Tovuzda 130 nəfər işsiz qoyulur - ŞİKAYƏT VAR
Tarix: 3-08-2016, 09:32 |
Çap et
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov qurumun balansında Tovuz Yol Yaşıllaşdırma İdarəsini ləğv edir. Bu barədə Gununsesi.info-ya adıçəkilən idarədə çalışan bir qrup şəxsin yolladığı müraciətdə bildirilir. Saytımıza daxil olan məktubda qeyd olunur ki, adıçəkilən idarədə 130 nəfər işləyir: “.Bizim idarədə 130 nəfər insan çalışır və ailəsinə çörək pulu aparır. İndi bizə nazirlikdən bildirdilər ki müdürünüzü neqativ hərəkətlərinə görə idarəmizin bağlanmaq təhlükəsi qaçılmazdır. İmkan varsa bizə köməklik göstərəsiz ki, 130 nəfər çörək pulundan olmasın. Əvvəlcədən minnətdarıq. Bu məsələni “Azəravtoyol”dan araşdırmaq olar”.
Vətəndaşların narahatlığı ilə bağlı “Azəravtoyol”un da mövqeyini işıqlandırmağa hazırıq.