Qubada təhsil düzəlmir ki düzəlmir... - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 24-12-2022, 12:24 | Çap et
 DİA.AZ: - “Əsl vətəndaş Vətəni sevməyi bacarmalıdır. Dilini, dinini, milli-mənəvi dəyərlərini, Vətəninin ərazi bütövlüyünü qorumağı, qanunlarımıza hörmətlə yanaşmağı bacarmalıdır. Dövlət rəmzlərimizi bilməli, sərvətlərimizi göz bəbəyi kimi qorumağı, qanunlarımıza hörmətlə yanaşmağı bacarmalıdır. Ən ümdəsi isə odur ki, həyatda yerini düzgün tutmalı, Vətənə layiqli övlad olmalıdır. Əsl vətənpərvər lazım gələndə canını qurban verməyi belə, bacarmalıdır”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: “Biz bu gün sevinirik ki, yüksək vətənpərvərlik hissləri ilə tərbiyə olunmuş gəncliyimiz var və bu gənclik böyük siyasi irsin daşıyıcısı, Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışı ilə 44 günlük Vətən müharibəsi dövründə işğal altında olan torpaqlarımızı azad etdilər və tarixi qədim olan Azərbaycanımızı öz ərazi bütövlüyünə qovuşdurdular. Bu nöqteyi-nəzərdən, tarix müəllimlərinin üzərinə böyük vəzifə düşür. Şanlı Qələbəmizin əhəmiyyətini, onun nəticələrinin qorunmasının vacibliyini yetişməkdə olan nəslə çatdırmaq, Vətən müharibəsi qəhrəmanlarını tanıtmaq, şəhidlərimizin xatirəsinin əziz tutulmasını təbliğ etmək və s. Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm şərtlərdən biri kimi təhsilimizin qarşısında duran əsas vəzifədir. Lakin müşahidələr və etibarlı mənbələrdən alınan məlumatlar göstərir ki, tarix müəllimləri arasında bu olduqca vacib vəzifəni layiqincə yerinə yetirməyənlər var və daha təhlükəli meyl budur ki, bu müstəvidəki nöqsanlar heç də öyrədənin peşəkarlıq səviyyəsinin azlığından deyil, bəzən siyasi orientasiyasının şübhəli olmasından irəli gəlir. Bu günlərdə redaksiyamıza daxil olmuş məlumata görə, Quba rayon 1 nömrəli orta məktəbin tarix müəllimi, həm də repetitorluq edən Rzayeva Aynurə Hacıağa qızı tarix fənnində Vətən müharibəsinin əhəmiyyətini, torpaqlarımızın geri alınması ilə bağlı məsələləri düzgün rakursdan tədris etmir, şagirdləri çaşqınlığa salır. Məsələn, 9-10 noyabr 2020-ci il tarixdə, Ermənistan-Naxçıvan sərhədində rusların vertolyotu vuruldu deyə Xankəndini bizə vermədilər, Xocalı heç vaxt bizim olmayacaq. Adının çəkilməsini istəməyən valideyn bildirir ki, müəllimə bir neçə dəfə bu məsələ ilə bağlı iradlarını bildirsə də, A.Rzayeva ona sərt cavab vermiş, özündənrazı halda “məndə heç kim nöqsan tuta bilməz” demiş, üstəgəl, arxasının möhkəm bağlı olduğunu, ana tərəfdən qohumu olan bir qızın qeyri-rəsmi yaxın münasibətdə olduğu vəzifəli şəxsin Prezident Administrasiyasında işlədiyini, lazım gəlsə güvəndiyi həmin şəxsi məlumatlandıracağı, təsirli tədbir gördürəcəyi ilə hədələmişdir. Üstəgəl, qeyd edilir ki, məktəbin direktoru Çılğamlı Şəbnəm Elçin qızı nüfuzdan düşdüyü üçün kollektiv üzərində nəzarəti itirib. Xanım direktorun ailə üzvü Hilal Çılğamlı keçən il bu vaxt DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində tutulub. Onun üzərində və yaşadığı evdə narkotik maddə olan marixuana, tiryək, heroin və “patı”, “şüşə” adlandırılan metamfetamin aşkar olunaraq götürülüb. Sözsüz, yəqin qubalılar bu ailəni yaxşı tanıyırlarmış deyə Şəbnəm Çılğamlı 2020-ci ildə keçirilən parlament seçkilərində 52 saylı DSK-dən namizədliyini irəli sürəndə ona səs verməyiblər. Məlumatı təqdim edən mənbə bu məsələnin KİV-də ictimailəşdirilməsindən sonra aidiyyəti qurumların qanunsuz olaraq məktəbdə həm də repititorluq edən həmin müəllimə barəsində araşdırma aparacağına, fəaliyyətinin yoxlanılmasının təşkil ediləcəyinə, barəsində lazımi ölçü götürəcəyinə ümid edir. Bizə də maraqlıdır: Görəsən, tarix üzrə dərs vəsaitinin üz qabığında xaçmazlı Topçu Vüsalın fotoşəklinə qubalı Aynurə müəllimənin münasibəti necədir? Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46 |
|
|
|
|