Ovqatınızın korlanmasını istəmirsinizsə... - İTTİHAM VAR
Tarix: 31-08-2016, 09:47 | Çap et
2006-cı ildən kolbasa istehsalı ilə məşğul olan “Ovqat” şirkəti ilə bağlı son zamanlar istər sadə vətəndaşlar arasında, istərsə də mətbuatda müxtəlif səpkili informasiyalar dolaşmaqdadır. Belə ki, bu günlərdə sosial şəbəkələrdə yayılan məlumatda deyilir ki, Afiq Abbasov adlı şəxs tərəfindən Bakıda mağazadan alınan “Ovqat” şirkətinin istehsalı olan “Maşa və medved” kolbasasının içindən milçək çıxıb. Gundelik-Baku.com olaraq qeyd edək ki, Afiq Abbasov həmin kolbasanı uşaqlar üçün “Araz” marketdən aldığını bildirib. «Evə gəlib açanda gördük ki, içindən milçək çıxdı. Dərhal çeki götürüb marketə getdik. Marketdə heç bir etiraz etmədən kolbasanı geri qaytardılar. Hətta məndən üzr istədilər» deyən alıcının sözlərinə görə, əgər o yalan demiş olsaydı, o zaman market qəbul etməzdi və onun böhtan atdığını deyərdi: «Bu məlumatı yaymaq fikrim olmayıb. Sadəcə söhbət vaxtı dostuma dedim, o da şəkilləri varsa, göndərməyimi istədi. Ona göndərdim, sosial şəbəkədə paylaşdı və beləcə məlumat yayıldı. Nə dostumun, nə də mənim hansısa şirkətə sərf edəcək boş vaxtımız yoxdur ki, gedib şantajla məşğul olaq. Hərəmizin öz işimiz var, sadəcə başımıza gələn haldır və sosial şəbəkədə paylaşmışıq». Nəzərinizə çatdıraq ki, məsələ ilə bağlı kolbasanın satıldığı “Araz” marketin Masazır-2 filialında həmin gün geri qaytarılan kolbasanı qəbul edən adminstrator Elvin Məmmədov milçəyin kolbasa ilə üzərindəki paket arasında olduğunu təsdiq edib: «Ovqat» şirkətinə məxsus kolbasanı geri qaytaran müştəriyə həmin həşəratın çıxmasının marketin səhvi olmadığını izah etdik. Çünki milçək məhsulun içərisində idi. Bu barədə aidiyyatı şöbənin əməkdaşlarına məlumat verdik ki, istehsalçı şirkətə bu barədə məlumat versinlər. Hadisə baş verəndən sonra üzürlü səbəbdən müəyyən müddət işdə olmamışam. Yəqin ki, əməkdaşlarımız “Ovqat” şirkətinə kolbasanın içərisindən milçək çıxması ilə bağlı məlumat verib». Bu arada, Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev isə sözügedən istehsalçıda yoxlama aparmadıqlarını söyləyib. Onun sözlərinə görə, bu ancaq İqtisadiyyat Nazirliyinin icazəsi ilə baş tuta bilər: «Ovqat» kolbasasının içərisindən milçək çıxıb-çıxmadığını söyləyə bilmərik. Lakin istənilən kolbasa sexində həşaratlarla mübarizə həyata keçirilməlidir. Sexin içərisində havanın temperaturu aşağı salınmalıdır. Ola bilsin ki, milçək qablaşdırma zamanı təsadüfən ora düşüb. Ola da bilər ki, bu, təsadüf deyil, elə sex milçək yuvasıdır. Hər halda baxış keçirilməlidir». Məhz bu mövzu ilə bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxs iddia edir ki, Anar Rzayevin rəhbəri olduğu “Ovqat” şirkəti kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə edir: «Deyilənlərə görə, “Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir. Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır. Düzdür, bu şirkət bazarın müvafiq seqmentində müəyyən qədər də olsa ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməkdə maraqlı görünmür. Belə ki, kolbasa və delikoteslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik sertifikatı yoxdur. Ətin, inqridiyentlərin keyfiyyəti, hansı ölkədən idxal edildikləri məlum deyil. Deyilənlərə görə, hazırda ölkədə mal ətinin qiyməti baha olduğundan Anar Rzayevin rəhbəri olduğu “Ovqat” şirkəti kolbasa və sosiskaların istehsal prosesində mənşəyi məlum olmayan ətlərdən istifadə etməyə üstünlük verir. Elə buna görə də “Ovqat”ın istehsal etdiyi məhsulların üzərində məmulatın tərkibində konkret nə qədər ət və yaxud ədviyyat olduğu barədə yetərli bilgi yoxdur. Təkcə o yazılır ki, kolbasanın tərkibi mal, yaxud qoyun ətindəndir və hansı ədviyyat məhsulları vurulub. Bu gün mal ətinin 1 kiloqramı 8,5-9 manat arasında dəyişdiyi halda, bazarda “Ovqat” şirkətinin istehsal etdiyi kolbasa və sosiskaları həddən artıq ucuz qiymətə tapmaq mümkündür. Bu da onu göstərir ki, şirkət istehsal prosesində əti əvəz edən əlavələrdən, kimyəvi maddələrdən geniş formada istifadə edir. Odur ki, bütün bunları nəzərə alaraq, qəti şəkildə demək olar ki, Anar Rzayevin rəhbəri olduğu şirkətin fəaliyyətinin ciddi şəkildə araşdırılmasına ehtiyac var». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
|