Babək rayon icra başçısının CAMATA QARŞI DÜŞMƏNÇİLİYİ - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 31-01-2023, 11:12 |
Çap et
Naxçıvanın Babək rayonundakı Məzirə gölü qurudulduqdan sonra, iki kəndin cammatı susuz qalıb. Rayonun Qaraqala və Məzirə kənlərinin suvarma üçün istifadə etdiyi bu göl, bir neçə ay öncə qurudulub. Kənd sakinlərinin dediyinə görə, rayonun icra hakimiyyəti onlardan qisas almaq üçün, gölü qəsdən qurudub. Qisasa səbə isə, kənd sakinlərinin rayonda baş verən qanunsuzluqlarla bağlı Naxçıvan Ali Məclisinə şikayətə getmələri olub. Məzitə gölünə su, Vayxır Su Anbarından gəlirmiş. Kənd sakinləri deyir ki, rayonun icra başçısı həmin suyu kəsməklə, gölün qurudulmasına nail olub. Gölün quruması nəticəsində buradakı xeyli balıq məhv olub, kənlərdə yeni salınan meyvə bağları quruyub. Bu kəndlər hələ də susuz qalıb. Sakinlər deyir ki, Naxçıvanda hakimiyyət dəyişikliyindən sonra ümidlənib, yenə Ali Məclisə şikayətə gediblər. Lakin, onları orada yenə dinləyən olmayıb. //Gündəlik Naxçıvan//
VİDEO BURADA:
https://www.facebook.com/100075606355785/videos/924251498956498