bağlı cənab prezidentimizin çıxışına diqqət etdiniz. O, çıxışında xüsusi vurğuladı ki, bugünki Azərbaycanın elmi əsasını sovet dövrünün elm adamları qoyublar və qoymaqdadırlar. Amma təəssüf ki, bu gün Şəmsəddin Hacıyev prezidentin bu sözündə olan hikməti, mesajı da anlamaq istəmir. O, ömrünün 60 ilini İqtisad universitetində keçirən Bədirxan Musayevə qarşı faşist jarqonu ilə mübarizə aparır. Hətta mandatı, şəxsi əlaqələri və pulunu da mənə qarşı haqsız hərəkət və əməllərinə sərf etməkdədir. Təsəvvür edin ki, universitetin bu gün də professoruyam, amma məni girişdən içəri də buraxmırlar. Üstəlik, Ş.Hacıyev bu gün məhkəmələri də oyuncaq vəziyyətinə gətirib. Səbail Rayon Məhkəməsinin hakimləri qeyri-rəsmi söhbətlərində açıq etiraf edirlər ki, deputata qarşı qərar çıxara bilməzlər. Hazırda Səbail məhkəməsinin işə bərpa və digər əsassız qətnamələri ilə bağlı apellyasiya şikayəti vermişəm. Mayın 30-da işə bərpa ilə bağlı Bakı Apellyasiya Məhkəməsində hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə şikayətimə baxılacaq. Ümid edirəm ki, rektorun əli bu məhkəməyə çatmayacaq və hakim Kəmaləddin Bədəlov, nəhayət, ədaləti bərpa edəcək. Əks halda, Ali Məhkəmə mərhələsini də aşıb, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacağam.

Rektorun ona qarşı belə aqressivliyinin səbəbini professor belə izah edib: «Bilirsiniz, mən, rektordan başqa əksər yüksək vəzifələrdə işləmişəm. 7 ay əvvələ qədər isə rektorun müşaviri və «İqtisadi Kibernetika» kafedrasının müdiri vəzifələrində işləmişəm. Konkret sualınıza gəlincə, mən universitetdə baş verən bəzi qanunsuzluqlara açıq etiraz etdiyim üçün indiki vəziyyətlə üzləşmişəm. Rektorun müşaviri işlədiyim dövrlərdə onun bütün göstərişlərini qeyd-şərtsiz yerinə yetirmişəm. Amma sonuncu göstərişi cinayət tərkibli olduğundan imtina etdim. Və cənab prezidentə açıq məktub yazdım. Eyni zamanda, rektora 14 maddəlik təklilərimi yazıb, ondan rüşvətxorluğu, tayfabazlığı, yerlipərəstliyi yığışdırmasını istədim. Hər şey də bundan sonra başladı».

Kafedra müdiri vəzifəsindən qanunsuz azad olunmasını Təhsil Nazirliyinin 09 mart 2011-ci il tarixli 400 saylı əmrinin müvafiq bəndləri ilə əsaslandıran professor qeyd edir ki, rektor qanunlara burada da məhəl qoymayıb: «Rektor əvvəlcə nazirliyin adıçəkilən əmrinin 1.8 bəndinin tələblərini də kobud şəkildə pozdu. Belə ki, mən həmin bəndin (“Kafedra müdirliyinə iddiaçı ərizəsini rektor tərəfindən təyin olunma haqqında əmr verilənədək istənilən vaxt geri götürə bilər») tələbinə əsasən kafedra müdiri olmamaq haqda, digər kafedralar üzrə 10 nəfər namizədlə birlikdə rektora ərizə verdim. Amma o, 9 nəfərinin ərizəsini qəbul etsə də, mənimkini rədd etdi. Bundan sonra rektor 400 saylı əmrin 2.2 və 2.3 maddələrinə də açıq hörmətsizlik nümayiş elətdirdi. Beləliklə, kafedra müdiri olmamaq üçün ərizə yazmağımla bərabər, mənim hesabatım seçki komissiyasında dinlənilməmiş və müzakirə olunmayıb. Bundan əlavə, idarəetmə sahəsində qabiliyyət və bacarığımı müəyyənləşdirmək üçün anket sorğusu da aparılmayıb. Rektorun digər bir qanunsuzluğu isə ekspert və müvafiq kafedraların rəyinin öyrənilməməsidir. Beləliklə, Şəmsəddin Hacıyevin yaratdığı və barmaq işarəsi ilə oturub-duran komissiya da öz üzərinə düşən ağır məsuliyyətə xəyanət etmişdir. Universitetin faşizm fəlsəfəsi ilə idarə olunmasının daha bir sübutu isə odur ki, 26 oktyabr 2011-ci ildə kafedra müdirliyi seçkisində məni tərifləyənlər cəmi 5 gün sonra «top atəşi»nə tutublar. Sizcə, bu, necə ola bilərdi? Nədən tapşırıqla sonradan mənim seçkimi gizli səsverməyə çıxarıb, orada məni təhqir etdirdi? Bütün bunlar universitetin faşist üsul-idarəsilə idarə olunması deyil, bəs nədir?».

Mövcud qanunlara görə, boş kafedra müdiri vəzifələrinə bir ay müddətində elan verilib, seçki keçirilməsi vurğulansa da, İqtisad Universitetində bu qanuna da əməl olunmur. Professor deyir ki, rektorun rəhbərlik etdiyi kafedra başda olmaqla, 7 belə kafedra üzrə indiyədək elan verilməyib: «Amma mənə qarşı çoxbaşlı kombinasiya hazırlayıb, kafedra müdirliyindən də qanunsuz azad etdi.

Daha sonra müşavirlik vəzifəsindən azad olunmasına toxunan professor yazır ki, rektor onu çox gülünc və əsassız bəhanələrlə bu vəzifəsindən də azad edib: «Yazıb ki, əmək funksiyasını yerinə yetirə bilmədiyinə və səhhətinə görə vəzifələrindən azad olunur. Şübhəsiz ki, o, «əmək funksiyası» deyəndə, rüşvət mexanizmində bir neçə «Fatı qalx, fatı otur» prinsipi ilə işləyənlər, bir tikə çörəyə görə 5-6 gün içində 180 dərəcə mövqeyini dəyişən və üzə duranlar kimi işləyə bilmədiyimi nəzərdə tutub. Belədirsə, düz yazıb. Amma konkret qanuni səlahiyyətlərimlə bağlı yazıbsa, belə çıxır ki, onda Maştağadakı Ruhi Dispanserdə onun ciddi müalicəyə böyük ehtiyacı vardır.

Səhhətimlə bağlı məsələyə gəldikdə isə, rektor məni işdən azad etdikdən 14 gün sonra Mərkəzi Klinik Xəstəxanadan arayış aldırıb. Diqqət edin aradakı tarix fərqinə, buna hansı qanuni donu geyindirmək olar?

O arayışa gəldikdə isə deyim ki, orada Mərkəzi Kliniki Xəstəxanaya müraciətlərimin tarixləri qeyd olunub. Bütün bunları isə vaxtilə özüm universitetin mühasibatlığına vermişəm. Digər tərəfdən, işlədiyim müddətdə bir dəfə də olsun, xəstəliklə bağlı işə getməməyimi təsdiqləyən bir sənəd də yoxdur. Üstəlik, mənə buna görə nə bir irad, nə bir xəbərdarlıq olunub. Tam əksinə, həmişə təriflənmiş, maaşımı da tam almışam. Ancaq məhkəmə işinə görə, həm də onun bu bəhanəsini də əlindən almaq üçün sağlamlıq arayışı da almışam. Amma təəssüf ki, bu qədər əsas olmasına rəğmən, Səbail məhkəməsi açıq dedi ki, universitet bu rayonda yerləşdiyi və o, deputat olduğu üçün ədalətli qərar verə bilmirlər. Ancaq mən şübhə etmirəm ki, ortada rüşvət də rol oynadı. Çünki uzun illər bir yerdə işləmiş şəxs kimi, onun qanunsuz metodlarını da dəqiq bilirəm».

Professor hazırda universitetdə yaşı 80-dən yuxarı olan 18 nəfərin çalışdığını da sözlərinə əlavə edərək, bildirib ki, rektorun yaşlı alimlərə qarşı «allergiyası» var: «Rektor hər zaman yaşlıları təhqir edib. Onları alçaltmaqdan sanki ləzzət alıb. Bəzi dairələrə deyib ki, məni guya yaşımla bağlı azad edib. Amma məndən yaşlı universitetdə xeyli adam çalışır. 80-dən yuxarı 18 nəfər, 75-80 yaşında 22 nəfərdir. Eyni zamanda, 70 nəfərdən çox xüsusi büdcə hesabına işə götürülüb. Bəs, görəsən mən niyə azad olunmalıydım ki? Bundan başqa, 30-dan çox məsləhətçi vəzifəsinə, özü də bəzilərinin fiziki və zehni imkanları məhdud olmasına rəğmən, işə adam götürüb. 2-3 il xəstə yatanlar, elmi dərəcəsi olmayanlar məsləhətçi vəzifəsinə əmrlə qəbul edildiyi halda, mənə niyə bu şans tanınmır? Nədir Şəmsəddin Hacıyevin bu kinin səbəbi?».

Bədirxan Musayev onu da məktubuna əlavə edib ki, qarşıdakı aylarda Şəmsəddin Hacıyev nüfuzlu bir neçə alimə qarşı da ona qarşı qurduğu planı tətbiq edəcək: «Mən bilirəm ki, o, bir neçə kafedra müdiri və professora qarşı da analoji addımı atmağa hazırlaşır. Çünki həmin professorlar və bir neçə alimlər sözlərini açıq və üzə dediklərindən, Şəmsəddin Hacıyevin hər zaman qorxulu röyası sayılırlar».

