Elmar Vəliyevin adı BORC QALMAQALINDA - Keçmiş başçı ittiham olunur
Tarix: 19-03-2020, 12:23 | Çap et
Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı, 2018-ci ilin iyulun 3-də Yunis Səfərov tərəfindən güllələndikdən sonra vəzifədən azad olunan Elmar Vəliyev haqqında şikayətlərin hələ də ardı-arası kəsilmir. Çünki keçmiş başçıs vəzifədə olduğu illər ərzində çoxsaylı qanun pozuntularına yol verməklə, sadə vətəndaşlarla yanaşı, onlarla iş adamını da müflis vəziyyətə gətirib. Odur ki, istər E.Vəliyev vəzifədə olduğu müddətdə, istər də hal-hazırda ondan şikayət edənlərin sayı-hesabı yoxdur.
Ötən il “Hürriyyət”də bu şikayətçilərdən biri haqqında açıqlama vermişdik. Söhbət Türk iş adamı Ender Şahsuvaroğlunun sabiq icra başçısından illərdir borcunu ala bilməməsindən gedirdi. Həmin yazıda qeyd edirdik ki, prezident İlham Əliyevin 18 fevral 2011-ci il tarixli sərəncamı ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilən Elmar Vəliyevin qarşısında böyük vəzifələr dururdu. Yeni başçı ölkə başçısının tapşırığı ilə Azərbaycanın ikinci ən böyük şəhəri və qədim tarixi abidələr məkanı olan Gəncədə ciddi abadlıq işləri aparmalı, şəhərə turist axınını təmin etməli idi. Şübhəsiz, E.Vəliyevin başqa yolu da yox idi, o, prezidentin etimadını doğrultmağa məcburdu...
Görünür, elə bu səbəbdən də, o, yeni vəzifəsinin başına keçər-keçməz, xüsusən də Gəncənin görkəmli və insanların daha çox ziyarət etdiyi yerlərdə abadlıq işlərinin aparılmasına göstəriş verdi. Bu çərçivədə Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Məhsəti Gəncəvi Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi və digər tikililərin də bərpasına qərar verildi.
Küçə və meydanlardan fərqli olaraq, adını çəkdiyimiz abidələrin bərpası yüksək peşəkarlıq tələb etdiyindən, icra başçısı bu məsələdə Bakıda fəaliyyətdə olan Türk şirkəti ilə anlaşmaya üstünlük verdi. Elmar Vəliyev bu məqsədlə “MİMART ÇİZGİ ÖTESİ PROJE VE TASARİM LTD” şirkətinin sahibi Ender Şahsuvaroğlu ilə danışıqlar apararaq, hər üç tikilinin - Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Məhsəti Gəncəvi Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzinin, eləcə də Gəncə şəhər Seçki Mərkəzinin binasının bərpa və inşasını ona həvalə etdi. Üstəlik, icra başçısı tikinti şirkətinin israrlarına rəğmən, görülən işlərin həri biri ilə bağlı ayrıca müqavilə bağlamaqdan imtina etdi. Şirkət rəhbəri də “Vali dövlət deməkdir” anlamı ilə Elmar Vəliyevlə rəsmi müqavilə bağlanılmasına çox da israr etmədi.
Beləliklə, 2012-ci ilin əvvəlində yuxarıda qeyd etdiyimiz tarixi abidələrin, eləcə də digər tikililərin bərpa və inşasına başlanıldı. Ender Şahsuvaroğlunun “Hürriyyət”ə verdiyi məlumata görə, görülən işlərin qarşılığında Gəncə şəhər İcra Hakimiyyəti “MİMART ÇİZGİ ÖTESİ PROJE VE TASARİM LTD” şirkətinə təxminən 3,9 milyon manat ödəməli idi. Ayrı-ayrı vaxtlada 3 milyon manat yaxın vəsait ödənilsə də, sonradan Elmar Vəliyev 770 min manat vəsaiti verməkdən imtina edib. Hətta bir neçə Türk iş adamı bu məsələ ilə bağlı Gəncədə Elmar Vəliyevlə görüşən zaman o, Türk millətini və həmin iş adamlarını aşağılayan ifadələr işlədib, onları küçə söyüşləri ilə təhqir edib.
Ender Şahsuvaroğlu deyir ki, sonradan bu məsələ Türkiyənin Azərbaycandakı səfirliyi səviyyəsinə çıxarılıb. Türk səfir bu problemin həllini Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan məmurlardan birindən xahiş edib. Nəticədə E.Vəliyev sözügedən vəsaitin ödəniləcəyini bildirsə də, aradan bir müddət keçdikdən sonra o, yenə öz sözünü tutmayıb.
2018-ci ilin 3 iyulunda baş verən məlum Gəncə hadisələrindən sonra E.Vəliyevin səhhətində ciddi problem yarandığından və bu səbəbdən də vəzifəsindən azad edildiyindən, indi Gəncə şəhər İcra Hakimiyyətinin Türk iş adamına verməli olduğu 770 min manat borca kimsə sahib durmur…
Qeyd edək ki, hazırda bu məsələ ilə bağlı məhkəmə çəkişməsi gedir. Prosesin sonunun nə ilə bitəcəyi bəlli olmasa da, fakt odur ki, sabiq başçı hələ də öz borcunu ödəməkdən imtina edir. Bütün bunlarla bağlı “Hürriyyət”ə açıqlama verən Ender Şahsuvaroğlu öz qanuni haqqını alanadək hüquqi müstəvidə mübarizə aparacağını deyir. Türk iş adamı ilə müsahibəni növbəti saylarımızda dərc edəcəyik. Bu zaman biləcəksiniz ki;
- Elmar Vəliyev nə üçün Türk şirkəti ilə rəsmi müqavilə bağlamaqdan imtina edib?
- Sabiq başçı 2014-cü ildə prezident İlham Əliyev tərəfindən açılışı olunan bu adibədlərin bərpasına nə qədər pul “silib”?
- E.Vəliyevin oğlunun 30 milyon borcu haradan və necə yaranıb?
- Dövlətin qədim abidəsi olan Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin kupçası kimin adınadır?
- Eləcə də, sabiq başçısnın Gəncədə hansı obyektləri və mülkləri var və s.
Biz izləyin!//hurriyyet.org//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
|