“Eldar Səmiminin “Azəriqazbank”a faktiki 202 min manat borcu var” - Vəkil Vasif İsrafilov
Tarix: 7-04-2020, 16:36 | Çap et
Artıq bir neçə aydır ki, Çingiz Əsədullayevin yaxın dostu kimi tanınan Eldar Səmimi "Azəriqazbank”a qarşı dələduzluq etdiyinə görə həbs edilib. Ancaq reallıq necədir - Eldar Səmimi sadəcə müflis olub, yəni lombard qurmaq işi alınmayıb və banka borcu qalıb.
İttiham aktına görə, Eldar Səmimi "Azəriqazbank"dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoyub. Bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyətini davam etdirib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bu azmış kimi bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb.
Bunula bağlı Eldar Səmiminin hüquqlarını müdafiə edən vəkil Vasif İsrafilov “Yeni Sabah”a geniş açıqlama verib. Müdafiəçinin sözlərinə görə, Eldar Səmiminin əməlində heç bir dələduzluq əməli yoxdur və bunu faktlarla sübuta yetirib: “Əvvəla ondan başlayaq ki, Eldar Səmimiyə ilkin olaraq ötən ilin may ayında Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui- istifadə etmə) maddəsi ilə cinayət işi başlanıb və 6 ay bu maddə ilə istintaq gedib. Ancaq həmin ilin noyabr ayında 308.1-ci maddə daha ağır maddəyə - 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsinə tövsif edilib və dərhal Eldar Səmimi həbs edilib. Üstündən heç bir həftə keçməmiş cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib. Yəni faktiki olaraq dələduzluq maddəsi ilə araşdırma aparılmayıb. Qeyd edək ki, ibtidai istintaq maddi və prosessual normaların kobud surətdə pozulması ilə aparılıb. Belə ki, cinayət işinin başlanmasına səbəb “AG Bank” ASC-nin Bakı Şəhər Prokurorluğuna ünvanladığı şikayət ərizəsi olub. İttiham aktından görünür ki, guya Bank Eldar Səmimi barəsində şikayət edərək onun banka saxta qızıl-zinnət əşyalarının banka girov qoyaraq kredit götürməsi, sonradan öhdəliklərini yerinə yetirməməsi və nəticədə banka külli miqdarda ziyan vurması göstərilib. Səmimi Eldar Yunis oğluna verilmiş ittihamdan görünür ki, o, 2012-ci ilin noyabr ayında qızıl-zinnət əşyalarını girov qoymaqla kredit götürmək üçün AG Banka müraciət etmiş, özünü lombard fəaliyyəti ilə məşqul olan şəxs kimi qələmə vermiş, bankla arasında bağlanmış 5 saxlanc müqaviləsinə əsasən banka ümumilikdə 2452932 manat dəyərində 4938 ədəd bağlamada müxtəlif adlı qızıl-zinət əşyalarını girov qoyub. Burada diqqət çəkən məqam odur ki, bankın filial müdiri Ramil Əsgərov və bankın zərgəri Kərim Manafov vəzifəli şəxs kimi işlərinə laqeyd münasibət göstərdiklərindən girov qoyulan bir neçə qiymətli əşyanın saxta olub-olmamasını dəqiqləşdirməyiblər. Bunun nəticəsində də Eldar Səmimi banka məxsus 630 min manat pulu ələ keçirməklə dələduzluq edib. Ancaq unutmayaq ki, bu cinayət işinə kimi Eldar Səmimi ilə bank arasında məhkəmə mübahisəsi olub. Belə ki, 2016-cı ilin may ayınını 5-də Nəsimi Rayon Məhkəməsinin çıxardığı qətnamədən görünür ki, “AG Bank” ASC-nin Eldar Səmimiyə qarşı iddiası təmin edilib. Həmin qətnaməyə görə, 14.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 270049 manat, 06.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 255619 manat, 29.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 28982 manat, 24.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 6035 manat, 11.07.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 124794 manat, 12.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 58616 manat pul Eldar Səmimidən tutularaq banka qaytarılmalı idi. Ancaq Eldar Səmiminin bu məbləğdə pulu olmadığından yönləndirilib onun banka girov formasında qoyduğu qiymətli əşyalara, yəni satısın banka verilsin. Bu əşyalara isə Rolex Brilyant saat, Vip Hədiyyə malı, Vip Hədiyyə şəkil, 6 ədəd komplekt, Vip Hədiyyə Xəritə, Vip Hədiyyə qılınc, Monet 50 ədəd, 117 bağlama saxlanca qoyulmuş qızıl əşyalar daxil olub”.
Vəkil Vasif İsrafilov bir məsələni xüsusi vurğuladı ki, bu işdə Eldar Səmimi faktiki özü zərərçəkmiş qismində tanınmalıdı: “Faktiki olaraq bank əməkdaşları tərəfindən Eldar Səmiminin banka qoyduğu qızıl-zinyət əşyaları saxtalaşdırılıb. Belə ki, Eldar Səmimi tərəfindən banka girova qoyulmuş bütün əşyalar iki dəfə müxtəlif mütəxəssis tərəfindən yoxlanılmış, heç bir uyğunsuzluq aşkar edilməmiş və banka saxlanca qoyulmuşdur. Bundan sonra üzərindən 6-7 il keçdikdən sonra Eldar Səmiminin iştirakı olmadan açılmış saxlancda saxlanılan xüsusi bağlamaların hansısa səbəbdən saxta olması deyilir və buna görə Eldar Səmimi məsuliyyətə cəlb olunur. Maraqlısı odur ki, qeyd olunan faktlar 2016-cı ildən sonra aşkarlanmış və həmin dövrdə bankın İnşaatçılar filialında məsul vəzifədə işləmiş, tam məsuliyyət daşıyan hazırki iş üzrə şahid qismində dindirilmiş Filialın müdiri Əsgərov Ramil Cəmil oğlu 2015-ci ildə, kredit mütəxəsissi Mehdiyev Ceyhun Azad oğlu 2015-ci ildə, zərgər-mütəxəssis Manafov Kərim Manaf oğlu 2015-ci ildə bankdan öz ərizələri ilə işdən çıxmışlar. İş üzrə şahid qismində dindirilmiş Zərgər-mütəxəssis Manafov Kərim Manaf oğlu ifadəsində bildirib ki, o, həmin məhsulları zərgərlikdə istifadə olunun xüsusi daş və reaktiv ilə yoxlamış və onların üzərində qızıl qatının olmasını müəyyən etmişdir. İbtidai istintaq zamanı müstəntiq özünə əziyyət verib iş üzrə ən vacib ekspertiza olan məhkəmə-mühasibatlıq ekspertizasını təyin etməmiş, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəsmi işçisi tərəfindən tərtib edilmiş həqiqəti özündə əks etdirməyən mütəxəssis rəyi ilə kifayətlənmişdir. Mütəxəssis rəyində isə müəyyən olunub ki, Eldar Səmimi 14.11.2012-ci il tarixdən 10.10.2013-cü il tarixə kimi ümumilikdə 1068670 manat pul götürüb, cəmi 438363 manat pul qaytarıb. Hazırda 630306,54 manat borcu qalıb. Ancaq reallıqda Eldar Səmimi tərəfindən bütün müqavilələr üzrə 2012-ci ilin 14 noyabırından hazırki dövrə kimi bankdan 931507 manat məxaric edilib və maliyyə arayışlarından görünür ki, 523858 manat ödənilmişdir. Aradakı fərq 407649 manatdır. Eyni zamanda hesabdan çıxarışdan görünür ki, 19.04.2019-cu il tarixli məlum sərəncəmla bağlı dövlət tərəfindən də 204991 manat pul köçürülüb. Göründüyü kimi artıq cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş zərərin miqdarı 202658 manat təşkil edir. Həmçinin Eldar Səmimiyə məxsus bankda saxlanılan qızıl-zinət əşyaları real bazar qiyməti ilə qiymətləndiriliməmişdir. Eyni zamanda bildirmək istəyirəm ki, istintaq orqanı tərəfindən saxta olması qeyd olunan əşyalara verilmiş sertifikatların həqiqiliyini, istehsalçısını, bu formada məhsul istehsal edib-etməməsini, edibsə hansı sertifikatın verilməsini müəyyənləşdirməmiş, sadəcə kimyəvi ekspertizanın rəyinə əsaslanaraq sertifikatların saxta olmasını müəyyənləşdirilib”.
Sonda vəkil onu da qeyd etdi ki, E.Səmimiyə verilmiş ittiham işin həqiqi hallarına deyil, daha çox ehtimallara əsaslanıb, bununla da ittiham, biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmayıb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Cinayət-Prosessual Qanunvericiliyi tərəfindən müəyyən edilmiş şərtlərin heç biri öz təsdiqini tapmamış, Səmimi Eldar Yunis oğlu qanunsuz olaraq həbs edilib. //yenisabah.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
|