Müdafiə Sənayesi Nazirliyində MAAŞLAR NİYƏ VERİLMİR? - Oktay Atakişiyev HÖKMRANLIĞI...
Tarix: 16-12-2022, 11:01 |
Çap et
DİA.AZ: - Müdafiə Sənayesi Nazirliyində və nazirliyin nəzdində faliyyət göstərən bir çox zavodlar əməkhaqqların 3-4 aydır verilmir. Bu barədə DİA.AZ-a müraciət edən işçilər açıqlama verib.
İşçilərin bildirdiyinə görə, əməkhaqqılarının verilməməsinin səbəbi, daha doğrusu, səbəbkarı isə nazirlikdə zavodlara nəzarət edən istehsalatın şöbə müdiri Oktay Atakişiyevdir.
DİA.AZ-a açıqlanan məlumatda deyilir: "İstehsalat şöbəsinə müdir təyin ediləndən bu günə qədər Oktay Atakişiyev Bakı şəhəri Zabrat qəsəbəsi ərazisində bir çox sexlər açaraq zavodlara verilən işləri öz sexlərində həyata keçirib. İstehsal olunan məhsulları sataraq öz inhisarını qurub.
Hansısa zavod Oktay Atakişiyevin sexlərinin istehsal etdiyi məsulu almadıqda isə həmin zavodlara sifarişi azaldaraq onun sexində istehsal etdiyi məsulu alan zavodlara verir. Hətta zavodlarda idarəçi işçilər bildirir ki, zavodlara verilən işlərin təyinatı üzrə deyil, kim ki, Oktay Atakişiyevin sexlərində istehsal olunan keyfiyyətsiz parça və digər ləvazimatları alırsa... bu əsasla ala bilir".
Qeyd edək ki, DİA.AZ-a daxil olan məlumatlarda olduqca ilginc faktlar açıqlanıb. Bu barədə araşdırmalarımız davam edir və yaxın vaxtlarda şok iddiaların yer aldığı araşdırma materialını diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin...