Lənkəranda İranın şübhəli dini kampaniyası hansı məqsədə xidmət edir? - Lənkəran sakinləri narahatdır…
Tarix: 18-06-2014, 12:09 |
Çap et
DİA.AZ: - Lənkəran məscidlərində vəhabilərlə bağlı dindarların toplantısı baş tutub. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar informasiya verib.
Xəbəri verən mənbə bildirir ki, məsciddə dindarların toplanmasından sonra ilahiyyatçı Hacı Valeh çıxış edərək vəhabilərin hansı dərəcədə təhlükə daşıyıcısı olmalarından danışıb.
Mənbənin dia-az.life-a söylədikləri: «Doğrudur, bu toplantılar yerli ictamiyyətin ürəyindən xəbər versə də, istənilən bir məqsədli toplantı təhlükə hesab olunmalıdır.
Çünki vəhabilərin onsuz da düşmən və təhlükəli olduğunu hər kəs bilir. Amma birbaşa olaraq İranın barmağı ilə təşkil olunan bu cür toplantılarda Azərbaycan daxilindəki vəhabilərə qarşı da xüsusi nifrətin yaradılmasına çalışılır».
Lənkəran sakinlərinin bildirdiyinə görə, ümumiyyətlə, son günlər rayon ərazisində İrana bağlılığı şübhə doğurmayan şəxslər xüsusi fəallıq edirlər: «Onlar əllərinə fürsət düşən kimi çıxışlar edir, təbliğat aparırlar. Yas yerlərində xüsusən nəzərə çarpan fəaliyyətdədirlər. Əgər bu gün Lənkəranın yas məsclisləri İranın nəzarəti altındadırsa, bunun heç də yaxşı olmayacağını indidən söyləmək olar.
Çünki İranmeyilli dindarçılıq elə vəhabilik qədərində Azərbaycana təhlükədir».