"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                 

MTN “AVROVİZİYA”DA TERRORU DƏF EDİB
Tarix: 30-05-2012, 11:58 | Çap et
MTN “AVROVİZİYA”DA TERRORU DƏF EDİB

TRANSMİLLİ QRUPLAŞMANIN 40-DAN ARTIQ ÜZVÜ HƏBS OLUNUB

DİA.AZ: - Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) keçirdiyi antiterror əməliyyatı barədə daha bir məlumat yayıb. MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumatda bu yaxınlarda nazirlik tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmə zərərsizləşdirildiyi xatırladılıb:

“Bildirildiyi kimi, xüsusi təlim keçmiş, müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğular, həmçinin digər hərbi ləvazimatlarla təchiz edilmiş silahlı birləşmənin məqsədi Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək olmuşdur. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması və digər təhlükəli aksiyaların törədilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil etməklə əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılmışdır. Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatını ciddi təhdid edən həmin təhlükəli transmilli cinayətkar silahlı birləşmənin zərərsizləşdirilməsi, terrorçuluq hərəkətlərinin vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron, Xaçmaz və Şabran rayonlarında irimiqyaslı xüsusi əməliyyatlar keçirilmişdir. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimətin qarşısı alınmış, o cümlədən Vüqar Padarov məhv edilmiş, silahlı birləşmənin əksər üzvləri tərkisilah edilərək tutulmuşlar”.

Qeyd olunub ki, təhlükəli transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən biri “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində və keçiriləcəyi zaman Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək olmuşdur. Ölkəmizdə belə bir nüfuzlu beynəlxalq tədbirin yüksək əhval-ruhiyyədə keçirilməsi, ictimaiyyət, o cümlədən Azərbaycan vətəndaşları və xarici qonaqlar arasında narahatlıq və vahimə yaratmamaq üçün bu təhlükəli transmilli cinayətkar silahlı birləşmənin qəddar planları barədə həmin dövrdə ətraflı məlumat verilməmişdir. Lakin aidiyyati orqanlar tərəfindən əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılmış, zəruri və intensiv mühafizə-təhlükəsizlik tədbirləri görülmüşdür.
Yuxarıda qeyd olunan silahlı birləşmənin digər üzvlərinin zərərsizləşdirilməsi, onların planlaşdırdıqları başqa hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədilə davam etdirilən antiterror əməliyyatı nəticəsində dəstənin daha 22 üzvü yaxalanmışdır. 2012-ci il may ayının 16-da Bakı şəhərinin Nizami rayonunda keçirilən antiterror əməliyyatı zamanı isə silahlı birləşmənin üzvlərindən biri Azərbaycan Respublikanın vətəndaşı Hüseynov Timur Ruslan oğlu Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahdan atəşlər açmışdır. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Timur Hüseynov məhv edilmişdir. Əməliyyatın gedişində Milli Təhlükəsizlik Nazirliyinin 2 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Əməliyyat zamanı dəstənin rəhbərlərindən biri, beynəlxalq terrorçu şəbəkə tərəfindən Azərbaycanda terrorçuluq aksiyalarının törədilməsi üçün Vüqar Padarovla eyni dərəcədə səlahiyyət verilərək “əmir” təyin edilmiş “Əbu Ubeydə” ləqəbli Saniyev Samir Fəxrəddin oğlu aradan çıxa bilmişdir. Onun tutulması üçün kompleks əməliyyat-axtarış tədbirləri keçirilmiş, bütün əlaqədar orqanlar məlumatlandırılmışdır.
Samir Saniyev Azərbaycanın hüdudlarını tərk etməyə cəhd göstərərkən Qazax rayonunda polis işçiləri tərəfindən yaxalanmışdır. Bu zaman o, silahlı müqavimət göstərmiş, tapançadan atəş açaraq polis nəfərini yaralamışdır. Samir Saniyev tərksilah edilmiş, ondan bir ədəd “Steçkin” markalı tapança, ona aid 40 patron və 2 daraq götürülmüşdür.
Silahlı birləşmə üzvlərinin hüquqazidd əməlləri üzrə aparılan istintaq prosesində məlum olan xüsusatlardan əlavə digər yeni faktlar da üzə çıxmışdır. Müəyyən edilmişdir ki, 2011-ci ilin fevral ayında Dağıstanın Kadar kəndi yaxınlığında təşkil olunmuş “Dağıstan əmirlərinin şurası”nda Azərbaycanda silahlı “cihad”ın edilməsi ilə bağlı müzakirələrdə Vüqar Padarov və barəsində əvvəllər məlumat verilmiş Elmir Nurəliyevlə yanaşı, Samir Saniyev də iştirak etmişdir.
Sonda “əmirlər şurası” tərəfindən Vüqar Padarova, Samir Saniyevə və Elmir Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul verilmişdir. “Dağıstan cəbhəsinin əmiri” “Saleh” ləqəbli İbrahimxəlil Daudov yaradılmış yeni silahlı birləşməyə “Busra” ləqəbli Vüqar Padarovu “əmir” təyin etmiş və bu barədə videogörüntülü müraciət sonuncunun mobil telefonunun yaddaşına yazılmışdır.
2011-ci ilin iyul ayında Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev müxtəlif növdə və sayda silah-sursatla birlikdə mühafizə olunan dövlət sərhədini Rusiya Federasiyasının Dağıstan Respublikasından Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəlmişlər. Əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Qusar rayonunda Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyevi dəstənin üzvü Əmir Muradov qarşılamış və onları idarə etdiyi avtomaşınla əvvəlcə Sumqayıt şəhərinə aparmışdır. Samir Saniyev buradan Bakı şəhərinə, Vüqar Padarov, Elmir Nurəliyev və Əmir Muradov isə Zaqatala şəhərinə yola düşmüşlər.
Eyni zamanda, məlum olmuşdur ki, beynəlxalq terror şəbəkəsi tərəfindən Azərbaycanda silsilə terrorçuluq aksiyalarının keçirilməsi, əhali arasında vahimə, etnik və dini zəmində qarşıdurma yaradılması, sabitliyin pozulması və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirilməsi üzrə verilən göstərişlərin həyata keçirilməsi məqsədilə Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev həmçinin müxtəlif vəzifələr üzrə həm birlikdə, həm də ayrılıqda fəaliyyət göstərmələri barədə təlimatlandırılmışlar. Belə ki, tapşırıqlara əsasən, Vüqar Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri tərəfindən cari ilin aprel ayının əvvəlində Azərbaycan Respublikası Prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başcısına qarşı terror aktı həyata keçirilməli, habelə eyni vaxtda hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil edilməli, bu strukturların əməkdaşları öldürülməli və inzibati binalarda olan silah-sursat ələ keçirilməli, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi. Elmir Nurəliyev isə Vüqar Padarovla əlaqəli şəkildə Bakı şəhərində qeyd olunan terrorçuluq aksiyalarının törədilməsi məqsədilə zəruri məlumatların əldə edilməsi üçün kəşfiyyat işləri apararaq, hücum hədəflərinin, o cümlədən bir sıra dövlət orqanlarının yerləşdikləri ərazilərin sxemlərini, iş rejimini, xidməti personalının sayını, snayper mövqelərini və digər faktorları müəyyənləşdirməli idi. Samir Saniyev öz növbəsində rəhbərlik etdiyi silahlı qrupun üzvləri ilə birlikdə Bakı şəhərində əcnəbilərin daha çox olduqları və qaldıqları yerlərdə, o cümlədən “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, eləcə də hər vəchlə biletlər əldə etməklə “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırmışdır. Bu dəhşətli terrorçuluq aksiyaları törədildikdən, respublikada xaos yaratmağa nail olunduqdan sonra silahli birləşmənin üzvlərinin Azərbaycanın şimal rayonlarındakı dağ-meşə massivlərində əvvəlcədən hazırlanmış blindajlarda və qazmalarda gizlənmələri və Dağıstandan gələcək əlavə terror qüvvələri ilə birlikdə hərəkət etmələri nəzərdə tutulmuşdur. Samir Saniyev və ona “biət” etmiş şəxslər partlayıcı qurğuların hazırlanması məqsədilə külli miqdarda partlayıcı maddələr əldə etmiş, Hüseynov Timur və digərləri isə terror edəcəkləri hədəflər ətrafında müvafiq müşahidələr və dəqiqləşdirmələr aparmışlar. Bundan başqa, məlum olmuşdur ki, terrorçuluq aksiyalarını törətmək məqsədilə Samir Saniyev özü ilə gətirdiyi maliyyə vəsaitləri hesabına “Nissan Pathfinder” markalı avtomaşın da almışdır. Onun planına görə, əvvəlcədən tədarük edilmiş partlayıcı maddələr həmin avtomaşına, eləcə də dəstənin digər üzvlərinə məxsus nəqliyyat vasitələrinə yerləşdirilməli, bundan sonra paytaxtın baş meydanında, Azərbaycanın dinamik inkişafının simvollarından olan “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanaların avtopark yerlərində saxlanılmalı idi. Timur Hüseynov isə həmin vaxtda beynəlxalq musiqi yarışmasının final mərhələsinə bilet əldə edərək “Baku Crystal Hall”a daxil olmalı və özlərinin xüsusi hazırladıqları, mütəxəssislər tərəfindən "şok bombası" kimi tanınan partlayıcını işə salmalı və nəticədə tamaşaçılar arasında tələfata və xəsarətlərə hesablanmış kütləvi basırığa nail olmalı idi. Eyni vaxtda mehmanxanaların qarşısında saxlanılmış avtomaşınlardakı partlayıcı maddələr məsafədən işə salınmaqla böyük dağıntılarla müşayiət olunan partlayışlar törədilməli idi. Həmçinin eyni üsulla partlayıcı maddələr yerləşdirilmiş daha bir avtomaşının Bayıl qəsəbəsinin Bayraq Meydanına yaxın yaşayış binalarından birinin həyətində partladılması da nəzərdə tutulmuşdur.
Lakin həyata keçirilmiş qabaqlayıcı antiterror tədbirləri, eləcə də hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlığı və həyatları bahasına göstərdikləri şücaət nəticəsində kütləvi insan qırğınına səbəb ola biləcək partlayışların və digər terror-təxribat əməllərinin qarşısı vaxtında və qətiyyətlə alınmış, Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi nüfuzu qorunub saxlanılmışdır.
İndiyədək silahli birləşmənin 40 üzvü yaxalanmış, ümumən onlardan terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 13 ədəd avtomat silah, 1 ədəd «RPK» tipli əl pulemyotu, 12 ədəd müxtəlif tipli tapança, 3 ədəd karabin, 3424 ədəd müxtəlif çaplı patron, avtomat silah və tapança üçün 66 ədəd daraq, 23 ədəd “RQD-5”, 26 ədəd “F-1” və 3 ədəd “RQ-42” tipli əl qumbarası, xeyli sayda qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular, 2352,22 qram partlayıcı maddə olan plastid, habelə içərisində təxminən 20 kiloqram partlayıcı maddələrin olduğu 2 ədəd hər biri 10 litr tutumlu qablar, 675 qram trotil şaşkası, 19 ədəd partlayıcı qurğunun elektrik partladıcısı, 19 ədəd detonator və kapsul, 48 ədəd «Kenwood» markalı rabitə aparatı, qanunla qadağan edilmiş digər sursat və əşyalar, müxtəlif soyuq silahlar, habelə terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyatlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, əsasən beynəlxalq terrorçulara xas olan xüsusi bilgilərdən və sxemlərdən istifadə olunmaqla diqqəti cəlb etməyən oyuncaq maşının içərisinə partlayıcı maddələr - 438,2 qram plastid, 200 və 75 qramlıq trotil şaşkaları, kapsul, təlafatın və xəsarətin geniş miqyasına hesablanmış dəmir qırıntıları yerləşdirilmiş və məsafədən idarə olunan, 100 metr radiusda canlı qüvvəni məhv etməyə qadir 1 ədəd partlayıcı qurğu aşkarlanaraq götürülmüşdür.
Qeyd olunmalıdır ki, götürülmuş partlayıcı qurğuların içərisində adi yoxlayıcı detektorlarla müəyyən edilməsi mümkün olmayan və xarici görünüşünə görə şübhə doğurmayan, əsasən kütləvi tədbirlərin keçirildiyi yerlərdə çoxlu sayda insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına səbəb ola biləcək güclü dağıdıcı qüvvəyə malik partlayıcı maddələrin hopdurulduğu adi qəzet bükülüsü olan 1 ədəd silindrik formalı partlayıcı qurğunun dəstə üzvlərindən aşkarlanması beynəlxalq terror şəbəkəsinin niyyət və məqsədlərinin miqyasını aydın şəkildə göstərir.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru