Qarabağ terrorçu kürdlərə MƏZAR OLDU - Əsgərlərimiz 3-dən artıq PKK üzvünü öldürüb
Tarix: 8-04-2016, 11:31 |
Çap et
“Dağlıq Qarabağda Azərbaycan hərbçilərinə qarşı döyüşən PKK terrorçuları ağır itki verib”
Bu barədə AzVision.az-a “Yeni Şafaq” qəzetinin jurnalisti Yılmaz Bilgin məlumat verib.
400 terrorçunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilməsi ilə bağlı xəbərin müəllifi olan Yılmaz Bilgin Qarabağda 3-dən çox PKK üzvünün öldürüldüyünü deyib.
“Təhlükəsizlik xidmətlərindən aldığım son məlumata görə, PKK terrorçuları cəbhə xəttində gedən atışmalarda itki verib. Qarabağda Azərbaycana qarşı döyüşən PKK-nın 3-dən çox üzvü öldürülüb. Ölü sayının 3-dən çox olduğu istisna deyil. Ermənilər PKK terrorçularını cəbhənin ön xəttinə göndərir”,- deyə Yılmaz Bilgin qeyd edib.
Qeyd edək ki, Türkiyə KİV-lərin yaydığı xəbərdə terrorçuların İraq və Suriya düşərgələrindən Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir. Məlumatlara görə, PKK-nın Ermənistana hərbiçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir.
Bundan başqa PKK-nın Suriya qanadı olan PYD-nin tərkibində 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib.