Göygöldə məmur özbaşınalıqları - ŞİKAYƏT VAR
Tarix: 2-07-2016, 13:39 | Çap et
Redaksiyamıza daxil olmuş növbəti oxucu müraciətində Göygöl rayonunda yaşanan məmur özbaşınalıqlarından bəhs olunur. Maraqlıdır ki, bizimdovr.az-a müraciətində, şikayətçi vətəndaş ilk növbədə özünün pozulmuş hüquqlarından söz açsa da, daha sonra onun verdiyi açıqlamalar bütün rayon miqyasında rəhbərlik tərəfindən yol verilən qanun pozuntularını əhatə edir. Amma vətəndaşın şikayət ərizəsində yazılanlara keçməzdən öncə, onun öz xahişini nəzərə alaraq, belə bir məqamı da vurğulamaq istərdik ki, bu iki azyaşlı uşaq anası olan gənc xanım, Göygöl rayonunun icra orqanlarının yüksək vəzifəli məmurlarının adlarını öz açıqlamalarında hallandırdığına görə, özünün və övladlarının təqib və təzyiqlərə məruz qalacağını düşünür. Buna görə də, şikayətçi xanım rayonun hüquq-mühafizə orqanlarından onun bu ehtimalını nəzərə almalarını xahiş edir.
Beləliklə, redaksiyamıza dünən müraciət etmiş, Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 36 ünvanında yaşayan vətəndaş Nazilə Süleymanova hazırda iki azyaşlı övladı ilə birgə yaşadıqları evin qəzalı vəziyyətdə olmasından son dərəcə narahatdır. Onun sözlərinə görə, yaranmış vəziyyətə görə dəfələrlə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidova, başçının Göygöl şəhəri üzrə nümayəndəsi Mirzə müəllimə və yaşadıqları binanın balansında olduğu MİS-in rəisi Səfiyar müəllimə müraciətlər etsə də, bunların heç bir nəticəsi olmamışdır. Laki gəlin bütün bu təfsilatlarla Nazilə Süleymanovanın öz dediklərindən tanış olaq: “Yaşadığımız iki mərtəbəli bina köhnə tikilidir. Deyirlər, guya bu binanın inşasında hələ müharibədə əsir düşən almanlar da iştirak ediblər. Mən özüm və iki azyaşlı övladım birinci mərtəbədə, bir otaqda yaşayırıq. Hər necə də olsa, bina hal-hazırda qəzalı vəziyyətdədir. Təqdim etdiyim şəkildən də aydın görünür ki, ikinci mərtəbənin eyvanını saxlayan taxta tirin altı çürüyüb və hal-hazırda boşluqdur. Yəni bu tir istənilən zaman çökə bilər. Bundan başqa, mənim mənzilimin qarşısı əvvəllər açıq eyvan idi. 2014-cü ildə şəhərdə abadlaşma işləri aparıldı. Bizim mənzilin də qarşısını bir daş enində hörüb, otaq etdilər. Amma məsələ bundadır ki, görülən işlərin pulunu Fövqəladə Hallar Nazirliyi ödəsə də, tikintinin layihəsini RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Hacıyevtəqdim etmişdi. Və necə olubsa, divarın tikintisi özül qoyulmadan aparılıb. Köhnə eyvan üçün özül rolunu taxta tir oynayırdı. Elə yeni daş divarı da məhz həmin tirin üzəri ilə inşa ediblər. İndi isə, divar tədricən çökür. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidova, başçının Göygöl şəhəri üzrə nümayəndəsi Mirzə müəllimə və bu binanın balansında olduğu MİS-in rəisi Səfiyar müəllimə müraciət edəndə isə, mənə deyirlər ki, FHN-ə müraciət edim. Bilmirəm niyə?
Mən öhdəmdə iki azyaşlı uşaq olan tənha anayam. Uşaqlardan biri də xəstədir. Məgər bu icra orqanlarının bir az da olsa qayğılarına mənim haqqım çatmır? 2015-ci ildə MİS-in balansında olduğuna görə, guya ki, mənzilimizi təmir etdilər. İki uşaqla, bütün ev əşyalarımla bizi tökdülər küçəyə. Bir otaqlı mənzilin təmiri nə qədər çəkər? Bizimki düz 5 ay çəkdi. Beş ay faktiki olaraq küçədə yaşadıq. Mebelim, əşyalarım sıradan çıxdı. Səhhətimizə nə qədər ziyan dəydi. İcra başçısı bu beş ayda neçə dəfə öz maşınında yanımızdan keçdi. Bircə dəfə də maraqlanmadı ki, bu ailə niyə çölə tökülüb? Əgər evləri təmir olunursa, onları niyə müvəqqəti yaşayış yeri ilə təmin etməyiblər? Nəticədə isə, mənzilin təmiri çox keyfiyyətsiz şəkildə başa çatdırıldı. Heç təəccüblü də deyil. Sonradan maraqlanıb öyrəndim ki, ötən il şəhərimizin abadlaşdırılmasına dövlət tərəfindən 300 min manat vəsait ayrılıb, amma bu məbləğin yalnız 80 mini təyinatı üzrə xərclənib...
2008-ci ildə və 2010-cu ildə mənzil şəraitimizin yaxşılaşdırılması üçün mənə torpaq sahəsi ayrılması xahişilə icra hakimiyyətinə müraciət etmişəm. Amma bizə torpaq ayırmayıblar. Deyiblər ki, sizə düşmür. Necə olur ki, Göygölün mərkəzi xəstəxanasının yanından düz avtovağzala qədər uzanan yolkənarı ərazilərdə cənab Arif Seyidova hektarlarla torpaq sahələri də düşür, bu sahələrin üzərində kommersiya obyektləri tikmək də, onları başqa-başqa qohumlarının
adına sənədləşdirib sonra icarəyə vermək də düşür, biz sadə insanlara isə, 5-6 sot torpaq düşmür? Bu torpağı isə, icra hakimiyyətinin tapşırığı ilə bələdiyyələr bizə 1 sotunu 1000 manata təklif edirlər.
Bu il Göygöldə də sosial binaların tikintisinə başlanılır. Artıq bu binalarda mənzil veriləcək insanların siyahısı da tutulur. Mən də siyahıya alınmaq üçün müraciət etdim. Amma yenə də məni rədd etdilər. Halbuki, mən iki azyaşlı uşaqla bu gün 28 kv.m-lik mənzildə yaşayıram. Buna baxmayaraq, bu dəfə də başçının Göygöl şəhəri üzrə nümayəndəsi Mirzə müəllim dedi ki, o mənzil mənə düşmür. Amma Mirzə müəllimin özünə köhnə uşaq poliklinikasının binasını əvvəl zəbt edib, sonra özəlləşdirib, sonra da özünün şəxsi mülkünə çevirmək düşür. Həmçinin Mirzə müəllimə şəhərimizin “çay bağı” deyilən ərazisini də, bu ərazidə yerləşən gölü də zəbt eləmək düşür. Hələ bir zəbt etdiyi göldə balıqçılıq təsərrüfatı yaratmaq da, həmin ərazidə şəxsi meyvə bağı salmaq da Mirzə müəllimə düşür. Yalnız biz kasıb-kusuba heç nə düşmür...
Yeri gəlmişkən, bizim şəhərin başbilənləri dövlətə məxsus binaları zəbt etmək üsullarına çoxdan yiyələniblər. Elə bir müddət əvvəl VVAQ və notariusun yerləşdiyi, Heydər Əliyev prospektindəki 33 saylı binanı da başçı Arif Seyidov necə özəlləşdirib qızının cehizliyi kimi, öz qudası Fikrət müəllimə necə təqdim etdisə, heç kimin ruhu da
incimədi. Evi-evə qatdılar, soruşana da dedilər ki, bu bina elə əvvəldən fikrət müəllimin olub. VVAQ və notarius kimi dövlət idarələri isə, orada icarədə oturublar. Halbuki, bu idarələrin həmin binada hələ özəlləşdirməyə qədərki dövrdə yerləşdiklərini hamı bilir.
Bütün bunların müqabilində isə, Göygöl şəhərinin problemləri gündən günə artır. İlk növbədə bir ana kimi məni daha çox narahat edən problemlərdən biri də, şəhərimizin məktəblərində və uşaq bağçalarında mövcud olan vəziyyətlə bağlıdır.
Dövlətimizin və şəxsən ölkə prezidentinin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğının müqabilində, bu sahədə Göygöldə vəziyyət olduqca bərbaddır. Şəhərimizin uşaq bağçalarında mövcud neqativ halların aradan qaldırılması üçün heç bir tədbir görülmür. Rayon rəhbərliyinin tələbilə orta məktəblərdə və bağçalarda sürəkli pul yığımları həyata keçirilir. Bağçalara uşaqların qəbulu da yalnız ödəniş əsasında həyata keçirilir. Bununla yanaşı, rayonda elə bağçalar var ki, otaqlarda döşəmə də çürüyüb və ot-alaq həmin döşəmələrdən keçib otaqlarda boy atır. Məktəblərdə isə, iş o yerə çatıb ki, hətta şagirdlərdən hansısa tamaşaya görə bilet pulu yığırlar, sonra isə, tamaşa da təxirə salınır...”
Nazilə Süleymanovanın təqdim etdiyi açıqlamalarda hələ bir çox digər problemlərdən, o cümlədən Göygölün məişət problemlərindən, susuzluq problemindən və sairədən bəhs olunur. Növbəti saylarımızda bu mövzunu davam etdirəcəyik
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda - "Onlara psixoloq lazımdır"
Bu gün, 17:39 |
|
|
|
• Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37 |
|
|
|
• Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57 |
|
|
|
• Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54 |
|
|
|
• Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49 |
|
|
|
• Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44 |
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
|