Prezidentə yalan danışan sahibkarın adı saxta əmlak maxinasiyasında - ŞOK FAKTLAR
Tarix: 24-05-2018, 11:04 | Çap et
2018-ci ilin yanvar ayının 29-da Prezident İlham Əliyev cənablarının iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi
Konfransda çıxış edən məmur və sahibkarların içərisində "Qara inək fermer təsərüfatı" MMC-nin direktoru Fuad Əyyubzadənin çıxışı zamanı 2016-cı il aprel döyüşlərində ermənilərin atdığı mərmilər nəticəsində müəssisəsində 200 inəyin ölməsini vurğulaması media olaraq diqqətimizdən yayınmadı. F. Əyyubzadənin çıxışında səsləndirdiyi fikirlərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün apardığımız jurnalist ARAŞDIRMASI nəticəsində məlum oldu ki, 2016-ci ilin aprel hadisələri zamanı "Qara inək fermer təsərüfatı" MMC-nin Ağdam rayonunun Əfətli kəndində yerləşən fermasına düşən mərmilər zamanı müəssisədə 12 heyvan ölmüş, 25-i isə yaralanmışdır. O zaman bu barədə Fuad Əyyubzadənin özü dəymiş ziyanla bağlı dövlətin rəsmi agentliyi olan AzərTac-a da açıqlama verib. Sonradan isə "Qara inək fermer təsərüfatı" MMC-nin dövlətə olan 412,589 manat borcu silinmişdir. Sadə bir sahibkarın dövlət başçısına bu cür yalan danışması, daha doğrusu bu "cəsarəti" haradan, kimlərdən alması, əlbəttə ki, bizim jurnalist marağımızı oyatmaya bilməzdi. Dövlət başçısına yalan danışan sahibkara "zəhərin" hansı "ilanlar" tərəfindən verilməsi istiqamətində araşdırmalara başlamaq istədiyimiz zaman isə saytımıza Fuad Əyyubzadə ilə bağlı şokedici məlumatlar daxil oldu.
Redaksiyamıza daxil olan məlumatda ixtisasca hüquqşünas olan Fuad Əyyubzadənin episentrində olduğu maxinasiyadan bəhs olunur. Qeyd edək ki, F.Əyyubzadənin "baş rol" aldığı bu hadisədə ölümünə sayılı günlər qalmış bir insanın Şahid Həbibullayev adlı sahibkarın səmimiyyətindən sui-istifadə edərək saxta sənədlərlə var-dövlətini talamağa cəhd edilir. Beləliklə redaksiyamıza ünvanladığı Şahid Abdullayevin oğlu İlqar Həbibullayev yazır: Şirvan Apellyasiya Məhkəməsinin hakimi saxta maliyyə əməliyyatlarında "Mərhum atam Şahid Həbibullayevin ikinci nigah üzrə həyat yoldaşı Həbibullayeva (Novruzova) Reyhan Əli-İskəndər qızının atamın xərçəng xəstəsi olduğunu və qısa müddət ömrü qaldığını bilərək ölümünə yaxın nigah rəsmiləşdirmiş, bundan sonra onun xəstəliyindən istifadə edərək Şirvan Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləyən qardaşı Novruzov Ələsgər Əli-İskəndər oğlunun şəxsən iştirakı ilə «Azekspert» hüquq firmasında işləyən dostları Fuad, Samir və Fərhad adlı şəxslərin köməkliyi ilə hazırda səhmlərinin 65%-i mənə və qardaşım Şahin Həbibullayevə məxsus olan «Magistral-Ekspress» ASC-nin əmlakını ələ keçirməyə cəhd etmişlər. Belə ki, onlar bu niyyətlə 2011-ci ilin dekabr ayında Ələsgər Novruzovun şəxsən iştirakı ilə heç bir fəaliyyəti olmayan, yalnız birdəfəlik saxta maliyyə əməliyyatları həyata kecirmək üçün faliyyəti bərpa olunmus «Həkəri» Kiçik Müəssisəsindən (hal-hazırki adı «Modern Mexaniki Quraşdırma» MMC) guya nağd pulun daxil olması barədə kassa mədaxil orderləri yazılmış və eyni gündə də guya pulun verilməsi barədə mərhum atam Şahid Həbibullayevin adına kassa məxarici orderləri yazılmışdır.
