Nazir vəzifəsinə gedən yol - Əli Abbasov niyə hələ də azadlıqdadır?
Tarix: 14-10-2016, 10:45 | Çap et
DİA.AZ: - Iqtisad Universitetinin rektoru və 2000-ci ildən Milli Məclisin deputatı olmuş Abbasov Əli tezliklə Azərbaycanın AŞPA-dakı əsas nümayəndə heyətininin üzvü olur. O vaxtı nümayəndə heyətinə cənab İlham Əliyev rəhbərlik edirdi. Elə Əli müəllim də AŞPA-ya rəsmi səfərlər zamanı İlham Əliyevlə ünsiyyətdə olması çoxdandır ki, ürəyində tutduğu arzusunun reallaşdırması üçün bir fürsət yaratmışdır. Belə ki, Ulu Öndər Heydər Əliyevin dövründə Azərbaycanda ilk dəfə internetin tətbiq edilməsində gördüyü çoxsaylı işlərin əhəmiyyətindən ağızdolusu danışan Əli Abbasov Rabitə sahəsində yeni texnologiyanın tətbiqinin indiki dövr üçün zəruriliyini hər rəsmi görüşlərdən sonara xüsusi vurğulayırdı.
2003-cü ildə Əli müəllim bu istiqamətdə bir sıra hazırlıq işləri gördükdən, yəni özünü rabitə və kommunikasiya texnologiyaları sahəsinin mükəmməl bilicisi kimi təqdim etdikdən sonara nəhayət, İ.Əliyevə ürəyini açmışdır ki, əgər o Rabitə naziri olsaydı Azərbaycan bu sahədə çox tez bir müddətdə irəliləyər, müasir dünyailə ayaqlaşardı. Eyni zamanda Ədliyyə naziri Fikrət Məmmədovla yaxın qohumluğuilə tanınan nazir olmuş Nadir Əhmədovun müasir texnologiyadan başı çıxmayan birisi olduğunu qeyd etməklə yanaşı, həm də “əsas büdcəyə” bir qəpik də xeyir verməyən birisi kimi təqdim etməklə özünün karyera yüksəlişinə hazırlıq görürdü. Onun təbliğatı artıq öz işini görməkdə idi. 2003-cü ilin payızında cənab İ.Əliyevin prezident seçilməsindən sonra rabitə naziri N.Əhmədova qarşı gizli qüvvələrin başlatdığı fasiləsiz “qara piyar” kampaniyası öz “işini” görməkdə idi. Ləng partayan mina effekti verən belə təbliğatlar yeni seçilmiş prezidentdə Nadir Əhmədova qarşı əks təəssürat yarada bilmişdir.
2004-cü ilin yanvarında dövlət başçısının növbəti xarici rəsmi səfəri zamanı heyətə qatılmış nazir Nadir Əhmədov da var idi. Prezident onu Bakı Hava Limanında görən kimi hirslənmiş və onun heç bir səbəb göstərilmədən dərhal geri qayıtmasını tələb etmişdir. Nazir N.Əhmədov da bilirdi ki, 7 illik nazirlik karyerasının sonu yaxınlaşmaqdadır. Budur, 20 fevral 2004-cü il tarixində prezidentin bir sərəncamı ilə Rabitə Nazirliyinin adı dəyişdirilir, digər fərmanla isə Nadir Əhmədov vəzifəsindən azad edilir. Onun əvəzinə Əli Abbasov Rabitə və İnformasiya Texnologiyaları naziri təyin edilir.
Hərraca çıxarılan vəzifələr
Məlumata görə Əli Abbasovun nazir postunda oturması heç də digərlərinin fikirləşdikləri kimi qəfil baş verməmişdir. İstər, AŞPA-da xidməti işlərin yerinə yetirilməsi zamanı gələcək prezidentlə birbaşa təmas zamanı ələ düşən gözəl “fürsət”lər, istərsə də, yuxarı dairələrdən alınan müsbət rəylər və s. işlərin görülməsi üçün bu müddət ərzində Əli müəllim nə az, nə çox, düz 3 milyon dollar xərc çəkməli olmuşdur.
