8 MÜXALİFƏTÇİNİN HƏBSİ PİSLƏNİLİR
Tarix: 17-10-2011, 16:28 |
Çap et
ABŞ-IN ATƏT-DƏKİ NÜMAYƏNDƏSİ BƏYANAT YAYIB
BŞ-ın ATƏT-də səfiri səlahiyyətlərini icra edən Harri Robins ötən həftənin sonunda Vyanada ATƏT-in Daimi Şurasının iclasında Azərbaycanda 8 müxalifət fəalının 2 aprel mitinqində iştiraka görə həbs cəzasına məhkum edilməsi haqqında 3 və 10 oktyabr tarixli məhkəmə qərarları ilə bağlı ABŞ hökuməti adından təəssüfünü bildirib.
Bəyanatda təəssüflə aksiyanın daha 6 iştirakçısı barəsində 25 avqust tarixli əvvəlki qərar xatırladılır.
ABŞ Azərbaycan hökumətinə ölkə Konstitusiyasına əsasən və ATƏT qarşısında götürdüyü qanunun aliliyinə və vətəndaşların toplaşmaq, ifadə və fikir azadlığı hüquqlarına hörmətlə yanaşmaq öhdəliyini xatırladır.
Bununla əlaqədar olaraq Robins məhkəmə hakimiyyətini işlərə hüquq və əqidəyə əsaslanaraq, Azərbaycanın konstitusion və beynəlxalq öhdəliklərinə uyğun baxılmasını təmin etməyə çağırır.