Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                 

Qalmaqallı toy sahibi olan məşhur iş adamına şok ittiham - Hacı Qurban Saylan camaatının qsədinə durub?
Tarix: 25-06-2014, 13:34 | Çap et
Qalmaqallı toy sahibi olan məşhur iş adamına şok ittiham
Keçən il oğluna «Galenvagen» karvanı ilə möhtəşəm toy edərək Bakını lərzəyə gətirən salyanlı iş adamı, özünü rayon camaatı arasında xeyriyyəçi kimi təqdim edən, realda isə heç bir kasıba əl tutmayan Hacı Qurban Abbasovla bağlı redaksiyamıza növbəti şok faktlar daxil olub. Mətləbə keçməmişdən öncə xatırladaq ki, qəzetimizin əvvəlki saylarında Salyanda ən varlı şəxsi, saysız-hesabsız ticarət obyektlərinə sahib olan biznesmenin fəaliyyətindəki boşluqlar və ən əsası külli miqdarda vəsaiti vergidən məharətlə yayındırması haqqında geniş məlumat vermişdik.

Bir daha qeyd edək ki, Hacı Qurban «XXI əsr», «CSM Nix», «Sevinc 96», «Nigar LTD», «Halal İnşaat MMC», «A+B OİL» Servis» şirkətlərinə rəhbərlik edir. Və bu şirkətlər vasitəsilə «Şirvan OİL», «Qarasu OİL», «Qobustan OİL», «Salyan OİL LTD» və «Binəqədi OİL»la böyük işbirliyi qurub. «O, qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara son 10-15 il ərzində böyük problemlər yaradıb və bu gün də yaradır. Belə ki, onlarla qeyri-sağlam rəqabət aparır. «Şirvan OİL», «Qarasu OİL», «Salyan OİL LTD» «Qobustan OİL» və «Binəqədi OİL» şirkətlərinin vasitəsilə milyonlar qazanan iş adamı Qarabağlı kəndi ərazisində ticarət mərkəzi açıb və digər sahibkarların satdığı malların topdan satış qiymətindən də ucuz məhsullar satır. Məsələn, çörəyin qiyməti hər yerdə 30 qəpikdirsə, Hacı Qurbana məxsus ticarət mərkəzində 25 qəpiyə satılır. Beləcə, biznesmen sağlam rəqabət mühitinin yaranmasına mane olur. Ticarət mərkəzinin adını «Dərələyəz» qoymaqla Qarabağlı kəndinin sakinləri arasında ayrıseçkilik yaradıb. Pulu çox olduğundan ürəyi istəyən bütün qanunsuzluqlara imza atır. Biznesmen Cinayət Məcəlləsinin 199-cu, yəni inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma maddəsinin tələblərini pozaraq sahibkarların sərbəst fəaliyyətinə zəmin yaratmır. Hacının rəhbərlik etdiyi şirkətlərin illik maliyyə dövriyyəsi təxminən 50-60 milyon manat civarındadır. Amma onun şirkətlərində vergidən yayınma halları mövcuddur. Qurban Abbasovun biznes şəbəkəsinə şirkətlərindən savayı Qarabağlı kəndində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi, Salyan rayonunda beton zavodu, Salyan rayonunun mərkəzində bazar, Qarabağlı kəndində ticarət mərkəzi, çörək zavodu, Qaradağ rayonundakı yeni Gəmi Qayırma Zavodunda beton zavodu, Lökbatanda Metal Konstruksiyalar Zavodu, Lənkəran rayonunda istirahət kompleksi, Biləsuvar rayonunda beton zavodu, Qırxçıraq kəndində balıq zavodu və fermer təsərrüfatı, rayonun 5-ci şöbə adlanan ərazisində 500 hektar torpaq sahəsində heyvandarlıq kompleksi, Qarabağlı kəndində 120 hektarlıq heyvandarlıq kompleksi, Qarabağlının şərqində 30 hektar heyvandarlıq təsərrüfatı və kimyəvi məhsulların dövriyyə etdiyi anbarlar, Qarabağlı kəndində 250-dən artıq texnikanın olduğu qaraj, həmin kəndin ərazisində 15 min kvm-lik «İlkin-N» firmasına məxsus bir neçə anbar və qaraj, Şirvan şəhərində «Qarasu» əməliyyat şirkətinin yanında qapı-pəncərə sexi və şirkətə xidmət göstərən qaraj daxildir», deyə keçən məqalədə vurğulamışdıq.

«Hacı Qurbanın biznes maraqları yüzlərlə insanı sanki ölümlə üz-üzə qoyub»

Etibarlı mənbələrdən aldığımız son məlumatlara görə, Hacı Qurban Abbasov öz yaxın qohumlarını Salyan rayonunda müxtəlif vəzifələrə yerləşdirərək əhali arasında qarışıqlıq yaradıb: «Rayondakı məktəblərin bir çoxuna iş adamının qohumları rəhbərlik edir. Biznesmen Salyan ərazisində bir-birindən dəbdəbəli obyektlər tikdirib. Camaat işsiz qalıb, amma o öz yaxınlarından və qohumlarından savayı heç kimi işlə təmin etmir. Həyata keçirdiyi özbaşına əməlləri ilə əhali arasında gərginlik yaradır. Hacı Qurban ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü maddəsi əsasında məsuliyyətə cəlb edilməlidir. Lakin yerli hüquq-mühafizə orqanlarının rəhbərləri onu cəzalandırmır. Sahibkar həyata keçirdiyi bütün qanundankənar işləri pul verib ört-basdır edir. Qarabağlı kəndinin şərqində 30 hektar əhaliyə məxsus olan örüş sahəsini qanunsuz şəkildə zəbt edib. Həmin ərazidə kimyəvi məhsulların saxlanması üçün anbarlar tikdirib ki, bu da ətrafda yaşayan insanlara böyük ziyan vurur. Kimyəvi məhsulların saxlandığı anbarların yaxınlığında yaşayan vətəndaşların həyatı təhlükə altındadır. Hacı Qurbanın biznes maraqları yüzlərlə insanı ölümlə üz-üzə qoyub. İş adamı Cinayət Məcəlləsinin 247-ci maddəsini, yəni işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını kobud şəkildə pozur. Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi qaydalarına əməl etməyərək kənd əhalisinə ağır zərbə vurur».