Əli müəllimin nazir kürsüsündə oturduğu ilk gündən etibarən ilk “gizli” tapşırığı bu olmuşdur ki, kim vəzifəsində qalmaq istəyirsə Vidadi Zeynalovun tərtib etdiyi
tarifdə göstərilən qiymətləri dərhal ödəsinlər. Belə də olur. Bakı şəhəri üzrə fəaliyyət göstərən 4 poçt filial rəhbərləri Arif Məmmədov, Əvəz Kərimov dərhal tələb olunan 40000 AZN gətirib təqdim edirlər. “Azərpoçt”DM-si rəisi postu 100 min, BTRİB rəisi 300 min, “Aztelekom” İB- rəisi olmaq 500000 mant, Telefon qovşaq rəisləri 50 min və s. qeyd edilir. Doğrudur, vəzifədə qalmaq üçün haqq ödəməyən Binəqədi poçt filialının müdiri olmuş Feyzulla kimiləri dərhal öz postlarılə vidalaşırlar. Ən maraqlısı budur ki, Katel-in icraçı direktoru olmuş Sadıx Hümmətov yeni nazir təyinatından cəmi bir gün keçməmiş, gecə işdən sonra hazırladığı 1 mil. dollar pulu kimsənin nəzər-diqqətini cəlb etməmək üçün Parfüm de franc karton kisəsinə qablaşdırıb öz xidməti avtomobiliilə Nazirliyə “hədiyyə” olaraq göndərmişdir.
Bəs Nazirliyin 8 milyon manat ehtiyat fondu necə spürüldü?
Yeni nazir təbii ki, öz arşınına uyğun elə düşünürdü ki, son 7 ildə dövlət qurumunu yaxşıca inək kimi “sağıb”lar. Dərhal nazirliyin bütün strukturlarda yoxlamaların aparılmasına və korrupsiya hallarının aşkara çıxarılaraq ona məruzə edilməsini tapşırdı. Çox maraqlıdır ki, Nazirliyin yoxlaması zamanı elə də ciddi nöqsanlar tapılmamışdır. Bu planın baş tutmamasından dərhal sonra təzə nazirin maraq dairəsində yeni qazanc mənbəyinin tapılması məsləsi idi. Nazir Ə.Abbasovun əsas diqqətdə saxladığı önəmli məsələ Nazirliyin maliyyə büdcəsi idi. Məlum oldu ki, Nazirliyin uzun illər əldə etdiyi gəlirlər hesabına ehtiyat fonda 8 milyon manat vəsait daxil olmuş və saxlanılmaqdadır. Cənab nazir dərhal özüilə gətirdiyi Vidadi Zeynalovu dəvət edib yığılan pulu necə və hara məsrəf etməsini soruşur. Təbii ki, Bakı şəhər İcra Hakimiyyətinin Maliyyə İdarəsindən törətdiyi irimiqyaslı maliyyə maxenasiyalarına görə Nazirlər Kabinetinin qərarına əsasən 1999-cü ildə işdən qovulmuş peşəkar maliyyə fırıldaqçısı V.Zeynalov üçün 8 milyonu xırıd etmək heç də çətin bir iş ola bilməzdi. Və aradan ötən 60 gün ərzində bu pullar son qəpiyinədək nazirliyin müxtəlif strukturlarının adına təmir-tikinti, avadanlıların alınması və s. adlar altında köçürülməklə, sonradan “otkat” edilərək son qəpiyinəcən geri – lazımi ciblərə qaytarıldı. Artıq bu əməliyyatlardan sonra nazir Əli Abbasov mayanı çıxarmış halda rahat nəfəs alaraq yerində işini davam etdirə bilərdi.
Hərraca çıxarılan BTRİB rəisi postuna Nəriman Salmanov “qalib” olur.
2005-ci ilədək Gəncə Telekommunikasiya İdarəsinə rəhbərlik edən Nəriman Salmanov Əli Abbasov rabitə naziri təyin olunandan sonra Bakıya gəlib. Nazir onu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi vəzifəsinə irəli çəkib.(Təbii ki, bu vəzifəyə üçün tələb olunan 300min manat ödənildikdən sonar) Lakin bundan qısa müddət sonra onun, necə deyərlər, başına müsibətlər gətirilib. Mənbənin dediklərindən: “Nəriman Salmanov BTRİB-ə rəis gətiriləndən bir neçə ay sonra onu qaramaskalılar iş kabinetindən günün günorta vaxtı oğurlayaraq MTN-ə aparıblar. Orada ona nazir E. Mahmudovun adından deyilib ki, bütün fəaliyyətini MTN-dəki bir qrupla razılaşdırmalıdır, onların dedikləri bütün qanunsuz işləri həyata keçirməlidir. Həmin vaxt ona deyilib ki, Eldar Mahmudov üçün maraqlı olan adamların telefonları nəzarətə götürülməli və daim dinlənməli, nəticə haqda da nazirin özünə sistematik olaraq məruzə edilməlidir. Nəriman Salmanov peşəkar rabitəçidir, qanundan qorxan
adamdır, birmənalı şəkildə bundan imtina edib. Deyib ki, əgər bunlar dövlətə lazımdırsa, məhkəmə qərarı çıxarılsın, bundan sonra dinləmələri həyata keçirməyə qanun imkan verir. Bu zaman onu orada döyüblər, təxminən 1 aya yaxın kənar bir yerdə, iddiaya görə, general Akif Çovdarovun gizli həbsxanasında saxlayıblar. Bu müddət ərzində ailəsi belə onun harada olmasından xəbər tuta bilməyib. Nəriman Salmanov, nəhayət, həmin vəzifədən istefa verəcəyini bildirib, bundan sonra onu azad ediblər. O, dediyinə əməl edərək istefa ərizəsi yazıb. Bütün bu proseslərdən Əli Abbasov məlumatlı olub. Amma həmin vaxt Eldar Mahmudov Əli Abbasova deyib ki, bütün bunlar ölkə rəhbərliyi ilə razılaşdırılıb, faktiki olaraq onu aldadaraq öz istəyinə nail olub. Nəriman Salmanov Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad edildikdən dərhal sonra Eldar Mahmudov Əli Abbasovdan o posta qohumu Beytulla Hüseynovu təyin etməyi tələb edib və tələb icra olunub.Əslində MTN əməliyyatı Beytulla Hüseynovun sifarişi əsasında həyata keçirilənə daha çox oxşayır. Faktiki olaraq bu olaydan sonra Əli Abbasov da Eldar Mahmudovun icra komandasına daxil olub”. Nəriman Salmanov BTRİB-dən gedəndən sonra Əli Abbasova verdiyi məbləği qaytarmağı xahiş edib. Bildirib ki, işlədiyi dövrdə yalnız cüzi “qazancı” olub,( bir neçə avtomobili idarənin adına şişirdilmiş qiymətə alması və bir neçə kabel əməliyyatları nəzərə alına builər) İmkan verməyiblər ki, verdiyini çıxarsın. Lakin nazir onu verdiyi pulun əvəzinə Yasamal Telefon Qovşağının rəisi vəzifəsinin icraçısı təyin edib. Lakin Eldar Mahmudov buna da mane olub: “Deyib ki, Yasamal strateji ərazidir, Nəriman orada da bizə mane olacaq, onu başqa yerə göndər. Bundan sonra onu ucqara, Sabunçu Telefon Qovşağının rəisi vəzifəsinə təyin ediblər. O, burada da daim təhdid altında olub. Bunlara görə o, kabinetinin içərisini də kameralatmışdı ki, otağa gələn hər kəsin davranışları da qeydə alınsın.
Hesablama Palatasını 5 milyonla necə yola saldılar?
Nazirliyin strukturuna daxil olan gəlirli idarələrdən biri də Beynəlxalq Əməliyyat və Hesablama Mərkəzi olmuşdur. Belə ki, idarəyə V.zeynalovun qohumu Cəlil Cəfərov təyinat aldıqdan sonra mərkəzdə açıq-aşkar korrupsiya əməlləri tüğyan etmişdir. Bir neçə il əvvəl isə Hesablama Palatasının növbəti yoxlması zamanı “qışqıran rəqəmləri” gizlətmək mümkün olmur. Və HP-nın peşəkar müfəttişləri külli-miqdarda dövlət vəsaitinin mənimsənilməsilə bağlı AKT tərtib edirlər. Bundan təşvişə düşən direktor C.Cəfərov dərhal nazir Ə.Abbasovun qəbuluna gəlir. Məslə müzakirə oluur və uzaqgörən Əli müəllim Palatanın istədiyi qiymətin – 5 milyon manatın dərhal verilməsi tapşırığını verir. Məsələ “həllini” tapır.
Nazir Ə.Abbasov və direktor C.Cəfərov işdən çıxarılır və direktor həbs edilir. Yaradılmış dövlət komissiyasının tərkibində yer alan Hesablama Palatası bu dəfə də BƏHM-də yoxlamalara başlayır. Amma nədənsə, bir neçə il öncə ört-basdır etdikləri korrupsiya əməllərini açmırlar və Aktlaşdırmırlar. Sadəcə hər şeyin qaydasında olması barədə əvvəl verdikləri rəyi protokollaşdırmaqla kifayətlənirlər. Sual olunur Bəs o zaman direktor C.Cəfərov nədən bir ildir ki, istintaq altındadır? Yəni, bu da dövlətin etibar etdiyi Hesablama Palatasının hesablaması...
Nazir yeni korrupsia mənbəyini kosmosda necə reallaşdırır?
Özünü Azərbaycanda internetin yaradıcısı hesab edən nazir Ə.Abbasov müasir dövrlə ayaqlaşmağı yüxarı dairələrə təklif edir. Və Azərbaycanda çoxdan öz kosmik sənayesinin yaradılmasının vacibliyini vurğulayır. Tezliklə bu istiqamətdə mühüm Dövlət Proqramı da qəbul edilir.
Dövlət Proqramı nə nəzərdə tutulur? “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib.
Proqramda 2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi, peyk xidmətlərinin göstərilməsi üçün imkanların artırılması planının hazırlanması nəzərdə tutulur. Peykin 2011-ci ilin dekabr ayında orbitə çıxarılması nəzərdə tutulur. Peykin orbitə çıxarılması layihəsinin ümumi dəyəri təxminən 160 mln. ABŞ dolları təşkil edir ki, bunun 86-87 mln. dolları birbaşa peykin istehsalına, 16 mln. dolları əsas və köməkçi idarəedici sistemin yaradılmasına, 40 mln. dolları raketdaşıyıcı vasitəsi ilə orbitə çıxarılması üzrə işlərə, 18 mln. dolları isə sığorta xidmətlərinə yönəldiləcək. Qeyd edək ki, süni peykin buraxılması layihəsi ilk növbədə kommersiya xarakteri daşıyır. Layihəyə qoyulan vəsaitlərin ilk 5-7 il ərzində qaytarılması nəzərdə tutulur ki, peykin sonrakı fəaliyyət dövrü ərzində, yəni təxminən 15 il ərzində layihə artıq mənfəət gətirəcək. Azərbaycan peykin imkanlarının yalnız 20 faizdən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Növbəti 5 ildə kosmik sənayemiz inkişaf etdiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Azərbaycana 2 orbital pozisiya təqdim edib. Lakin bu, yerin əhatə dairəsi üçün məhdudiyyət təşkil etdiyindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 20 il müddətinə orbital pozisiya icarəyə götürərək süni peyk layihəsini həyata keçirməyə başlayıb. Qeyd edək ki, hazırda Azərbaycanın televiziya kanalları müxtəlif xarici peyklərdən yayımlanır. Milli peyk orbitə çıxarıldıqdan sonra isə kanallar bu peyk vasitəsilə yayımlana biləcək. Layihə Azərbaycanın beynəlxalq kosmik bazara çıxışını təmin edəcək. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı növbəti 5 ildə kosmik sənayenin yaradılması və inkişafına xüsusi təkan verməli idi.
