“Alimpaşa idi, “xan” oldu, indi də “şahlıq” eşqinə düşüb” - İş adamından şok ittiham
Tarix: 2-05-2020, 12:53 | Çap et
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bir sıra rayonlarda korrupsiyaya qarşı apardığı mübarizə çərçivəsində İcra hakimiyyətlərinin rəhbər kadrlarını həbs etməsi Şəmkir əhlini də xeyli ümidləndirib. Şəmkirlilər də digər rayon sakinləri kimi DTX-nın yaxın günlərdə onların qapısını döyəcəyinə inanır və bu günü böyük səbrsizliklə gözləyirlər. Maraqlıdır ki, rayonda bu arzuya qapılanlar təkcə yetim-yesirlər, aztəminatlı ailərlər də deyil. Şəmkirin ən iri təsərrüfat sahibləri belə, eyni ümidlə yatıb dururlar. Onlardan bəzilər bu ümidlərini ürəklərində gizli saxlasalar da, bəziləri açıq şəkildə dilə gətirməkdən çəkinmirlər. Şəmkir Şampan Şərabları ASC-nin Müşahidə Şuradının sədri Hafiz İbrahimov da belə azsaylı cəsur iş adamlarındandır.
Xatırlayırsınızsa, bir müddət əvvəl Prezident İlham Əliyevin Koronavirusla Mübarizə Fonduna birillik maaşını hədiyyə etməsiylə başlayan yardım kampaniyasına Şəmkir İcra Hakimiyyətindən laqeyd qalması iş adamı Hafiz İbrahimovun diqqətindən yayınmamışdı. O da etməyib tənbəllik, özünün facebook səhifəsindən icra başçısı Alimpaşa Məmmədova “səmərəli təkliflərdə” bulunmuşdu. Status-təklifində icra başçısını digər həmkarlarından geri qalmamağı çağıran iş adamı yardım ediləcək vəsaitin ünvanını da göstərmişdi:
Şəmkir cayının qarşısında iki milyon manata tikdirdiyi Qızıl Balıq Yetişdirmə Zavodundan; Şəmkir bələdiyyələrinin adına götürdüyü 38 milyon kreditdən; Rayon Sovetinin dördmərtəbəli binasının yerini satdığı bir milyon manatdan; Uşaq xəstəxanasının beş hektara yaxın yerini satdığı 4.5 milyon manadan; S. Vurgun kücəsində Prezidentin göstərişi ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə qəzalı olan ikimərtəbəli binanın sakinləri yeni mənzillərə köcürülündən sonra binanın yerini satdığı 230 min manatdan; Yenə Cənab Prezidentin Sərəncamıyla vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq ücün üc qəzalı vəziyyətdə olan binanın sakinləri yeni təmir olunmuş mənzillərlə təmin olunmuşdu. Şəmkir icra başcısı və bandası 60 sota yaxın ərazini sotu 10 mindən satdığı vəsaitdən; İcra Hakimiyyətinin həyətinin bir hissəsini yaxınlıqdakı restorana kabinetlər tikilməsi ücün satdığı vəsaitdən; Morul arxının kənarını bütövlükdə qanunsuz olaraq-ayrı ayrı iş adamlarına obyekt yeri kimi satdığı vəsaitlərdən”. Göründüyü kimi, icra başçısına edilən təkliflər arasında açıq şəkildə rüşvət və korrupsiya faktları barədə ciddi ittihamlar da yer alırdı. Görünür, icra başçısı məhz bu səbəbdən iş adamını məhkəməyə verib. Fəqət bu məsələdə də qanunun tələblərini pozub. Belə ki, Hafiz İbrahimov Bakı qeydiyyatında qeydiyyatda olduğu və qələmə aldığı statusu öz evində yazdığı halda nədənsə Şəmkir rayon Məhkəməsinə şikayət edilib. Qanunvericiliyə əsasən isə, hər hansı əməlin hüquqi qiyməti ya cinayətin baş verdiyi, ya da şikayət edilən tərəfin yaşadığı ərazidəki məhkəmə tərəfindən verilə bilər. Hafiz İbrahimov əməkdaşımızla söhbətində bildirib ki, Alimpaşa Məmmədovun qanunvericiliyin bu tələbini pozması təsadüfi deyil: “O, məni özünün hegemoniyası altında əsir vəziyyətə saldığı rayon məhkəməsində udmaq istəyir. Ümid edir ki, rayon məhkəməsi icra başçısının sifarişini yerinə yetirib məni cəzalandıracaq”. Məhkəmənin ədaləti təmsil etdiyini, sifarişli hökmlərin artıq keçmişdə qalmalı olduğu düşünən iş adamı ötən gün Prezident İlham Əliyevin yeni Baş prokuror Kamran Əliyevə tapşırıqlarını xatırladıb. Onun sözlərinə görə, ölkə başçısı həmin videogörüşdə indiyədək məhkəmələrin ədalətsiz hökmlər çıxardığını, bunun ictimai narazılıqlara yol açdığını etiraf edərək demişdi ki, artıq o era bitdi: “Bundan sonra qanunun aliliyi prinsipi əldə rəhbər tutulmalı, sifarişli məhkəmə prosesinə cəhd edənlər mütləq cəzalandırılmalı, işdən kənarlaşdırılmalıdır”. H.