Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                 

"Azərbaycana qarşı şər və böhtan kampaniyasını Soros maliyyələşdirir" - Deputat şok faktları açıqladı
Tarix: 13-06-2018, 11:44 | Çap et
"Azərbaycana qarşı şər və böhtan kampaniyasını Soros maliyyələşdirir"
"Azərbaycan uzun illər ərzində anti-Azərbaycan qüvvələrin birgə səyləri nəticəsində AŞPA-da siyasi məhbus məsələsi ilə bağlı qərəzli münasibətlərə və ayrıseçkiliyə məruz qalıb. Avropa Şurasının siyasi məhbus anlayışının meyarlarının mövcud olmadığı bir vəziyyətdə 12 ildən artıq müddət ərzində bu qurumun üzvü olan dövlətlərdən yalnız Azərbaycanda siyasi məhbusların olması barədə iddialar irəli sürülüb, sənədlər qəbul edilib".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasınıdakı nümayəndə heyətinin keçmiş üzvü Elxan Süleymanov deyib.

O bildirib ki, bu məsələ 2005-ci ildə bir qədər səngisə də, 2009-cu ildə yenidən gündəmə gətirildi və anti-Azərbaycan qüvvələr 2009-cu ildə AŞPA Hüquqi Məsələlər Komitəsində Avropa Şurasının üzvü olan 47 ölkədən yalnız Azərbaycanda siyasi məhbusların izlənilməsi üzrə məruzənin hazırlanmasına dair qərar qəbul edilməsinə nail oldu. Almaniyalı deputat Kristof Ştrasser Azərbaycanda siyasi məhbusların izlənilməsi üzrə məruzəçi təyin edildi: "Hüquqi Məsələlər Komitəsi sonradan Ştrasserə ikinci mandat verərək onu həm də siyasi məhbusların müəyyənləşdirilməsi üzrə məruzəçi təyin etdi. Beləliklə, AŞPA-da siyasi məhbus məsələsi ətrafında paradoksal bir vəziyyət yarandı: “siyasi məhbus” anlayışının meyarlarının müəyyənləşdirilməsi və Azərbaycanda siyasi məhbusların izlənilməsi eyni bir deputata – Kristof Ştrasserə həvalə edildi. Belə bir qərarın qəbul edilməsi Avropa Şurası strukturlarında Azərbaycana münasibətdə qərəzli mövqeyin və ikili standartların mövcudluğunu bir daha nümayiş etdirmiş oldu".

O qeyd edib ki, Ştrasserin siyasi məhbusların müəyyənləşdirilməsi məruzəsi AŞPA-nın 2012-ci ilin oktyabr sessiyasında gərgin müzakirələrdən sonra 89 səs lehinə, 89 səs əleyhinə olmaqla prosedur qaydalarının mükəmməl olmaması səbəbindən hüquqi baxımdan qəbul edilmiş sayıldı: "Bu səsvermə AŞPA-nın məsələ ilə bağlı etibarlılığını sarsıtdı və Assambleyada ciddi parçalanma olduğunu sübut etdi. Halbuki, belə ciddi məsələlər 2/3 səs çoxluğu ilə qəbul edilməlidir. Lakin Ştrasserin Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair sırf anti-Azərbaycan xarakteri daşıyan qərəzli məruzəsi 2013-cü ilin yanvar sessiyasında ciddi səs fərqi ilə rədd edildi – Assambleya üzvlərinin böyük əksəriyyəti bu qərəzli məruzənin əksinə səs verdi".

E.Süleymanov əlavə edib ki, anti-Azərbaycan qüvvələr Ştrasserin məruzəsinin qəbul edilməməsindən qəzəblənərək müxtəlif bəhanələrlə və vasitələrlə Azərbaycanda siyasi məhbus olması iddialarını yenidən gündəmə gətirməyə çalışdılar: "Hüquq Məsələləri Komitəsində 2014-cü ildə “Azərbaycanın Avropa Şurasına Sədrliyi: İnsan hüquqları ilə bağlı nə edilməlidir?” məruzəsinin hazırlanmasına nail oldular. Lakin məruzə Hüquq Məsələləri Komitəsində qəbul edildikdən sonra məruzəçi Alain Desteks müstəqil mövqe nümayiş etdirdiyinə görə anti-Azərbaycan qüvvələrin təzyiqləri və aparılan qərəzli kampaniyalar fonunda məruzəçi postundan istefaya məcbur edildi.

Nəhayət, Azərbaycana qarşı məkrli planların həyata keçirilməsinə məruzələrin gündəmə gətirilməsi yolu ilə, yəni dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının qeyri-mümkünlüyünə əmin olan anti-Azərbaycan qüvvələr yeni strategiya seçdilər. Bu strategiyanın əsasında Azərbaycanla əməkdaşlıq edən, Azərbaycanla bağlı məsələlərin müzakirəsində müstəqil mövqe nümayiş etdirən AŞPA üzvlərinə qarşı şər-böhtan kampaniyasının başlanılması, sanksiyaların tədbiq edilməsi və cəzalandırılması dayanmalı idi. Bunun üçün həmin qüvvələr tərəfindən AŞPA katibliyinin dəstəyi ilə Ştrasserin məruzəsinin əleyhinə səs vermiş üzvlərin Azərbaycanla korrupsiya xarakterli işbirliyində olmaları barədə iddialar irəli sürüldü, AŞPA-da korrupsiyaların olması barədə Avropa Stabillik Təşəbbüsü adlanan QHT tərəfindən bir neçə hesabat hazırlandı. Beləliklə, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılması məsələsi gündəliyə gətirildi və Müstəqil Kənar İstintaq Orqanının yaradılması barədə qərar qəbul edildi. Qeyd edilməlidir ki, anti-Azəırbaycan qüvvələrin və AŞPA katibliyinin rəhbəri Savitskinin bütün cəhdləri ilk növbədə Ştrasser məruzəsinin yenidən yazılmasına xidmət edirdi.

Lakin İstintaq Orqanı öz hesabatında etiraf edir ki, Ştrasser məruzəsinin səsverməsi zamanı səslərin pulla alınması məsələsinə dair nə Katibliyin əməkdaşları, nə də deputatlardan heç bir dəlil və sübut əldə edə bilməmişdir, səsvermənin nəticələrinə heç bir təsir olmaması qənaətinə gəlmişdir.

Buna baxmayaraq Hollandiyalı deputat Piter Omtzigt AŞPA-da yenidən Azərbaycanda siyasi məhbus məsələlərinə dair məruzənin hazırlanması barədə qətnamə layihəsi irəli sürdü. Artıq Büro bu məsələ ilə bağlı qərar qəbul edib və Assambleyanın iyun sessiyasında Azərbaycan üzrə siyasi məhbus məsələlərinə dair məruzəçi təyin ediləcək.

Vurğulanmalıdır ki, Piter Omtzigt Azərbaycana qarşı korrupsiya iddiaları kampaniyası zamanı Azərbaycanın düşmənlərinin lideri olmuş və daima Azərbaycana qarşı qərəzli iddialarla çıxış etmişdir. Hələ 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan “Erməni Əlaqəsi” hesabatında aşkar edilmişdir ki, yeni qətnamə layihəsinin müəllifi hollandiyalı Piter Omtzigt Soros fondu tərəfindən maliyyələşdirilir və ermənilərə xidmət edir.

Faktlar birmənalı şəkildə göstərir ki, Azərbaycanın beynəlxalq imicinə uzun illərdir ki zərbə vuran korrupsiya iddialarının müəllifi olan və Azərbaycana qarşı şər və böhtan kampaniyası aparan Avropa Sabitlik Təşəbbüsü təşkilatı Soros tərəfindən maliyyələşdirilir.

İstintaq Orqanının yekun hesabatında Avropa Sabitlik Təşəbbüsünün sədri Cerald Knaus təşkilatı beynəlxalq QHT kimi təqdim etsə də, təşkilat Avropa Komissiyası və Avropa Parlamentində 22 dekabr 2014-cü ildə lobbi təşkilatı kimi qeydiyyatdan keçmişdir. Avropa Sabitlik Təşəbbüsü Avropa Şurasındakı lobbiçilik fəaliyyətinə görə (xüsusilə Azərbaycana qarşı məruzələrin yazılması məqsədi ilə) 2012-2018-ci illər arasında Soros Fondundan 100 minlərlə dollar dəyərində maliyyə vəsaiti qəbul etmişdir. Belə ki, Cerald Knaus İstintaq Orqanındakı dinləməsi zamanı İstintaqı aldadaraq Soros Fondundan 2012-ci ildə 39.000 dollar qəbul etdiyini bildirmişdir. Əslində isə bu rəqəm 100.000 dollardır.“Siyasi məhbuslar məsələsi üzrə Avropa Şurasının effektliliyinin artırılması” məqsədi ilə Avropa Sabitlik Təşəbbüsü 2013 və 2014-cü illərdə hər il üçün Soros Fondundan 150.000 dollar qrant almışdır. Avropa Sabitlik Təşəbbüsünün Soros Fondu tərəfindən maliyyələşdirilməsini və həmin fond tərəfindən həyata keçirilmiş pul köçürmələrini təsdiq edən bank sənədlərinin sürəti qeyd edilənlərlə bağlı bütün şübhələri aradan qaldırır.

Beləliklə, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılmasının arxasında siyasi məhbus məsələsinin yenidən gündəliyə qaytarılması və Azərbaycanı siyasi poliqona çevirmək istəyi dayanırdı. Bunun üçün anti-Azərbaycan qüvvələr səfərbər edilmişdi. Bu qüvvələrə uzun illərdir ki AŞPA-da Azərbaycana qarşı qərəzli mövqedə olan Avropa Şurasının Baş Katibi Savitski rəhbərlik edir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru