Nazirlər Kabineti ləğv oluna bilər... - Artur Rəsizadə beləcə yola salınacaq...
Tarix: 15-08-2016, 10:22 |
Çap et
DİA.AZ: - Məlum olduğu kimi referendum ərəfəsində olan Azərbaycanda təklif olunan dəyişikliklərə uyğun olaraq struktur islahatları da aparılacaq. Artıq bununla bağlı yerli KİV-lərdə yetərincə bilgi verilib.
DİA.AZ-a daxil olan informasiyada isə qeyd olunur ki, referendumdan sonra Azərbaycanda Nazirlər Kabinetinin ayrıca bir struktur kimi ləğv olunaraq Prezident Administrasiyasına birləşdirilməsi ideyası da mövcuddur.
Bu barədə danışan mənbənin dia-az.life-a spylədikləri: "Hələlik belə bir ideya var və ola bilsin ki, gerçəkləşsin".
dia-az.life xatırladır ki, əslində zaman-zaman ictimai fikirdə PA ilə NK-nın bir-birinə alternativ qurum olması barədə müəyyən müzakirələr açılırdı. İndi isə görünəni odur ki, rəsmi dairələr sözügedən istiqamətdə də müəyyən tədbirləri planlayır.