Əbülfəs Qarayev müavininin həbsindən danışdı - "Yəqin ki, hər şey aydınlaşacaq"
Tarix: 9-05-2020, 10:45 |
Çap et
Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olduğu nazirlikdə keçirdiyi əməliyyatdan danışıb.
Gununsesi.org-un sorğusunu cavablandıran nazir bir dövlət orqanının başqa bir qurumda əməliyyat keçirdiyini deyib:
“Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”.