Hakimiyyət yeni kadr islahatlarına «hamilədir» - Nazirlərdən biri vəzifəsini itirir - Dəyişikliklər qapıda…
Tarix: 5-08-2014, 15:11 |
Çap et
DİA.AZ: - Bu arada hakimiyyətin növbəti kadr islahatlarına hazırlaşdığı xəbərini almışıq. DİA.AZ-a hökumət içindəki mötəbər mənbədən daxil olan informasiyada bildirilir ki, bu gün başı daha çox cəbhə xəbərlərinə qarışan rəsmi Bakı həm də daxilində yeni təmizləmələr tədarükündədir.
Mənbənin dia-az.life-a bildirdikləri: «Bu günlərdə məhz qarşıdan gələn seçkilərə hesablanmış bir neçə kadr dəyişikliyi gözlənilir. Hətta Prezident Administrasiyasında da yeni təyinatlar olacaq. Bu dəyişikliklər birbaşa olaraq qarşıdan gələn parlament seçkilərinə hesablanıb və seçkilərə qədər hansı iqtidardaxili gücün favorit olduğunu da məhz bu dəyişikliklərdən müəyyən edə biləcəyik».
Bildirək ki, məlumatı verən mənbə dia-az.life-a konkret olaraq kimlərin vəzifəyə gətiriləcəyini və kimlərin görəvdən alınacağını bildirməsə də, yalnız onu qeyd etdi ki, nazirlərdən daha biri vəzifəsini itirəcək: «Bu da qeyd etdiyimiz kimi, hazırki hakimiyyətiçi balansın oturuşması anlamına gələcək.