Bu bank müştərisi ilə məzələnir... - GİLEY
Tarix: 21-01-2023, 09:50 |
Çap et
DİA.AZ: - "Mən keçən il ABB-dən (Azərbaycan Beynəlxlq Bankı) Tamkart (debet) almışam". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Pərviz Musayev adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Yeni ilə yaxın kartımı blok elədilər. Banka getdim... dedilər ki, sənin VÖEN-in olub, ona görə də kartın bloklanib.
Dedim ki, artıq 1 ildən çoxdur ki mən VÖEN-in fəaliyyətini dondurmuşam. Mənə deyirlər ki sənin kartına pul qoyulub fərqli yerlərdən...
Bu nə deməkdir? Debet-kart nədən ötrüdür bəs?"
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...