Halbuki, həmin vaxt kassir və mühasib işləyən şəxslər heç bir pul vəsaitinin olmadığını və hakim Ələsgər Novruzovun həmin prosesdə şəxsən iştirak etdiyini təsdiq etmişlər. Bunların əsasında 2 851 000 manat saxta borc yaradaraq 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində «Magistral-Ekspress» ASC-yə qarşı saxta məzmunlu iddia qaldırılmışlar. Qurulmuş bu mexanizmə görə ASC-nin rəhbəri olan atam məhkəmədə borcu etiraf edəcək və borcu ödəniş qabiliyyəti olmadığı üçün tələb ASC-nin əmlakına yönəldiləcək və bununla da ASC bütovlüklə ələ keçiriləcəkdi. Lakin həmin ərəfədə atam vəfat etdiyindən bu niyyətləri baş tutmamış, iddia ərizələrini geri götürmüşlər. Niyyətləri puça çıxan hakim və vəkillər istintaq qarşısında Bu fakt ilə əlaqədar 2017-ci il aprel ayında ASC-nin yerləşdiyi Nərimanov rayon prokurorluğu tərəfindən 170066046 saylı cinayət işi qaldırılmış, lakin həmin işdə hakim Ələsgər Novruzovun iştirakı olduğu üçün daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir. İstintaq vaxtı bir sıra şəxlər, o cümlədən hakim Ələsgər Novruzov dindirilmiş, üzləşmələr aparılmış, faktiki rəhbəri Fuad adlı şəxsin olduğu və saxta maliyyə əməliyyatının aparıldığı «Həkəri» KM-nin fəaliyyəti barədə müvafiq orqanlara sorğu verilmişdir. Lakin, hüquqşünas olduğum üçün istintaqın qısa müddətdən sonra qeyri-obyektiv istiqamətə yönəldiyini açıq aşkar hiss edib aşağıdakı suallarla istintaqa müraciət edərək araşdırılmasını xahiş etmişəm. Fuad Əyyubzadə iki "rol"da
Bir. «Həkəri» KM-nin təsisçisi və direktoru Samir adlı şəxs olduğu halda istintaq orqanı hansısa səbəbdən Fuad Əyyubzadə adlı şəxsi KM-nin faktiki rəhbəri kimi işə cəlb edərək onunla istintaq hərəkətləri aparmışdır. Əldə etdiyimiz sənədlərdən isə həm də görünür ki, Fuad Əyyubzadə adlı şəxs isə eyni dövrdə «Magistral eksperess» ASC-yə hüquqi xidmət göstərmişdir. Belə olan halda, rəsmiyyətdə Fuad, mənafeləri arasında ziddiyyət olan və məhkəmə mübahisəsinə başlayan iki müəssisənin maraqlarını necə müdafiə edə bilərdi?
Bu bir daha göstərir ki, sözü gedən maliyyə əməliyyatı kagız üzərində olmuş və müəyyən başqa niyyətlə edilmişdir. "Həkəri" KM 18 min manatı niyə unutdu? İki. Əldə etdiyimiz mühasibat sənədlərindən görünür ki, «Həkəri» KM «Magistral eksperess» ASC-nə guya 268.000 manat ödəmişdir. Məhkəmədə qaldırılmış iddianın məzmunundan isə görünür ki, pul tələbi 250000 manat təşkil edir, bu isə 18.000 manat fərq deməkdir. Əgər həqiqi mübahisə var idisə «Həkəri» KM iddia tələbini niyə öz ziyanına az göstərmişdir? «Həkəri» KM ilə «Magistral eksperess» ASC arasında bağlanmış "müqavilə" hanı?
Üç. Əldə etdiyimiz iddia ərizəsindən görünür ki, guya «Həkəri» KM ilə «Magistral eksperess» ASC arasında yuxarıda qeyd olunan vəsaitin köçürülməsinə əsas verən və müəyyən tikinti işlərinin sifariş edilməsi barədə müqavilə olmuşdur. Müqavilənin özünün isə nə əslini, nə də surətini indiyə qədər heç kim görməmişdir. Həmin müqavilənin ümumiyyətlə tərtib olunub-olunmaması, əgər olunmuşdursa məhkəməyə təqdim edilib edilməməsi barədə, eləcə də yuxarıda qeyd etdiyim digər iki xüsusat üzrə həm Fuad, həm də vergi orqanlarında «Həkəri» KM-nin rəhbəri kimi qeydiyyatdan keçən Samir adlı şəxslər ətraflı dindirilməli, eləcə də 1 saylı inzibati-iqdisadi məhkəməsinə sorğu edilməklə iki müəssisə arasında yuxarıda göstərilən pul vəsaitinin köçürülməsinə səbəb olmuş müqavilənin olub-olmaması, olmuşsa surəti tələb olunmalıdır. Layihəsi olmayan "tikintiyə" «Həkəri KM» 268.000 manat ödəyib? Dörd. Sözügedən müqavilə üzrə guya sifarişçi «Həkəri» KM «Magistral-ekspress» ASC-nə öz ərazisində tikinti obyekti inşa olunmasını sifariş etmişdir. Halbuki, tikinti nəinki icra edilməmiş, müqavildə üzrə sifariş verilmiş «tikintinin» layihə s. kimi hallar ümumiyyətlə heç kimə məlum deyil, daha doğrusu maliyyə əməliyyatı saxta olduğundan belə sifariş də olmamışdır. Bu barədə ASC-də məlumatı olan belə yoxdur. Ən maraqlısı isə budur ki, 268.000 manat dəyərində tikinti sifariş etmiş «Həkəri» KM həmin məbləğin bir hissəsini keçirdikdən bir müddət sonra heç bir tikinti mövcud olmadığı halda «gözünü yumaraq» ikinci böyük məbləğdə köçürmə həyata keçirmişdir. Maraqlıdır, «Həkəri KM»-nin rəhbərliyi bu dərəcədə ağılsızmı olmuşlar?.. Beş. Əməliyyatın saxta olmasını təsdiq edən başqa bir dəlil iki dəfə böyük məbləğdə vəsaitin bank hesabından kənar nağd qaydada keçirilməsidir. Altı. Başqa bir fakt isə budur ki, sözü gedən vəsaitin «Həkəri» KM-nin kassasına mədaxil edildiyini təsdiq edən heç bir sənəd mövcud deyil və istintaq zamanı Fuad belə bir sənəd təqdim edə bilməmişdir. Ardı var... Növbəti sayımızda yuxarıda qeyd olunan suallara cavab olaraq Azərbaycan Respublikasının Auditorlar Palatasının 16.09.2016-cı ildə SA/039 icazə nömrəli qərarı ilə hər iki müəssisədə aparılan auditin nəticəsini təqdim edəcəyik. Xüsusi qeyd: Xatırladaq ki, bu məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
|