Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                 

Eldar Mahmudov əfsanəsinin sonu – İstintaq ilk zərərçəkəni tanıdı...
Tarix: 12-10-2016, 10:54 | Çap et
Eldar Mahmudov əfsanəsinin sonu
Bütün yaxın ətrafının həbs olunmasına baxmayaraq, Eldar Mahmudov əl-qolunu yelləyə-yelləyə azadlıqda gəzir

Bir çoxları bunu müxtəlif əsrarəngiz səbəblərlə izah edirlər.


DİA,AZ xəbər verir ki, etibarlı mənbələrdən Moderator.az- a ötürülən məlumatlar isə artıq sabiq nazirin artyıq həbsin bir addımlığında olmasından və onunla bağlı istintaqın yekunlaşmaqda olduğunu göstərir. Məlumata görə, Baş Prokuror yanında Ağır Cinayətlərə dair İstintaq İdarəsi Eldar Mahmudovdan şikayətçi olan Ağayev Vüqar Asif oğlunu idarəyə çağıraraq zərərçəkmiş şəxs kimi tanıyıb, ona hüquq və vəzifələri izah olunub.

Eldar Mahmudov əfsanəsinin sonu

Bu fotoda Vüqar Ağayev (sağdan birinci) Eldar Mahmudovun onun başına açacağı oyunlardan hələ xəbərsizdir…

Qeyd edək ki, bu cinayət işini fərqləndirən əsas cəhət istintaq prosesinin birbaşa Eldar Mahmudovun əməllərini araşdırmasındadır. MTN-lə bağlı digər cinayət işləri isə qurumun başqa yetkililəri – Akif Covdarov, Teymur Quliyev, İlqar Quliyev, Natəvan Mürvətova və s. barəsində olub. İndisə Eldar Mahmudovla bağlı prosesin zərərçəkmişlərinin müəyyənləşdirilməsinə başlanılması yaxınlarda MTN şefinin barəsində də hüquqi ölçü götürüləcəyi ehtimalını qüvvətləndirir.

Maraqlıdır ki, konkret olaraq Eldar Mahmudovun cinayət işində hələ ki, Vüqar Ağayev yeganə zərərçəkmiş şəxs kimi tanınıb. Digər şikayətçilərlə bağlı isə hər hansı qərar verilməyib. Mənbənin bildirdiyinə görə, bu da təsadüfi deyil:

“Bir zamanlar Eldar Mahmudovun qanunsuz tələbləri ucbatından ölkədən qaçan, daha sonra ölkə başçısının məşhur korrupsiyaya qarşı çıxışından sonra geri qayıdan Vüqar Ağayevin məsələsi birbaşa Prezidentin və Baş prokurorun nəzarəti altındadır. Görünür, bu səbəbdən də V. Ağayev ilk və hələ ki, yeganə zərərçəkmiş şəxs kimi qəbul olunub”.

Xatırladaq ki, adı çəkilən iş adamı bir zamanlar Eldar Mahmudovun tikinti sektorunda ortaqlarından biri olub. Daha sonra o, sabiq nazirin intəhasız tamahının qurbanına çevrilib.

Mətbuatın yazdığına görə, “baş çekist” bir gün öz ortağını yanına çağıraraq, tikdiyi “Ağ ləpələr” layihəsindən nazirin xeyrinə əl çəkməyi tələb edir. Vüqar Ağayev əvvəl qulağına inanmır, nə tələb olunduğunu anlayandan sonra isə onu yerinə yetirə bilməyəcəyini deyir. Aldığı cavab isə xeyli amiranə və tükürpədici olur: “İstədiyimi öz xoşunla verməsən, səni həbsxanaya atar, mülkiyyətini zorla uşaqlarından alaram”.

Necə deyərlər, “hənanın o həna” olmadığını anlayan iş adamı çarəni xaricə qaçmaqda görür. Əvvəl Gürcüstana, ordan Avropaya, nəhayət ABŞ-a yollanan V. Ağayev bir də 6 ildən sonra – Eldar Mahmudovun öz vəzifəsindən uzaqlaşdırılmasının ardından vətənə qayıdır. Bu qayıdışın səbəbi dövlət təhlükəsizliyini qoruyan qurumun rəhbər şəxslərinin içüzlərinin açılması və zərərçəkən şəxsə ən yüksək səviyyədə zəmanət verilməsiydi.

Yəqin oxucuları maraq götürüb ki, görəsən, Eldar Mahmudov mülkiyyətini mənimsədiyi V. Ağayevə nə qədər atıb?

Bu barədə müxtəlif zamanlarda mətbuat orqanlarında xeyli məlumatlar getdiyindən, ümumiləşdirsək, iş adamına vurulan zərər 40 milyon dollar civarındadır. 1news.az saytının 17.03.2016-cı il tarixli “Eldar Mahmudov “Ağ ləpələr” üzərində: keçmiş nazir haqqında yeni faktlar” sərlövhəli məqaləsində bu barədə deyilir:

“Amerikada olduğu müddətdə atası Asif Ağayevə hədə-qorxu gəlinməklə Bakı şəhəri Nobel prospekti 2207 ünvanında olan 8.18 ha torpaq sahəsi E.Mahmudovun oğlu Anar Mahmudovun faktiki rəhbərliyi altında olan “İnşaatçı-E” MMC şirkətinə keçirilib.

Belə ki, həmin “İnşaatçı-E” MMC şirkətinin rəhbəri Orxan Seyidov Anar Mahmudovun təsisçisi olduğu “Kaspian-Petrol” MMC-nin də rəhbəridir.

Bundan başqa, hədə-qorxu ilə iş adamı V.Ağayevin Bakı şəhəri Salyan şosesində olan 8 hektar, Zirə qəsəbəsində şərikli aldığı 5 hektar və Şüvələn qəsəbəsində şərikli aldığı 1,2 hektar torpaq sahəsi də E.Mahmudovun qohumlarının adına rəsmiləşdirilib.

Vüqar Ağayevə məxsus 810.000 manat dəyəri olan 270 kv.m qeyri-yaşayış sahəsi, 50.000 manat dəyərində “Mercedes” avtomobili də E.Mahmudovun yaxın ətrafının adına rəsmiləşdirilməklə əlindən alınıb”.

Bundan əlavə, Eldar Mahmudov Vüqar Ağayevə özü üçün tikdirdiyi evin belə pulunu ödəməyib.

Saytın məlumatına görə, “E.Mahmudov və onun cinayətkar qruplaşmasının şantaj və təhdid yolu ilə ələ keçirdiyi Vüqar Ağayevə məxsus əmlakın ümumi dəyəri 30 milyon manatdır”. 2009-cu ilin məzənnəsilə hesablasaq, bu məbləğ həqiqətən də 40 milyon dollar edər.

Bizə ötürülən rəsmi sənədlər də sözügedən faktı təsdiqləyir. Eldar Mahmudovun əməllərinin istintaqı üçün ekspert rəyi hazırlayan “MBA Consulting Grup”un Qiymətləndirmə Hesabatına görə, yalnız Xətai rayonu, Nobel prospekti, 2207-ci məhəllədə yerləşən 2.4 ha torpaq sahəsinin ekoloji təmizləmə işlərinə və ərazidə tikilən 9 ədəd kotec tipli yaşayış evlərinin inşasına xərclənən vəsaitin miqdarı 8 milyon 851 yüz 957 manatdır. Torpağın alınmasına, layihələrin hazırlanmasına və çəkilən digər xərclərə isə bundan qat-qat artıq vəsait gedib. Məlumatlı şəxslərin bildirildiyinə görə, həmin ərazidə 8 hektardan çox torpağın qiyməti 40 milyon dollardan artıq idi.

Sənəddə o da bildirilir ki, əvvəl mazut gölünə çevrilən bu torpaq sahəsi təmizlənib, torpaqla doldurulmasının ardından üzərində binalar inşa olunub. Ərazi Eldar Mahmudov tərəfindən zorla ələ keçiriləndən sonra isə görülən işlərin izini itirmək üçün həmin binalar tamamilə dağıdılıb.

Amma bu işi planlaşdırıb həyata keçirənlər incə bir nüansı unudublar – “Google Earth”-ın yaddaşını. “MBA Consulting Grup” şirkəti də məhz bu silinməz yaddaşa istinad edərək, göstərilən ünvanın ekoloji təmizləmə və torpaqlama işlərindən əvvəlki vəziyyətindən tutmuş, indiki halına qədər bütün görüntülərini üzə çıxarmış, ərazinin əldən-ələ keçməsinin əyani sübutunu ortaya qoymuşdur. Biz də uzunçuluğa yol vermədən hesabatda yer alan xəritələri təqdim edirik:

1-ci şəkil

Eldar Mahmudov əfsanəsinin sonu

Şəkildə: Obyektin ekoloji təmizləmə və torpaqlamadan əvvəlki görüntüsü

2-ci şəkil

Eldar Mahmudov əfsanəsinin sonu

Şəkildə: Obyektin ekoloji torpaqlamadan sonrakı görüntüsü

3-cü şəkil

Eldar Mahmudov əfsanəsinin sonu

Şəkildə: Obyektin tikilişinin görüntüsü

4-cü şəkil

Eldar Mahmudov əfsanəsinin sonu

Şəkildə: Obyekt Eldar Mahmudov tərəfindən söküləndən sonra

Maraqlıdır ki, Azərbaycanın indiki ağır böhranlı vəziyyətində ölkə rəhbərliyi iş adamlarına münbit investisiya mühiti yaratmaq üçün nə qədər əlləşsə də, iş adamları yenə bürokratik əngəllərlə qarşılaşırlar. Deyilənlərə görə, işgüzarlıq fəaliyyətinə ən yüksək səviyyədə zəmanət almağı bacaran Vüqar Ağayev də bu cür maneələrdən uzaq deyil. Onun müxtəlif dövlət qurumları tərəfindən sıxışdırıldığı, süründürməçiliklə üzləşdiyi barədə məlumatlar verilir. Bu fakt indiki ağır iqtisadi vəziyyətimizə baxmayaraq, ölkəni idarə edən kiçik məmur zehniyyətin hələ də ortadan qalxmadığını təsdiqləyir.

Faktı dəqiqləşdirmək və mövqeyini öyrənmək üçün axtardığımız iş adamını tapmaq mümkün olmadı. Həm onun, həm də bizə ötürülən məlumatlarda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru