GDU ilə bağlı ilginc iddialar - İTTİHAM VAR
Tarix: 28-09-2016, 11:21 | Çap et
Redaksiyamıza Gəncə Dövlət Universitetindən daxil olan məlumatlarda, bu ali təhsil müəssisəsinin son zamanlar Coğrafiya kafedrasının dosenti Teymur İsmayılovun az qala tamamilə “girovuna” düşməsindən bəhs edilir. Bu barədə açıqlama verən mənbələr ilk növbədə belə bir maraqlı və eyni zamanda da anlaşılmaz faktı diqqət mərkəzinə çəkirlər ki, Teymur İsmayılovun özü də, onun həyat yoldaşı, GDU-nun Coğrafiya kafedrasının müdiri, dosent Yeganə Əliyeva da ixtisasca kimyaçıdırlar. Lakin bu fakt bəlkə də Teymur İsmayılovun fəaliyyətilə bağlı onun həmkarlarını, GDU-nun kollektivini narahat edən ən əhəmiyyətsiz səbəblərdən biridir. Məsələ bundadır ki, universitetin elmi katibi və sənəd qəbulu komissiyasının sədri vəzifələrini də tutmaqla, Teymur İsmayılov bu gün faktiki olaraq GDU-nun fəaliyyətini yönləndirməkdədir. Eyni zamanda da iddialara görə, bu ali təhsil müəssisəsində baş verən bütün rüşvətxorluq və korrupsiya əməllərinin başında da məhz bu şəxs durur. Məsələn, bizə təqdim olunan məlumatda vurğulanır ki, son qəbul zamanı, GDU-nun bəzi fakültələrində nəzərdə tutulmuş qabiliyyət imtahanlarının gedişində məhz Teymur İsmayılov hər abituriyentdən tələb olunan rüşvətin məbləğini 3000 manat qədərində müəyyən etmiş və bu pulların yığılmasına da şəxsən nəzarət etmişdir.
Lakin mənbələr bildirirlər ki, Teymur İsmayılov GDU-ya nəzarəti heç də təkbaşına həyata keçirmir. Bu məqsədlə o, özəyi öz həmyerlilərindən (Teymur İsmayılov əslən Gürcüstanlıdır – red.) ibarət olan xüsusi qruplaşma da yaratmışdır. Açıqlamalarda bu qruplaşmanın ən fəal üzvlərindən biri kimi Coğrafiya kafedrasının daha bir dosenti, Rəşad Nuriyevin adı çəkilir. Maraqlıdır ki, Coğrafiya kafedrasının bu dosenti də ixtisasca bioloqdur. Mənbə bildirir ki, Rəşad Nuriyev təkcə öz kafedrasında deyil, ümumiyyətlə bütün universitetdə bir çox məziyyətləri ilə diqqəti çəkən, ən məşhur fiqurlardan biridir. Məlumata görə, bir vaxtlar Gəncədə fəaliyyət göstərən özəl “Ekologiya Universiteti”ndə müəllim işləmiş və həmin universitetdə rektoratın pul yığanı kimi tanınmış Rəşad Nuriyev, bu müəssisə fəaliyyətində aşkar olunmuş bir çox qanun pozuntuları səbəbindən bağlandıqdan sonra GDU-ya “transfer olmuşdur”. Burada işlədiyi müddət ərzində həmkarlarına və rəhbərliyə böhtan və şər atmağı, şantaja meyilliyi ilə tanınmış Rəşad Nuriyev, həm də dəfələrlə məhkəmə araşdırmalarının iştirakçısı da olmuşdur. Lakin bir dəfə məhkəmə qərarı ilə ona qarşı tətbiq olunmuş cərimə sanksiyası əlbəttə ki, Rəşad Nuriyevi öz xasiyyətini dəyişməyə qətiyyən sövq etməmişdir. Əksinə, məhz bu böhtançı cəhətləri sayəsində, 1 dənə olsun belə dərs vəsaitinin müəllifi olmayan Rəşad Nuriyev hətta universitetdaxili professor adına da sahib olmuşdur. Həmçinin onun pensiya yaşına çatmasından artıq 10 ildən də çox keçsə belə, bu “professorun” təqaüdə çıxmasından söhbət belə gedə bilməz.
Teymur İsmayılovun qruplaşmasının digər maraqlı bir üzvü də Ramin Abbasov adlı bir şəxsdir. Mənbə bildirir ki, qruplaşmaya qoşulmazdan öncə Ramin Abbasov GDU-nun sıravi laborant əməkdaşlarından biri idi və universitetdə daha çox Pedaqoji fakültədə yaşadığı eşq macəraları ilə tanınırdı. Teymur İsmayılovun qruplaşmasına daxil olduqdan dərhal sonra isə, “klan” onu yarım ştat (hələlik) müəllim vəzifəsinə təyin edib...
Qeyd edək ki, bizə təqdim olunan məlumatlarda istər Ramin Abbasovun müəllim kimi təsdiq olunmasında, istərsə də Rəşad Nuriyevə professor adının verilməsində yer almış qanun pozuntularına, daha dəqiq desək faktiki saxtalaşdırma hallarına dair konkret dəlillər də təqdim olunur. Lakin onları ictimailəşdirməkdən öncə müəyyən dəqiqləşdirmələr aparılmalıdır ki, bununla bağlı da tərəfimizdən müvafiq qurumlara sorğular artıq göndərilib. Növbəti saylarımızda həmin dəlilləri sizə də təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
|