Sonda professor Şəmsəddin Hacıyevin özünəməxsus idarəçiliyində önəmli yer tutanların kimliyini də açıqlayıb: «Vaxti ilə akademik Cəlal Əliyev Ş.Hacıyev haqqında Ayaz Mütəllibovun skripkaçalanı demişdir. İndi bu skripkaçalan universiteti şəxsi ansamblına döndərib, dirijor çubuğu ilə bir ovuc yerliləri və məddahların vasitəsiylə korrupsiya yuvasını genişləndirməkdədir. Özü rektor, millət vəkili, komitə sədri və kafedra müdiri olmaqla bərabər, həm də doktoranturaya rəhbərlik edir. Gedin işləri qaldırın, görəcəksiniz ki, o, ildə qanunsuz olaraq ən azı 20 nəfərə elmi rəhbərlik edib. İl ərzində bu qədər doktoranta rəhbərlik etmək, hansı qanunla tənzimlənir, Cənab Hacıyev? Bəlkə jurnalistlərə bunu açıqlayasınız? Və yaxud baldızınız qızı Milana Rəsulovanı necə baş mühasib təyin etmisiniz? Bu «Korrupsiya haqqında» qanuna necə uyğundur? Bəlkə kürəkəniniz, qudanızın kürəkəni haqqında danışasınız? Əlbəttə, bunlardan danışa bilməsiniz. Heç köməkçiniz Zəfər Bayramovun keçmişindən də danışmağa cəsarətiniz çatmaz. O zaman cəsarətiniz varsa, universitetdə oxumayan bir gəncə hərbi xidmətdən yayınmaq üçün saxta arayış verən və buna görə məhkəmə qərarı ilə barəsində hökm çıxarılmış şəxsi necə vəzifədə saxladığınızı açıqlayın. Budurmu, Sizin vətənpərvərliyiniz, milliliyiniz? Bu, milli xəyanət deyil, bəs nədir? Xoşunuza gəlməyənləri və qanunsuz əməllərinizə şəriklikdən imtina edənləri yuxudan nakam qalxan məxluqlar kimi milli xəyanətdə və digər sərsəm fikirlərlə ittiham edirsiniz. Faktdan danışın, Hacıyev. Müraciətlərimlə bağlı barəmdə ora-bura əsassız məlumatlar verirsiniz. Ətrafınıza da deyin, özlərini yığışdırsınlar. Onsuz da bilirəm ki, bu və ya digər faktlardan danışmayacaqsınız. Həmişəki kimi, Siz və ətrafınız susacaq və pusquda durub, hakimlərin əli ilə guya qələbə çaldığınızı göstərməyə çalışacaqsınız. Bunlar mənə keçməz. Mən sizin kimilərini çox görmüşəm. Unutmayın ki, pulunuzun gücü ilə hakimlər əleyhimə qərar çıxara bilər, amma bununla dünyanın sonu gəlməyəcək. Əmin olun ki, hakimlərlə yolumuz kəsəcəyinizi düşünməniz, sonda sizin özünüzü uçuruma aparacaq. Hakimlər yolumu kəssə də, dilimi, qələmimi, savadımı, mübarizliyimi kəsə bilməz. Eynən siz və ətrafınız kimi, onların da buna nə cəsarətləri, nə də qüdrətləri çata bilər. Bu məktubla diqqətinizə çatdırıram ki, əgər mənə qarşı faşist siyasətinizi dəyişməzsəniz, o zaman bu gün mələk donuna girərək, özünüzü qanunların qoruyucusu kimi necə göstərdiyinizi və yuxarıda sadaladığım və sadalamadığım bütün gizlinlərinizi açmaqda davam edəcəyəm. Qoy, ictimaiyyət də, ölkə rəhbərliyi də İqtisad Universitetini hansı vəziyyətə gətirməyinizdən, kimlərin nə işlə məşğul olmalarından və alimləri necə durumlara saldığınızdan xəbərdar olsunlar!».

Professor sonda onu bildirib ki, əgər vəziyyətə tezliklə müdaxilə edilməzsə, o zaman İqtisad universitetində durum həqiqətən də kritik nöqtəyə yetişəcək: «Onu da deyim ki, mənə bir necə xarici elmi mətbuatdan üzləşdiyim vəziyyətlə bağlı müraciətlər olunub. Hələki Azərbaycan məhkəmələrini gözləyirəm, ondan sonra atacağım addımları çox dəqiq hesablamışam, İnşallah, şahidi olacaqsınız!».

P.S. Xatırladaq ki, professor Bədirxan Musayevin bu fikirləri Prezident İlham Əliyevə yazılmış məktubdan götürülüb. Professor bu məktubu bizə təqdim edərkən, dediklərinin sübutu kimi əlavə məlumatlar və sənədlər də verib. Redaksiya olaraq, bu məlumatları araşdıracağıq. Eyni zamanda, əgər qarşı tərəf konkret ittihamlarla bağlı mövqe bildirmək istəyərlərsə, onların da münasibətini dərc etməyə hazır olduğumuzu bildiririk.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru