Fətullah Gülən Bakıdakı adamlarına ismarıc yollayıb - Deyir ki, ehtiyatlı olsunlar...
Tarix: 27-09-2016, 11:00 |
Çap et
DİA.AZ: - Qardaş Türkiyədə dövlət çevrilişinə cəhd göstərən və bu zaman yüzlərlə türkiyəlinin ölümünü belə gözə alan FETÖ təşkilatlanmasının lideri Fətullah Gülənin Azərbaycandakı bağları da zaman-zaman müzakirə predmeti olub. Hətta Azərbaycanda bu təşkilatla əlaqələri səbəbindən vəzifəsindən alınanlar da olub. Elə ANS kanalının, "Zaman-Azərbaycan" qəzetinin bağlanması da "FETÖ işi"ndə rsəmi Bakının tədbirləri kimi dəyərləndirilə bilər.
DİA.AZ-a daxil olan məlumatda isə bildirilir ki, Hazırda ABŞ tərəfindən himayə olunan Fətullah Gülən Azərbaycandakı emissarlarına ehtiyatlı olmaları barədə təlimat göndərib.
Bu barədə redaksiyamıza daxil olan informasiyada deyilir ki, hazırda Azərbaycanın siyasi müxalifətində ciddi şəkildə möhkəmlənən FETÖ-çular eyni zamanda ayrı-ayrı dövlət qurumlarında da təmsil olunurlar. Mənbənin dia-az.life-a söylədikləri:
"Onlara gələn son təlimat velədir. Ehtiyatlı olsunlar. Rəsmi Bakı yeni həbs dalğasına start verəcək. Bu zaman hətta partiya sədrlərindən biri, eyni zamanda yüksək vəzifə tutan bir məmur da hədəfə gələ bilər".
Əlavə bilgilərimiz olacaq, bizi izləyin...