MUXTAR MÖHTƏKİRLİK... - Nazir MİX-in xidməti binasının həyətini satıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Biləcəridə yerləşən xidməti binasının həyətyanı sahəsinin bir hissəsi ( təxminən 40 sot) satılıb.
DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, bu barədə eko-fəal Cavid Qara məlumat verib.
Onun sözlərinə görə, dövlət qurumunun həyatyanı sahəsinin bir hissəsinin də (təxminən 43 sot) satmağa çalışırlar. Biləcəridə torpağın qiymətini nəzərə alsaq, alqı-satqıdan azı 1 milyon manat var…
Eko-fəal bu məsələdə nazir müavini Vüqar Kərimov və onun əmlak məsələləri üzrə köməkçisi Mohuma Heraçiyevi ittiham edib.