"Kapital Bank"ın ALAYARIMÇIQ KAMPANİYASI... - Müştəri aşkarladı...
Tarix: 23-11-2022, 10:59 |
Çap et
DİA.AZ: - "Bunu burda paylaşıram ki, hamının məlumatı olsun, çünki bununla baöğlı "Kapital Bank" açıqlama vermir". DİA.AZ bildirir ki, bunu "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Saleh Əlizadə adlı istifadəçi qeyd edir.
Narazı vətəndaş daha sonra yazır: "Deməli, "Kapital Bank"ın "2x ƏDV", yəni iki qat ƏDV kampaniyasında bilinməyən bir nüans var...
Belə ki əgər aldığınız məhsulların içində 1 ədəd də olsa ƏDV-dən azad olunmuş məhsul (misal üçün çörək) varsa, sizə "2x ƏDV" hesablanmır. Əgər hansısa səhvim varsa, buyursun, "Kapital Bank" əməkdaşları düzəltsin..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...