Səlim Müslümovla bağlı HÜQUQİ QƏRAR - Ölkədən çıxışı əngəlləndi
Tarix: 19-05-2018, 11:51 |
Çap et
DİA.AZ: - Adı külli miqdarda büdcə vəsaitinin mənimsənilməsində hallanan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov haqqında yeni informasiya yayılıb. Belə ki, DİA.AZ-a danışan hüquq-mühafizə orqanlarındakı mötəbər mənbənin bildirdiyinə görə, artıq keçmiş nazirin Azərbaycandan çıxışna qadağa qoyulub.
Mənbə bildirir ki, belə bir qərarın verilməsi sabiq ƏƏSMN şefi barəsində hüquqi araşdırmaların aparılması ilə əlaqədar ola bilər.
Qeyd edək ki, məsələyə şəxsən nazirin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı. Yenə də qarşı tərəfi dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...