Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski .....                     Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? .....                     Ağacan Əbiyev xəstəxanada: .....                     Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə .....                     Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib .....                     Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                 

Rektorun qovduğu müəllimlər geriyə necə yol tapır? - İTTİHAM VAR
Tarix: 10-08-2016, 10:41 | Çap et
Rektorun qovduğu müəllimlər geriyə necə yol tapır?
Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birləşdirilmişdi. Bu ilin aprel ayının 29-da isə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Pedaqoji Universitetin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyinə verilmişdir.

Ötən ayın sonlarında ölkə mətbuatında Maliyyə Nazirliyi tərəfindən keçmiş Müəllimlər İnstitutunun Zaqatala filalınının son bir neçə illik fəaliyyətinin yoxlanması barədə məlumat yayıldı. Xəbərə görə, yoxlamalar zamanı filialın direktoru olmuş Orucəli Rzayevin bir çox korrupsiya əməlləri üzə çıxıb. Mənbələrin iddiasına görə, hazırda İqtisad Universitetinin filialı kimi fəaliyyət göstərən bu təhsil müəssisəsinin müəllimləri bildiriblər ki, Orucəli Rzayev onların bir aylıq əmək haqqlarını tələb edir. Deyilənə görə, direktor müəllimlərdən yığdığı pulu ADİU-nun rektoru Ədalət Muradova təqdim etməklə, Maliyyə Nazirliyinin əməkdaşlarını “yola salacağını” deyib. Maraqlıdır ki, Zaqatala filialının ADİU-nun tabeliyinə verilməsindən hələ kifayət qədər az bir müddətin keçməsinə rəğmən, bu iki təhsil müəssisəsinin rəhbərləri arasında bu qədər yaxın münasibətlər yaranıb. Maraqlıdır, amma heç də təəccüblü deyil. Məsələ bundadır ki, miqyasları kifayət qədər fərqli olsa da, hər iki müəssisənin idarəçilik prinsipləri son dərəcə oxşar əsaslar üzərində qurulub. Məlum olduğu kimi, qəzetimizin səhifələrində ləğv olunmuş Azərbaycan Müəllimlər İnstitutunun müxtəlif filiallarında həyata keçirilən maxinasiyalar barədə dəfələrlə tənqidi yazılar dərc olunub. Bizə təqdim edilən açıqlamalarda həmin filiallarda yer almış neqativ hallar, bu müəssisələrə rəhbərlik edən şəxslərin öz işlərində yol verdikləri ciddi nöqsanlar barədə məlumatlar öz əksini tapırdı. Xüsusilə diqqəti cəlb edən qanun pozuntularından biri kimi rəhbərlik tərəfindən bu tədris müəssisəsində mütəmadi olaraq, tələbə transferləri xüsusunda maxinasiyaların həyata keçirildiyi vurğulanırdı. O cümlədən, davamlı olaraq redaksiyamıxa daxil olan şikayət məktublarında Zaqatala filialında yer almış neqativ hallar, filialın direktoru Orucəli Rzayevin işindəki ciddi nöqsanlar barədə məlumatlar öz əksini tapırdı. Bu məlumatlar əsasında hazırlamış və qəzetimizin ötən saylarında dərc olunmuş tənqidi materiallarda filial direktorunun yol verdiyi özbaşınalıq və qanun pozuntularının son həddə çatması xüsusi qeyd olunurdu. Diqqəti cəlb edən qanun pozuntularından biri kimi, rəhbərlik tərəfindən bu tədris müəssisəsinə saxta tələbə qəbulunun həyata keçirilməsi göstəilirdi. Belə ki, ümumi qəbul zamanı ali məktəblərə daxil ola bilməyən tələbələrdən bəziləri Orucəli Rzayevin köməyi ilə guya ki, Rusiya Federasiyasının və yaxud da Gürcüstan Respublikasının müxtəlif universitetlərinə qəbul olunurdular. Lakin, bütün vaxtı Azərbaycandan kənara çıxmayan tələbələr 1-2 ildən sonra birbaşa AMİ-nin Zaqatala filialına, II-III kurslara keçirilirdilər.

Həmçinin “Bizim Dövr”ün səhifələrində Azərbaycan Dövlət İqtisad Universitetinin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntuları barədə indiyədək kifayət qədər materiallar dərc olunub. Universitetdən aldığımız məlumatlar əsasında hazırlanmış həmin materiallarda ADİU-nun fəaliyyətini müşayiət edən müxtəlif qalmaqallar və korrupsiya halları barədə açıqlamalar öz əksini tapıb. Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda Ədalət Muradovun rəhbərliyə gəldiyi ilk günlərdən artıq bu ali təhsil müəssisəsində yeni qaydaların bərqərar olunduğu, həm də bu qaydaların müxtəlif səpgili korrupsiya hallarının daha da dərinləşməsinə yol açdığı bildirilir. İddialara görə, Ədalət Muradov universitetə rektor təyin olunduqdan dərhal sonra bir sıra başqa qaranlıq əməliyyatlara da imza atıb. Həmin qaranlıq əməliyyatlar içərisində şübhəli tələbə transferlərindən tutmuş, rüşvətin yeni məzənnəsinə qədər bir çox məqamlar var. Bunlardan biri və ilk növbədə universitet tələbələrini daha çox narahat edən cəhət bundan ibarət olub ki, yeni təyinatdan sonra ADİU-da rüşvət yığımları indiyədək görünməmiş dərəcədə yüksək həddə çatdırılıb. Yeri gəlmişkən, bir müddət əvvəl ADİU-dan bizimdovr.az-a daxil olmuş növbəti məlumatda da məhz universitetdə həyata keçirilən növbəi rüşvət yığımının təfərrüatlarından bəhs olunurdu. Açıqlamada deyilirdi: “Bu gün universitetimizdə ən aktual mövzu buraxılış kurs tələbələrinin diplom ala bilmək ehtimallarının “qiymətləndirilməsilə” bağlıdır. Məlumdur ki, hazırda iqtisad universitetində buraya müxtəlif özəl ali təhsil müəssisələrindən transfer olunmuş tələbələr də təhsil alırlar. Əksəriyyəti bilavasitə Ədalət Muradovun rektor təyin olunmasından sonra belə bir şansı əldə etmiş tələbələrin çoxu, savad baxımından xeyli “axsayırlar”. Buna görə də bu tələbələrin demək olar ki, hamısının onlarla imtahan kəsirləri yığılıb qalıb. Təbii ki, belə olan vəziyyətdə bu tələbələrin diplom almaq şansları da azalır. Amma universitet rəhbərliyi bu şansların artırılması üçün xüsusi formulalar təklif edir. Məsələn, mənim tələbə tanışlarımdan biri ADİU-nun Dünya İqtisadiyyatı fakültəsinə özəl universitetdən transfer olub. Hazırda onun 28 fənn imtahanından kəsiri var. Aydındır ki, belə bir vəziyyətdə onun diplom ala bilməsi demək olar ki, mümkün deyil. Lakin buna baxmayaraq, həmin tələbəyə “işgüzar” bir təklif olunub. Belə ki, o, hər imtahana görə 1000 manat və dövlət imtahanına görə 5000 manat olmaqla, cəmi 33 min manat ödəyərsə, bu zaman onun bütün problemləri həll olunar”.
Yeri gəlmişkən, mövzuya dair son dərc etdiyimiz materialda biz universitet rəhbərliyinin rüşvət tələblərilə üzləşmiş tələbələrdən birinin atdığı addımın gözlənilməz nəticələrə səbəb olduğunu qeyd etmişdik. Bu xüsusda aldığımız məlumtda deyilirdi ki, həmin tələbə məcburiyyət qarşısında qalaraq Heydər Əliyev Fonduna şikayətlə müraciət etmişdir. Bundan sonra həmin tələbə Fondda qəbul olunub və onun şikayəti dinlənilib. Daha sonra, tələbənin şikayətini araşdırmaq məqsədilə Heydər Əliyev Fondundan Ədalət Muradovla əlaqə saxlanılıb. Rektor isə öz növbəsində, pul yığımları barədə qətiyyən heç bir məlumatı olmadığını və məsələni mütləq araşdıracağını bəyan edib. Bundan sonra ADİU-da tələbələrdən artıq yığılmış külli-miqdarda rüşvət pulları sahiblərinə qaytarılıb. Son dəqiqləşdirməmizə görə, bu məbləğ 530 min manat təşkil edib. Bundan sonra isə, özünü sığortalamaq məqsədilə Ədalət Muradov universitetin bir neçə əməkdaşını cəzalandırmaq qərarına gəlib. Nəticədə, rektorun əsas pulyığanlarından biri olan Nizami Musayev və daha 8-9 nəfər işdən azad olunublar.
Lakin son əldə etdiyimiz məlumata görə, Ədalət Muradovun tətbiq etdiyi “cəza” tədbirləri yalnız gözdən pərdə asmaq xarakteri daşıyır. Mənbə deyir ki, rektor işdən çıxardığı əməkdaşlara bu tədbirin müvəqqəti olduğunu bildirib və cəmi üç aydan sonra onları yenidən öz yerlərinə bərpa edəcəyi barədə söz verib. Qeyd edək ki, Nizami Musayev özü də bizə yaxın qaynaqlardan biri ilə baş tutmuş söhbət əsnasında “üç aylıq cəza” görüntüsü barədə deyilənləri təsdiq edib...
Göründüyü kimi, istər ADİU-ya, istərsə də bu gün həmin universitetin tabeliyində fəaliyyət göstərən Zaqatala filialına rəhbərlik edən hər iki şəxsin idarəçilik üsullarında oxşar cəhətlər həqiqətən də çoxdur. Və bu ümumi cəhətlər də, Ədalət Muradovun hər zaman öz ətrafına korrupsiyaya meyilli kadrları toplamaq xüsusiyyətindən formalaşır.
Materialda adları keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32
Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30
Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28
Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru