UNEC-dən kənarlaşdırılan dosentə `Toronto` universiteti sahib çıxdı - BU, İLK BELƏ FAKT DEYİL...
Tarix: 8-11-2023, 10:11 |
Çap et
Son 5 ildə onlarla müəllim müxtəlif səbəblər bəhanə gətirilərək, Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) kənarlaşdırılıb.
Dərs saatı verilməyən, universitetin rəhbərliyi tərəfindən sıxışdırılan nəticədə bezib ADİU-dan gedən müəllimlər haqqında mətbuat dəfələrlə yazıb,amma heç bir tədbir görülməyib.Səmimi münasibət bəslənilməyən,orada sıxışdırılan müəllimlərdən biri də tarix elmləri namizədi, dosent Bayramov Zəfər Rafiq oğlu olub.
Faktinfo.az xəbər verir ki, UNEC rektoru Ədalət Muradovun bəyənmədiyi Zəfər Bayramova "Toronto" universiteti sahib çıxıb. Belə ki, Zəfər Bayramov "Toronto" universitetinin tələblərindən irəli gələn bir neçə proseduru uğurla keçdikdən sonra ali məktəbə dəvət alıb. O, hazırda rus dilində Rus, Ukrayna və digər rusdilli tələbələrə Beynəlxalq Münasibətlərdən dərs deyir.
Qeyd edək ki, dünyaca məhşur olan "Toronto" universiteti Kanadanın Toronto şəhərində yerləşir, bu ali məktəb elmi-tədqiqat mərkəzi kimi də tanınır.
Faktinfo.az
Təqdim etdi: DİA.AZ (Ərsoyun Blog'u)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...