ERMƏNİSTANDA KORRUPSİYA BÖHRANI
Tarix: 14-06-2012, 13:24 |
Çap et
VARDAN OSKANYANA QARŞI CİNAYƏT İŞİ AÇILIB
Uzun müddət Ermənistanı beynəlxalq aləmdə demokratik dövlət kimi tanıtmağa çalışan bu ölkənin keçmiş xarici işlər naziri, Ermənistan Milli Şurasının deputatı, “Çiçəklənən Ermənsitan partiyası”nın üzvü Vardan Oskanyanla bağlı cinayət işi açılıb. Ermənistan Milli Təhlükəsizlik Şurası onu çirkli pulların yuyulmasında ittiham edir.
Belə ki, əsası Ermənistanda qoyulmuş, özü isə Birləşmiş Ştatlarda yerləşən “Huntsam Building Production” şirkətinə məxsus 100 faiz səhm saxta yollarla 2 milyon dollara satılıb. Və onun 1 milyon 135 min dolları əvvəldən danışıldığı kimi xeyriyyə işlərinə xərclənməyib. Ermənistan Milli Təhlükəsizlik Şurasının məlumatına görə, bu pul Vardan Oskanyanın sədri olduğu “Sivilitas” fonduna köçürülüb.
Vardan Oskanyan isə ittihamları rədd edərək bunun siyasi sifariş olduğunu deyib: “Sözügedən pulların mənbəyi məlumdur. Hüquqşünaslar bank əməliyyatı zamanı heç bir qeyri-qanuni halın olmadığını bildirir, vergidən yayınma yoxdur, hər şey şəffafdır”.