1 həftə vaxtı olan Muxtar müəllim özünü doğrulda biləcəkmi? - Görünəni odur ki...
Tarix: 13-07-2023, 10:37 | Çap et
Muxtar Babayev Sumqayıtdan deputat idi. Parlamentdə dili-ağzı "olmayan" üzvlərdən sayılardı, nadir hallarda hansısa sınıq-salxaq mövzuda səsi eşidilərdi. Yəni media onu deputat kimi o qədər də fəal biri olaraq tanımırdı, mətbuatın yaddaşında böyük ölçüdə qalmamışdı. Sonra tale üzünə güldü və ona karyera qapıları açıldı, Hüseynqulu Bağırovdan bezmiş hakimiyyət Muxtar Babayev onun yerinə ekologiya və təbii sərvətlər naziri vəzifəsinə gətirdi. Bəh, deputatlıq hara, nazir postu hara, böyük bir struktur sənə tapşırılır, nəhəng sahə həvalə olunur, bunun meşə idarələri, ayrı-ayrı qurumları, yeyinti yerləri, yaşıllıqları və s. M.Babayev "çiçəyi burnunda" nazir idi, yeni təyin olunmuşdu, onun çırmanıb köhnədən qalan problemlərə girişməyə isə nə həvəsi, nə gücü varıydı. Bunun üçün gərək böyük bir "mafiya"nı qarşısına alaydı. Lakin nazirə bu lazım deyildi və qaldığı yerdən işinə başladı: yəni əvvəl hansı qanunsuzluqlar olub, nazirlikdə və idarələrdə hansı "qanun"lar işləyib, bunları düzəltməyə gəlməmişəm, işinizi davam edin. Və bu minvalla M.Babayev nazir vəzifəsini yerinə yetirməyə çalışırdı. İnsafən, mediadan qaçan məmur deyildi, hətta jurnalistlərlə şəkil çəkdirir, suallarını cavablandırardı. Amma ekologiya sahəsində problemlər xirtdəyə qədər qalmışdı, nəyisə dəyişmək fikrində görünmürdü. Ona görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların qırılmasından tutmuş meşələrin kəsilməsinə qədər Bağırov dövründən fərqli fəaliyyətlə seçilmədi. Ancaq Gədəbəydəki Söyüdlü hadisəsi ilə bağlı prezident İlham Əliyevin çıxışı bəlkə də gözdən yayınan bir həqiqəti üzə çıxardı: nazirlik qızıl istismar edən şirkətlə sövdələşibmiş, "haqq" alıbmış...Prezident belə də dedi -Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Nə demək idi bu, belə məlum olur ki, istismarçı şirkət Nazirliyi "görüm-baxım" edib. Ona görə də zəhərli tullantıların atılması, ikinci göl yaradılması, bütün özbaşınalıqların edilməsinə göz yumulub. Əgər vaxtında nazir Muxtar Babayev Söyüdlü camaatının səsini eşitsəydi, ən azı hadisələr partlayış həddinə çatmazdı. Axı hakimiyyətə dəymiş bu zərbənin günahı həm də ETSN-nin susqunluğu olub. Kənd camaatı ilə görüşüb məsələni hansısa formada yoluna qoymaq olardı ki, nə aksiyalar olardı, nə bu qarşıdurma yaşanardı. Faktiki olaraq, nazir Babayev hakimiyyətə ictimai rəydə böyük pislik elədi. İqtidar rəhbərliyi bunu bağışlayarmı ? Çətin. Prezidentin son sözlərini şərh edəndə, böyük ehtimalla nazirin bir müddət sonra vəzifəsindən çıxarılacağını söyləmək olar. Belə desək, Babayevin "qələmi qırıldı". Əlbəttə, baş nazir Əli Əsədov da babat danlandı, amma ən çox nazirlik tənqid edildi. İyulun 12-də qaçaraq brifinq keçirib izahatlar verən, Söyüdlüdə sionid zəhəri olmadığını iddia edən, prezidentin tənqidlərini haqlı saydıqlarını bildirən nazir indi "saman çöpüyü"ndən yapışmağa başlayıb. M.Babayev bir həftə içində ölkə rəhbərliyinə nəticələri təqdim etməlidir. Əslində 1 həftə ərzində onun nazir postundakı aqibəti bəlli olacaq. Çünki hakimiyyətin başına iş açmış, hətta polis-xalq problemi yaratmış Ekologiya və Təbii Sərvətlər Nazirliyi Söyüdlü hadisələrinin vaxtında qabağını ala bilərmiş. Amma istismarçı şirkətlə sövdələşmə, onun özbaşına əməllərini gözardı etmə böyük başağrısı yaratdı. Odur ki, nazir üçün gerisayım başlayıb. Onun vəzifədə qalması "tükdən asılıdır". Onu da deyək ki, ümumiyyətlə, 2018-ci ilin aprelindən Muxtar Babayevin qəfil heç kimin gözləmədiyi halda Ekologiya və Təbi Sərvətlər naziri təyin edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Xatırladaq ki, buna qədər cənab Muxtar Babayev 2-3 il SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində də işləmişdi. Amma onun bu təcrübəsi Azərbaycan boyda bir ölkənin ekoloji problemlərinin həll olunmasına kifayət edirdimi? Əsla. Bəs Muxtar Babayevin bu təyinatından sonra ETSN-də nələr dəyişdi? Bəli, təsdiq etmək olar ki, ilk günlərdən nazirlikdə köklü kadr dəyişiklıkləri baş verdi. Muxtar Babayevin vaxtı ilə SOCAR-da çalışdığı bütün döst-tanışları, qohumların hamısını Nazirliyə transfer etdi. Onların hamısına demək olar ki, nazirlikdə bir sıra aparıcı vəzifələr tapşırıldı. Az keçməmiş nazirliyin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsinə , əslən Qubadan olan həmyerlisi nazirin əmisioğlu kimi özünü bəyan edən Fizuli Babayev təyin edildi. Bir sözlə, o da tayfaçılıq maraqları çərçivəsində iş qurmuşdu. Ölkədə bir nazirin ənənəvi sistemidir - qohumları başına yığmaq və korrupsiyaya, maxinasiyalara yol vermək. Bu, ölkədə nazir obrazının portretidir....
Azər Talıbov Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
|