Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə "yuyulur" - İTTİHAM
Tarix: 8-05-2020, 12:01 | Çap et
Deputat Vahid Əhmədov zamanında dövlət satınalmaları ilə bağlı narahatlığını belə bildirmişdi: "Neçə ildir biz Milli Məclisin iclaslarında dövlət satınalmaları ilə bağlı məsələrə toxunuruq ki, burada şəffaflıq yoxdur, tenderlər keçirilmir, müəyyən qurumlar birbaşa satınalmalarla məşğul olurlar, amma bu yenə də təkrar olunur".
Onun sözlərinə görə, burada çox ciddi qərarların qəbul edilməsinə ehtiyac var.
“Satınalmalar ilə məşğul olan bütün icra hakimiyyəti orqanları özləri tendersiz bütün məsələləri necə istəyir həll edir. Nöqsanlar həddindən artıq çoxdur. Yenə də tenderlər keçirilmir, Tender Komissiyasının təyinatında müəyyən insanları daxil edirlər”.
Hörmətli Vahid Əhmədovdan sitatımız səbəbsiz deyil... Bugünlərdə yenixeber.org-a Vahid müəllimin Milli Məclisdə təmsilçisi olduğu rayondan, daha dəqiq desək, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Quba Suvarma Sistemləri İdarəsində büdcə vəsaitinin xərclənməsi ilə bağlı maraqlı məlumatlar daxil olub. Məlumata görə Quba Suvarma Sistemləri İdarəsinin üç lot üzrə elan etdiyi tenderin qalibi Mirzəyev Ceyhun Seyidağa oğlu olub. Ötən ayın 20-də tərəflər arasında müvafiq olaraq üç müqavilə bağlanıb: 1) Dəyəri 297506 manat olan cari təmir üzrə mal-material alınması üçün. 2) Dəyəri 149251 manat olan nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması üçün. 3) Dəyəri 165436 manat olan əsaslı təmir-tikinti üçün mal-material alınması üçün.
Göründüyü kimi, bir yerli idarə üçün heç də xırda məbləğ deyil. Olsun, görünür Quba Suvarma Sistemləri İdarəsinin yerli fermerlərə xidməti üçün bu alqı-satqılar vacibdir. Amma, söhbət dövlət vəsaitinin xərclənməsindən gedirsə şəffaflıq, cəmiyyətə açıqlıq da vacibdir. Unutmayaq ki, son zamanlar ən yüksək səviyyədə korrupsiya, rüşvətxorluq və dövlət vəsaitinin mənimsənilməsinə qarşı mübarizəyə şahidlik edirik. Son zamanlar serial şəkilini alan məmur həbsləri də siyasi hakimiyyətin iradəsinin inkaredilməz nümunələrindəndir. Dünyada, eləcə də Azərbaycanda mövcud maliyyə-iqtisadi durum problemin aktuallığını stimullaşdıran başlıca faktordur.
Büdcə vəsaitinin mənimsənilməsi isə bir qayda olaraq müxtəlif adlı tenderlərdən keçir... Hansı ki, ekspertlər də, media da bu tenderlərdəki müəmmaları dəfələrlə şərh edib, ictiamiləşdirib.
***
Quba Suvarma Sistemləri İdarəsinin bu məbləğdə dövlət vəsaitini hansısa bir fiziki şəxsə etibar etməsi bir sıra suallara yol açır. Axı bu sahədə illərlə təcrübəsi, potensialı olan ixtisaslaşmış şirkətlər də yox deyil...
Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan tərəfin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olanın analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır. Bəs Quba Suvarma Sistemləri İdarəsinin üç lot üzrə müqavilə bağlayıb, dövlət vəsaitini etibar etdiyi Mirzəyev Ceyhun Seyidağa oğlu gərəkən tələbləri qarşılamağa nə dərəcədə hazırdır?
Biz də bu və digər suallara cavab almaq səbəbindən hörmətli Mirzəyev Ceyhun Seyidağa oğlu ilə əlaqə yaratmağa çalışdıq. Belə bir müsabiqənin qalibi olub, heç də az olmayan dövlət vəsaitinə iddialı bir şəxs haqqında internet üzərindən axtarış cəhdlərimiz nəticəsiz oldu. Heç bir əlaqə vasitəsinə rast ola bilmədik(?)
İnternet üzərindən heç bir əlaqə vasitəsinə rast olunmayan şəxslə əməkdaşlığın bəzi detallarına aydınlıq gətirmək istəyi ilə 16 gün əvvəl-aprelin 23-də- Quba Suvarma Sistemləri İdarəsinin rəisi cənab Nazir Dadaşova online sorğu ünvanladıq. Təəssüf ki, o gündən bu günə sorğumuza cavab ala bilmədik. Telefon cəhdlərimiz də nəticəsiz oldu...
Məlum qayda və prinsiplərə uyğun olaraq Nazir Dadaşova ünvanladığımız sorğunun cavabsız qalması bu məbləğdə dövlət vəsaitinin hansısa bir fiziki şəxsə etibar edilməsi ilə bağlı sıralanan sualların sayını artırmış oldu. Şübhə etmirik ki, cənab Dadaşov da dövlət vəsaitinin xərclənməsində şəffaflığın təmin olunmasını və cəmiyyətə hesabat verməyə borclu olduğunu bilməmiş deyil... (Yenixeber.org)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
|