İraqın yeni müdafiə naziri Mosul azad edildikdən sonra məlum olacaq
Tarix: 17-10-2016, 15:55 |
Çap et
İraqın Baş naziri Heydər əl-Abadi ölkənin yeni müdafiə nazirinin seçilməsini müvəqqəti təxirə salıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeni müdafiə naziri Mosul azad edildikdən sonra təyin ediləcək.
Xatırladaq ki, müdafiə naziri əl-Übeydi bu ilin avqustunda korrupsiyada ittiham edilərək vəzifəsindən azad edilmişdi.