«Şirvan» Milli Parkında baş verən yanğının şok təfərrüatları...

Mənbənin sözlərinə görə, iş adamının qeyri-qanuni hərəkətlərinə etiraz edən kənd sakini Rauf Mustafayev şərlənərək həbs edilib: «Raufun həbsindən sonra heç kim qorxusundan səsini çıxarmır. O, kənd əhalisinə gələn su mənbələrini çirkləndirir. Belə ki, «Salyan OİL» şirkətinə məxsus quyulardan çıxan zərərli maddələri suyun mənbəyinə və kəndin ətrafına axıdaraq əhalini zəhərləyir. Qurban Abbasov həmçinin fəaliyyət göstərdiyi digər ərazilərdə də torpaqları korlayır. Məsələn, Qırxçıraq kəndinin ərazisində qanunsuz olaraq torpaqların təyinatını dəyişdirərək süni göllər yaradıb. Halbuki, həmin torpaq sahələrinin təyinatının dəyişdirilməsi qadağandır və torpaqları korlama maddəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Salyanlı biznesmen meşə massivlərinə sanki qənim kəsilib. O, Təzəkənd ərazisində Kür qırağında adı «Qırmızı kitab»a düşmüş yulğun ağaclarını məhv edərək 70 hektarlıq ərazini 150 hektara çatdırıb. Kür çayının qanuni bəndinin daxilindən 2-ci bənd salaraq dövlətə və təbiətə böyük ziyan vurub. Kürün bənd daxilində xüsusi mühafizə olunan təbiət əraziləri korlanıb. İş adamı obyektlərin mühafizə rejimini pozmaqla məşğuldur. «Salyan OİL» şirkətinin fəaliyyət dairəsi olan «Şirvan» Milli Parkında bu yaxınlarda Qurban Abbasovun şirkətinə məxsus istifadəyə yararsız avtomaşından düşən qığılcım nəticəsində 400 hektar ərazidə yanğın baş verdi. Yanğın nəticəsində qoruğun fauna və florasına ziyan dəydi. Buna baxmayaraq, müvafiq qurumlar baş vermiş hadisə ilə bağlı heç bir tədbir görmədilər. Hadisənin qeydə alınma səbəbi kimi başqa amil göstərildi. Beləcə, Hacı Qurban bu işdə də pul verib yaxasını məsuliyyətdən kənara çəkməyi bacardı».

İş adamının şirkətlərində qeydə alınan ölüm hadisələri niyə araşdırılmır?

Məlumatda bildirilir ki, iş adamının səbəb olduğu qanunsuzluqlardan biri də nəqliyyat vasitələrinin keyfiyyətsiz təmiri ilə bağlıdır: «Qurban Abbasovun şirkətlərində işə yararsız və çoxunun sənədi olmayan, istismar müddətini başa vurmuş nəqliyyat vasitələri fəaliyyət göstərir. Yararsız nəqliyyat vasitələrinin istifadəsi zamanı baş verən, hətta ölümlə nəticələnən hadisələr isə ört-basdır edilir. Buna misal olaraq Qarabağlı kənd sakini Seyfullayev İlqar Ziyad oğlunun «Zil krokadil» adlanan istismara yararsız nəqliyyat vasitəsini göstərmək olar.

İlqar Seyfullayev istifadəyə yaramayan maşını ilə hərəkət edərək qəzaya uğrayaraq dünyasını dəyişib. «Maz» markalı su maşınını idarə edən Abbasov İlham Əliabbas oğlu isə su kanalına aşaraq ölüb. Kərimbəyli kənd sakini Cəfərov Elxas Ramiz oğlu nasaz vəziyyətdə olan avtobusla kollektora düşərək dünyasını dəyişib. Bir müddət əvvəl isə Qasımov Şamo Famil oğlu istifadəyə yararsız nəqliyyat vasitəsi ilə qəzəya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bütün bunlara və ölümlə nəticələnən qəzalara nəyə görə göz yumulduğunu başa düşə bilmirik. Hacı Qurbanın rəhbərlik etdiyi şirkətlərdə buna oxşar ölüm halları tez-tez qeydə alınır. Sadəcə, aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbərləri nəyinsə qarşılığında qeydə alınan hadisələri görməzdən gəlirlər». Qurban Abbasovla bağlı əldə etdiyimiz faktların yerdə qalan hissəsini gələn saylarımızda diqqətinizə çatdıracağıq. Növbəti yazılarda iş adamının Fransada kiminlə gəzintidə olması, «Atabank»ın Şirvan filialının direktoru Mahir Mikayılovla qohumluq münasibətləri, 5 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini işləyən dayısı oğlu Pənah Qurbanovla aralarının nəyə görə dəyməsi, Dubaydakı «offşor» şirkətlərinə köçürülən pullar, vergidən və Dövlət Sosial Müdafiə Fondundan yayındırılan vəsaitlərlə bağlı geniş məlumat verəcəyik. Bizi izləyin. \\ gundelik bakı \\

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru