Bakı meri sağalmaz xəstəliyə yoluxub - vəzifəsindən azad oluna bilər
Tarix: 8-08-2016, 11:02 |
Çap et
DİA.AZ: - "Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ağır xəstəliyə düçar olub". Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, həkimlər tərəfdindən gərgin müalicə rejimi məsləhət bilinən Bakı merinə əmək fəaliyyəti qəti olaraq qadağan edilib.
Onu da bildirək ki, dia-az.life olaraq bu informasiyanı BŞİH-lə dəqiqləşdirməyə çalışsaq da, bizə yalnız Hacıbala Abutalıbovun işdə olmadığını deməklə yetindilər.
dia-az.life-a danışan mənbə isə bildirir ki, Abutalıbov məhz xəstəliyi ilə əlaqədar vəzifəsindən azad oluna bilər.