İbrahimov Şəmkir icra başçısının hələ də özünü rayonun “xanı” kimi gördüyünü, rayonu Stalinsayağı məhkəmə prosesləri ilə idarə edəcəyinə inandığını düşünür və özünün başına gələnləri bu iddiaların ən bariz nümunəsi hesab edir: “Alimpaşa Məmmədov məni idarə etdiyi rayon məhməməsi vasitəsilə cəzalandırmağa çalışması onu göstərir ki, paytaxt Bakıda alınan qərarların, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlərin Şəmkirə qətiyyən dəxli yoxdur. Şəmkir Alimpaşa Məmmədov həzrətlərinin şəxsi təsərrüfatıdır, oranı istədiyi kimi idarə edə bilər. Sabir demişkən,
“Şah bilər, ölkədə hər nə götürər, hər nə qoyar, Gah cibin, gah dərisin hər kimin, istərsə soyar, Baş kəsər, ev dağıdar, can çıxarar, göz də oyar, Çıxsa da göylərə əfqanları Şəmkirlilərin”… Sabirin sözü olmasın, Alimpaşa müəllim əvvəl yenə “xanlıq” iddiasında idi. İndi o, Prezidentin ölkədə apardığı mütərəqqi hüquqi islahatları öz əbasına yaraşdırmağından şahlıq eşqinə düşüb”.
İş adamı, icra başçısının bu “şahlıq iddialarının” qarşısını almaq üçün Şəmkir rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Ərizədə deyilir: “Yazıb Sizə bildirirəm ki, mən illərdir ki, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanında qeydiyyatdayam və həmin ünvanda yaşayıram və bunu Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov və onun tabeçiliyində işləyən Şəmkir şəhəri üzrə İcra Nümayəndəsi Pərviz İbrahimov da yaxşı bilirlər. Onlar onu da yaxşı bilirlər ki, yaşayış yeri haqqında Şəmkir rayon Məhkəməsinə təqdim edilməli olan arayışlar İcra Nümayəndəliyindən deyil, Şəmkir rayon Polis Şöbəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Bölməsindən alınmalı idi. Lakin İcra Başçısı Alimpaşa Məmmədov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Şəmkir rayon Məhkəməsinin hakimlərinə təzyiq göstərərək işi udacağı ümidi ilə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhəri üzrə İcra Nümayəndəsi Pərviz İbrahimovu mənim qeydiyyatda olduğum ünvan barədə saxta arayış verməyə vadar vermişdir. Hörmətli Azər müəllim! Yazdıqlarımı nəzərə alaraq, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhəri üzrə İcra Nümayəndəsi Pərviz İbrahimovun mənim qeydiyyatda olduğum ünvan barədə Şəmkir rayon Məhkəməsinə saxta arayış verməsinin səbəbinin və məqsədinin araşdırılması üçün fakta görə Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işinin başlanması və əməlində vəzifə cinayətlərinin tərkibinin olmasını nəzərə alaraq Pərviz İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti istintaq orqanına göstəriş verməyinizi xahiş edirəm. Hörmətlə, İbrahimov Hafiz Məmməd oğlu. 30 aprel 2020-ci il”. Hafiz İbrahimov saytımız vasitəsilə Prezidentə müraciət də ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik. Cənab Prezidentimiz, bizlər sizin yanınızdayıq, apardığınız islahatları alqışlayırıq. Cənab Baş prokurora işlərində uğurlar arzulayırıq. Sizin icra strukturlarındakı korrupsioner məmurlara qarşı aparılan əməli tədbirlər bizlərə cox ümud verir və tam inanırıq ki, bu iş davam etdiriləcəkdir. Bir Azərbaycan vətəndaşı kimi deməyə borcluyam; Şəmkir rayonunda da rüşvətxorluq, özbaşınalıq baş alıb gedir, rəsmi olaraq iki ilə yaxındır ki, Alimpaşa Məmmədovun qanunsuz əməlləri haqqında həm dövlət strukturlarına ünvanladığım şikayətlərlə, həm də sosial şəbəkələrdə paylaşdığım materiallarla bu həqiqəti ifşa etmişəm. Cənab Prezident, bu haqda araşdırma aparılmasına göstəriş vermənizi xahiş edirəm! Mən - İbrahimov Hafiz Məmməd oğlu; 2-ci qrup əliləm, hal-hazırda Şəmkir Şampan Şərabları ASC-nin Müşahidə Şuradının sədriyəm. //OVQAT.COM//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
|