2013-cü ilin Fevralın 7-dən 8-nə keçən gecə Azərbaycan özünün ilk telekommunikasiya peykini fəzaya qaldırdı. PEYKDƏN AZƏRBAYCANIN QAZANCI Nazirliyin internet səhifəsində yer alan məlumatda qeyd edilir ki, peyk orbitə buraxılandan sonra Naxçıvan da daxil, Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təmin olunacaq. Bundan başqa, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək. Yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda peyk rabitəsi problemləri də tezcə aradan qaldırılacaq. Üstəlik, peyklə bağlantıların təhlükəsizliyinə təminat veriləcək. Adi vətəndaşların diqqətini çəkən və onları sevindirəcək bir xəbər də var: İlk peyk orbitə buraxılandan sonra rabitə və internet xidmətləri ucuzlaşacaq. Nazirliyin rəsmi məlumatında belə deyilir. PEYK AZƏRBAYCANA NEÇƏYƏ BAŞA GƏLİB? İlk peykin hazırlanma və orbitə qaldırılmasının Azərbaycana neçəyə başa gəldiyi barədə dəqiq rəqəmlər açıqlanmır. Yalnız o bildirilir ki, peyk 120 milyon ABŞ dollarına hazırlanıb. Həmin məlumat da il yarım öncə – rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun mətbuata müsahibəsində səslənib və bunun təxmini rəqəm olduğu dilə gətirilib:
Nazirliyinin məlumatlarına söykənən bəzi qaynaqlar bildirir ki, peykin yaradılmasına 87 milyon, onun orbitə çıxarılmasına 40 milyon, idarə mərkəzinin yaradılmasına 16 milyon manat xərclənib. Sığorta məsələləri də gözardı edilməyib. Peykin tam sığortalanmasına 18 milyon manat sərf edilib. Peykin istismar müddəti 15 il, qoyulan vəsaitin götürülmə müddətinin 5 il olduğu deyilir.
Mütəxəssislər isə qeyd edirlər ki, «Bazar artıq tutulub, bax, birinci risk budur. 230 milyona yaxın pul qoyulan bir layihədir, indi bu xidməti satmaq lazımdır. Ancaq hələlik, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bunu reallaşdıracaq, xidmətləri satışa çıxaracaq konkret müqaviləsini varmı? YOX.
Nazirlik rəsmilərinin dediyi kimi, Azərbaycan peykinin sürətli internetin inkişafına təkan verəcəyi proqnozunun bu gün reallaşmadığı isə göz qabağınadaır
Doğrudur, milli peykin orbitə buraxılması Azərbaycan üçün imic məsələsi olsa da, tək peyk böyük riskdir. Bu özünü bu gün də göstərməkdədir. Belə ki, 284 min ABŞ dollarına başa gələn milli peykimiz illik icarə haqqından vur-tut 10 milyon dollar gəlir əldə edir. Amma nəzərdə tutulmuşdu ki, guya 5 il ərzində peyk qoyulan mayanı çıxaracaqdır. Amma bu baş vermədi. Yəni, Əli Abbasovun dediyi kimi kosmik nailiyyət üçün imic qazansaq da büdcə pulları kosmosa sovruldu. Bu dövlət proqramında sonda bircə nazir qazandı. Bu məqsədlə tenderə veriləcək layihənin
rellaşması üçün maksimum 200 min dolları nəzərdə tutulsa da sonradan cənab nazirin “əlavə xərclər” qrafasında qeydləri bu məbləğin 284 min dollara qədər yüksətlmişdi. Bu layihədən nazirin xalis “qazancı” 10 milyonlarla ölçülə bilər.
Bəs o zaman “korrupsiya akademiki” Əli Abbasov niyə azadlıqdadır?
DİA.AZ olaraq bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
|