Daha bir KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR... - TƏFTİŞ BAŞLAYIB
Tarix: 2-01-2023, 10:37 |
Çap et
Sumqayıt Texnologiya Parkının 2020-ci ilin oktyabrında yaratdığı “STP Alüminium” MMC-də Baş Prokurorluq tərəfindən yoxlama aparılır. DİA.AZ bildirir ki, bu barədə bir vətəndaş şikayətindən anlaşılır.
DİA.AZ xəbər verir ki, Əliyev Fərhad Əşrəf oğlu “STP Alüminium” MMC-nin baş icraçı direktoru (CEO) vəzifəsinə bir il əvvəl təyin edilib.
“STP Alüminium” ötən il yaradılıb, nizamnamə kapitalı 100 min manatdır. Buna qədər şirkətin baş icraçı direktoru Ahmet İlhan Taşkıran idi.
DİA.AZ bildirir ki, sözügedən qurumda hüquq-mühafizə orqanları tərəfindən təftişin həyata keçirilməsi isə aşağıdakı vətəndaş şikayətindən anlaşılır.
Beləliklə, Gülcan Hüseynli adlı narazı vətəndaş "Hüquqşünaslar Qrupu" şəbəkısinə şikayətində bu barədə danışır. DİA.AZ həmin gileyin mətnini təqdim edir:
"Atam, Sumqayıt Alüminium zavodu bağlandığı üçün 6 aydır ki "işin xarakteri haqqında güzəştli arxiv arayışın"ı ala bilmir. Deyiblər ki, sənədlər çeşidlənmə üçün göndərilib. Nə vaxt çeşidlənəcək bilinmir. Çünki orada prokuratura yoxlama aparır. Bu haqda olan müraciətləri cavabsız qalır. Nə edə bilər? Axı vaxt gedir..."