Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib .....                     Elektromobil ucuzlaşacaq? .....                     Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir .....                     Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik .....                     Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı .....                     Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq .....                     Quru sərhədlər 2 gün sonra açılır? .....                     Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək .....                     Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq .....                     Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? .....                     Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski .....                     Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? .....                     Ağacan Əbiyev xəstəxanada: .....                     Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə .....                     Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib .....                     Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                 

Qafqaz Universitetində nə baş verir? - ŞOK ittihamlar
Tarix: 22-06-2016, 13:17 | Çap et
Qafqaz Universitetində nə baş verir?
DİA.AZ: - "Ad və soyadımın anonim qalmasını istəyirəm" deyərək DİA.AZ-a müraciət edən şikayətçi çok ittihamlar səsləndirib. Həmin müraciəti təqdim edirik:

"Mən Qafqaz universitetinin 1994-cü il may ayında Bakı şəhərində təşkil etdiyi imtahanda iştirak etdim və əyani şöbəyə ödənişsiz şəkildə qəbul oldum.Mən Qafqaz universiteti tərəfindən Qafqaz universitetinin Rusiya Federasiyasının Dağıstan respublikasının Dərbənd şəhərində yerləşən filialına göndərildim.Mənimlə Qafqaz universitetində müqavilə bağlandı.Qafqaz universitetində bildirdilər ki, Dərbənd şəhərində yerləşən filialın hər bir şəraiti olan yataqxanası var.Təhsilinizi bitirdikdən sonra sizə Qafqaz universitetinin diplomu veriləcək. Mən 1994 -cü il avqust ayında Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Bakı şəhərində təşkil etdiyi imtahandada iştirak etdim və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birinə əyani şöbəsinə ödənişli şəkildə qəbul oldum.Qafqaz universitetinin filialı ödənişsiz olduğu üçün Dərbəndə getdim.Qeyd etmək istəyirəm ki, 1994- cü ildə Qafqaz uiversiteti Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahandan 3 ay əvvəl imtahan təşkil etdi və Dərbənd filialında tədris oktyabr ayında başladı.

Filialın adı Dərbənd Humanitar İnstitutu.( Дербентский гуманитарный институт, Derbent Hümaniter Enstitüsü). Təsis olunma tarixi: 01.04.1993.

Təsiscilər: ÇAĞ Öyrətim İşlətmələri şirkəti və Qafqaz universitetidir .

01.01.1998 -ci il tarixindən başlayaraq Dərbənd Humanitar İnstitutu Beynəlxalq Şərq Universiteti (Международный Восточный Университет, Uluslararası Doğu Üniversitesi ) adlanmağa başladı.

Kadr hazırlığı 5 illik tədris planı əsasında aparılırdı.

Universitetin rektoru Ömər Okumuş.

Sentyabr 1995 - İyun 1999 tarixlərində Dərbənd Humanitar İnstitutunun( Beynəlxalq Şərq Universiteti)rektoru idi

Sentyabr 1999 - İyun 2001 Qafqaz universitetinin rektoru idi.

Hal hazırda Qafqaz universitetində işləyir.

Dərbənd Humanitar İnstitutu tədris hissəsi müdiri Natiq Paşayev(Paşa) (oktyabr1993 - avqust 1997 tarixləri arası).

Avqust 1997- ci il tarixindən Qafqaz universitetində işləyir.

Qafqaz universitetinin saytını açıb personal siyahısına daxil olub hərflərə görə axtarış səhifəsində həriflərə görə axtarış aparsanız orada Ömər Okumuş, Natiq Paşa və Erdal Karamanın CV –lərinə baxın. Onların Qafqaz universitetinin Dərbənd filialı olan Dərbənd Humanitar İnstitutunda( Beynəlxalq Şərq Universiteti) fəaliyyət göstərmələri qeyd olunub.

Dərbəndə qetdim. Qafqaz universitetində mənə vəd etdiklərinin tam əksini gördüm.

Qeyd etmək istəyirəm ki, hər ay yataqxana və qidalanmaq üçün tələb olunan məbləğ artırdı. Amma yataqxanada şərait və qidalanmada heç nə dəyişmirdi və bərbad vəziyyətdə sona qədər qalmaqda davam etdi. Bizə bildirirdilər ki, müvəqqəti çətinlikdir . Sözün qısası hər gün bir bəhanə . İki il yataqxanada qaldıq.Yay tətili bitdikdən sonra yenidən Dərbəndə qayıtdım.Adətən biz tədrisin başlanmasına bir gün qalmış Dərbəndə qəlirdik.Bizi yataqxanaya buraxmadılar.Yataqxananın müdiri bizə bildirdi ki, bu ildən yataqxanada Rusiya vətəndaşları olan qız tələbələr qalacaq.

Yataqxana müdirləri və müavinləri günortaya qədər İnstitutda günortadan sonra yataqxanada fəaliyyət göstərən müəllimlər idi.Ümumiyyətlə İnstitutda və yataqxanada fəaliyyət göstərən bütün müəllim heyəti türklər idi.

Qeyd etmək istəyirəm ki, bizə yataqxananın Rusiya vətandaşı olan tələbələrin(Dərbənd Humanitar İnstitutunun tələbələri) istifadəsinə veriləcəyi ilə bağlı əvvəlcədən heç bir məlumat verilməmişdir və əvəlcədən heç bir xəbərdarlıq belə olunmamışdır

Yataqxanada heç kim yox idi.Biz bildirdik ki, heç olmasa axşam yataqxanada qalaq səhər tezdən özümüzə kirayə ev tapaq.Bizə yataqxanaya daxil olmağa icazə vermədilər.Biz uzun müddət küçələrdə qaldıq. Yataqxanada uzun müddət boş qaldı.

Sonrakı iki il yataqxana Rusiya vətəndaşları olan oğlan tələbələrin istifadəsinə verdilər. Yataqxanada qalan Rusiya vətəndaşları olan tələbələrin bir qismi Dərbənd şəhərinin sakinləri idi.Hətta yataqxananın bir neçə metrliyində yaşayan Dərbənd şəhərinin sakini olan tələbələrin(Dərbənd Humanitar İnstitutunun tələbələri)

yataqxanada qalmalarına icazə verilirdi.Tədris ili başlayıb biz isə kirayə ev axtarırıq. Dərbəd şəhəri o dövrdə çox kiçik idi.Şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələri çox, tələbə sayı isə həddindən artıq çox idi.Sentyabr ayında kirayə ev tapmaq çox çətin idi.Çünki yay fəslində nisbətən ucuz kirayə evlərin hamısı tutulmuşdu.Kirayə evlərin qiyməti həddindən artıq baha idi. Kirayə evlərin az olması və hər il şəhərdə tələbələrin sayının çoxalması kirayə evlərin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olurdu .Biz hər il ev tapmaq məcburiyətində qalırdıq.

Birinci kursda mənim daxil olduğum ixtisas İnstitutun rəhbərliyi tərəfindən ləğv edildi və mənə başqa ixtisasada təhsilimi davam etdirəcəyimi bildirdilər.Bu məsələdə tələblərin fikrini dinləməkdən imtina etdilər.

Birinci kursda bizdən pul tələb olundu. Mən buna etiraz etdim.Bildirdim ki, mən ödənişsiz şəkildə qəbul olunmuşam. İnstitutun rektor əvəz edicisi və digərləri rektorun otağında mənə bildirdilər ki, biz bilirik sən ödənişsiz şəkildə qəbul olunmusan.Biz səndən pul tələb etmirik Rusiya dövləti tələb edir.Sən xarici ölkənin vətəndaşı olduğun üçün Rusiya torpaqbasdı vergisi tələb edir.Sən beş il müddətində bir dəfə pul ödəyəcəksən və bu məbləği ödədikdən sonra səndən başqa pul tələb olunmayacaq.Bu il nə qədər imkanın çatırsa o qədər də ödəyə bilərsən.Yerdə qalan məbləği ikinci və üçüncü kurslardada hissə-hissə ödəyə bilərsən.Biz sənin üçün bu şəraiti yaradacağıq.

Mən birinci kursda tələb olunan məbləğin bir hissəsini ödəyə bildim.Birinci kursun sonunda imtahanlarımız olacaqdı.Birinci imtahan başlamamışdan bir saat əvvəl elan etdilər ki, kim tələb olunan pulu ödəməyibsə imtahanlara buraxılmayacaq və kursda qalacaq.Mən bu pul məsələsi ilə əlaqədər İnstitutun rektor əvəz edicisi və digərlərinə bildirdim ki, axı biz belə danışmamışdıq.Onlar mənə bildirdilər ki ,bu məbləği indi ödəməsən kursda qalacaqsan.Mən bildirdim ki, mənim imtahanda iştirak etməyimə icazə verin və mən pulu sentyabır ayında ödəyəcəm.Onlar məni imtahana buraxmadılar və məni kursda saxladılar.Mən İnstitutun rəhbərliyinə bildirdim ki, mənim attestatımı və sənədlərimi verin mən bu haqsızlıqdan sonra burada təhsil almaq istəmirəm.Onlar mənim sənədlərimi verməkdən imtina etdilər.İkinci il sentyabır ayında birinci il tələb olunan məbləği tam ödədim və sənədlərimi tələb etdim.Sənədlərimi verməkdən imtina etdilər.Mən beş il İnstitutun rəhbərliyindən sənədlərimi ala bilmədim.

Mən ikinci il yenidən birinci kursda təhsilimi davam etməyə məcbur oldum.İkinci il İnstitutun əsl rektoru Ömər Okumuş nəhayət ki gəldi və birinci il bizdən tələb olunan məbləği beş dəfə artdı.Mən buna etiraz etdim və bildirdim ki, axı keçən il mənə İnstitutun rəhbərliyi bildirdi ki ,səndən daha pul tələb olunmayacaq. Rektor Ömər Okumuş mənə bildirdi ki ,səndən heç bir torpaqbasdı vergisi tələb olunmayıb və səndən tələb olunan pul əslində təhsil haqqıdır.

Sonrakı illərdədə təhsil haqqı hər il fərqli miqdarda artdı.

1997-ci il yeni il bayramında tətil də olduq və tətildən qayıtdıqdan sonra Dərbənd Humanitar İnstitutunun adının dəyişib Beynəlxalq Şərq Universiteti olduğunu gördük .İnstitutun universitet olması və yaxud adının dəyişməsi təhsildə və tədrisdə heç bir keyfiyyət dəyişikliyinə səbəb olmadı və aşağı səviyyədə qalmaqda davam etdi.

Bizim Rusiya sərhəd nəzarət- buraxılış məntəqələrindən keçməklə bağlı problemlərimiz var idi. Çünki bizim Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazəmiz yox idi . Tələbələrin bu tip problemlərini həll etmək İnstitutun rəhbərliyinin səlahiyyətinə aid olan bir vəzifəsi idi.Amma onlar bu problemi həll etmirdilər.Azərbaycana gəlib yenidən Rusiya ərazinə qayıtmaq istədikdə Rusiya sərhəd nəzarət -buraxılış məntəqələrindən keçməkdə problemlərimiz yaranırdı.Nəhayət bu məsələni biz tələbələr özümüz həll etdik.

1999- cu ildə yay tətilinə getdik.Sentyabr ayında İnstitutda təhsil alan tələbələr dərsə gələndə institutun qapısı bağlı idi.Rəhbərlik və müəllim heyətindən heç kim yox idi . İnstitutumuzda fəaliyyət göstərən Rusiya vətəndaşı olan katibələr bizə İnstitutun fəaliyətini dayandırdığını və İnstitutun bağlandığını bildirdilər . Qeyd etmək istəyirəm ki, tələbələrə institutun fəaliyyətini dayandıracağı və bağlanacağı ilə bağlı əvvəlcədən heç bir məlumat verilməmişdir və əvəlcədən heç bir xəbərdarlıq belə olunmamışdır . Biz tələbələr yay tətilində olduğumuz zaman institutu bağlayıb Rusiya ərazisini tərk edib çıxıb gediblər. Mən sənədlərimi uzun müddətdən sonra çox çətinliklə əldə edə bildim.

Mən Qafqaz universitetinə qəldim bizim İnstitutumuzun rektoru, prorektoru, dekanı və müəllimlərin bir hissəsi Qafqaz universitetində fəaliyyət göstərirdilər.

Mən onlara təhsilimi davam etdirmək üçün köçürülmə ilə bağlı müraciət etdim və onlar mənə bu məsələ ilə bağlı kömək etməkdən imtina etdilər.Mən Qafqaz

universitetinin rəhbərliyindən Qafqaz universitetinin filialı olan Dərbənd Humanitar İnstitutunda( Beynəlxalq Şərq Universiteti) beş il oxumağımı təsdiq edən sənədin verilməsini tələb etdim. Belə bir sənəd verməkdən imtina etdilər .İmtinanın səbəbini Qafqaz universitetinin Dərbənd Humanitar İnstitutundan( Beynəlxalq Şərq Universiteti) bir neçə il bundan əvvəl ayrılması ilə izah etdilər və dəqiq tarixi demədilər.Mən Qafqaz universitetinin Dərbənd Humanitar İnstitutundan( Beynəlxalq Şərq Universiteti)ayrılması ilə bağılı sənədin surətini və Dərbənd Humanitar İnstitutunun( Beynəlxalq Şərq Universiteti) nizamnamə və lisenziyasının surətini tələb etdim.Bu sənədlərdən başqa Qafqaz universitetində Qafqaz universitetinin əməkdaşının 1994- cü ildə mənimlə bağladığı müqavilənin surətini tələb etdim.Onlar bu sənədlərin onlarda olmadıqlarını bildirdilər. Qeyd etmək istəyirəm ki, Qafqaz universitetindən tələb etdiyim sənədlər Dərbənd filialındada yox idi.Mən Qafqaz universitetinin nizamnaməsinin və lisenziyasının surətini tələb etdim və rəhbərlik surətləri təqdim etməkdən imtina etdi.1999 -cu il sentyabır ayından 2014 cü il avqust ayının əvvəlinə qədər dəfələrlə Qafqaz universitetinin rəhbərliyinə müraciət etdim. İstər şifahi istərsədə yazılı şəkildə heç bir cavab ala bilmədim .Sadəcə 2012- cil ilin iyun ayında Qafqaz universitetindən yazılı şəkildə cavab alabildim.Yazılı cavabda mənim 1994- cü il may ayında Qafqaz universiteti tərəfindən keçirilən qəbul imtahanında iştirak etməyim və qəbul olunmağım əks olunub.Sonda qeyd olunub ki ,1994 -cü il tədris ilinin başından Qafqaz universitetinin Dərbənd filialı Rusiya Federasiyası Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında Dərbənd Humanitar İnstitutu kimi müstəqil fəaliyyətə başlamışdır.Bu tarixdən etibarən Qafqaz universiteti ilə heç bir asılılıq münasibəti olmamışdır.

Əvvəllər mənim 1994- cü il may ayında Qafqaz universiteti tərəfindən keçirilən qəbul imtahanında iştirak etməyim və əyani şöbəyə ödənişsiz şəkildə daxil olmağımla bağlı faktım yox idi. Amma indi var.

Fikir verin onlar biz yay tətilində olanda ayrılıblar, biz yay tətilində olanda yataqxananı Rusiya vətəndaşları olan tələbələrin ixtiyarına verdilər, biz qış tətilində olanda İnstitut universitet oldu və adı dəyişdirildi, biz yay tətilində olanda institut fəaliyyətini dayandırdı.Yəni nə baş verdisə biz tələbələr olmayanda baş verdi.Daha bu qədər təsadüf olabilməz.Biz tələbələrin baş verəcək hadisələrdən qabaqcadan heç bir vaxt xəbərimiz olmadı və bizə qabaqcada heç bir məlumat verilmədi və xəbərdarlıq belə olunmadı.

Onların 2012 -ci il iyun ayında mənə verdikləri arayışda qeyd etdikləri əslində doğru deyil.Çünki filialın lisenziya alıb fəaliyyət göstərməsi onun müstəqil olması demək deyil.

Qafqaz universitetinin rəhbərliyi bildirir ki, Qafqaz universiteti və Dərbənd Humanitar İnstitutu ( Beynəlxalq Şərq Universiteti) bir-birindən 1994- cü ilin tədris ilinin başından ayrılıblar.

Mən bu cavabın doğru olmadığını faktlarla sübut edə bilərəm.

Filialın adı 1993- cü ildə də və biz ora göndəriləndədə filialın adı Dərbənd Humanitar İnstitutu adlanırdı.Qafqaz universitetinin fililalı olan Dərbənd Humanitar İnstitutun( Beynəlxalq Şərq Universiteti)fəaliyyəti dövründə qanunvericiliyin tələbləri çox kobud şəkildə pozulub.

Mən dəfələrlə Qafqaz universitetinin rəhbərliyinə yazılı şəkildə müraciət edib Dərbənd filialının bağlanmasının səbəbini öyrənmək istədim.Onlar isə cavab verməkdən şifahi olaraq imtina etdilər.

Mən dəfələrlə Qafqaz universitetinin rəhbərliyinə yazılı şəkildə müraciət edib tələb etmişəm ki, Qafqaz universitetinin fililalı olan Dərbənd Humanitar İnstitutunun( Beynəlxalq Şərq Universiteti) Rusiya Federasiyasındakı fəaliyyətinin qanuni olmasını və Qafqaz universitetinin Dərbənd filialından ayrılmasını rəsmi sənədlərlə sübut etsin.

Onlar isə cavab verməkdən şifahi olaraq imtina etdilər.

Mənim tələb etdiyim sənədlərin surətləri qanunvericiliyə uyğun olaraq tələbələr tələb etdikləri zaman onlara təqdim olunmalıdır.

1994-2014- cü illər arasında qarşılaşdığım mənzərələr mənə deməyə əsas verir ki, məni aldatdılar və mənə qarşı dələduzluq faktı baş verdi.

Mən 25.08.2014- cü il tarixində Azərbaycan RespublikasıTəhsil Nazirliyinə ərizə ilə müraciət etdim.Ərizə Qafqaz universiteti ilə bağlı şikayət ərizəsi idi. 25.08.2014 cü il tarixindən bu günə qədər (667gün)Azərbaycan RespublikasıTəhsil Nazirliyindən istər yazılı, istərsədə şifahi şəkildə cavab ala bilmədim.Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyində dörd nəfər vəzifəli məmurun qəbulunda iştirak etməyimə baxmayaraq istər yazılı, istərsədə şifahi şəkildə cavab ala bilmədim.

Mən hələlik Azərbaycan Respublikası Təhsil Nazirliyində qarşılaşdığım mənzərəni ictimailəşdirmək istəmirəm.Düşünürəm ki, aidiyyəti dövlət qurumları bu məqaləni oxuduqdan sonra ciddi araşdırma aparacaqlar.

Sonda qeyd etək istəyirəm ki, mənim 1994- cü il may ayında Bakı şəhərində Qafqaz universiteti tərəfindən keçirilən qəbul imtahanında iştirak etməyim mənim gələcəyimi məhv etdi".

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37
Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05
Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57
Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54
Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49
Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44
Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43
Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41
Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38
Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32
Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30
Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28
Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru