Başçı Biləsuvarı belə sovurur... - FAKT
Tarix: 21-04-2020, 12:53 |
Çap et
Biləsuvar Rayon İcra Hakimiyyəti “Cənub Təmir Tikinti 1” Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) ümumi dəyəri 752 min 226 manat olan iki müqavilə imzalayıb...
Müqavilələrin birində Biləsuvar şəhərinin abadlaşdırılması nəzərdə tutulur. Bu, icra hakimiyətinə 183 min 932 manata başa gələcək. Digər müqavilə isə Biləsuvar şəhərində küçə yollarının əsaslı təmiri ilə bağlıdır ki, buna da 568 min 294 manat ayrılıb.
Hər iki tenderin qalibi olan “Cənub Təmir Tikinti” MMC-yə gəlincə, bu şirkətin nizamnamə kapitalı cəmi 2 manatdır. 17 oktyabr 2018-ci il tarixdə dövlət qeydiyyatına alınan MMC-nin hüquqi ünvanı Astara rayonunun Ərçivan kəndidir. Şirkətin qanuni təmsilçisi isə Əmirkişiyev Qüdrət İsmət oğludur.
Açıq mənbələrdə onun barəsində hər hansı məlumat yoxdur. MMC-nin isə bundan əvvəl də Biləsuvar Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi olduğu barədə məlumatlar var. Məsələn, şirkət 2019-cu ildə 2 milyon 855 min 10 manat dəyərində tenderin qalibi olub.
Müqaviləyə əsasən MMC Biləsuvar şəhərindəki Milli Qəhrəman Mübariz İbrahimovun adına olan küçənin abadlaşdırılması və müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulmasını təmin etməlidir.
Bu məsələ həmin vaxt mediada müzakirə mövzusuna çevrilib. Bir küçənin təmirinə 3 milyon manata yaxın vəsaitin ayrılması korrupsiya şübhəsi yaradıb.(yenisabah)