Əsas Səhifə > Cəmiyyət, Manşet > Zaqatala səhiyyəsindən daha bir şikayət

Zaqatala səhiyyəsindən daha bir şikayət


22-02-2016, 10:01
Zaqatala səhiyyəsindən daha bir şikayət
DİA.AZ: - Zaqatala rayonu Azərbaycan küçəsi ev 35 mənzil 6 sakini Mirzəyev Sərdar Oktay oğlu tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Həmin məktubu olduğu kimi təqdim edirik:

"Bir neçə gündür Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın və oranın həkimlərinin qanunsuz əməllərindən mətbuatda şikayətlər dərc olunur.Mənim də anam 1955-cı ildə anadan olmuş Həsənova Dilarə Mehdi qızını Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın yaratdığı korrupsioner və savadsız həkim şəbəkəsi öldürdülər.2015-ci ilin fevral ayında anamı müayinə edən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkimləri ona vərəm diaqnozu qoydular.Buna görə Zaqatala Rayonu Muxax kəndinə yerləşən vərəm xəstəxanasında 5 ay anamı müalicə etdilər.Bütün dərmanları özümüz alırdıq, hər gün yeməyi xəstə anama evdən bişirib aparırdıq.Hətda özüm və ailə üzvülərimidə vərəm əlehinə müalicə etdirdik ki, bu yolxucu xəstəlik bizə keçməsin.5 ay müalicəyə 10.000 manat xərcimiz çıxdı, ancaq anam sağalmadı deyə 31 iyul 2015-ci il tarixdə Bakı şəhərinə yerləşən Ağ Ciyər Xəstəlikləri İnistutuna apardıq.Orada müayinə zamanı məlum oldu ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasıda düzgün diaqnoz qoyulmayıb, anamda vərəm xəstəliyi olmayıb, yalandır.Vərəm əlehinə ağır dozalı dərmanların çox qəbul etməsindən anamın böyrəkləri işləmədi və 10 yanvar 2016-cı il tarixdə dünyasını dəyişdi.Bəli Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın yaratdığı korrupsiya şəbəkəsi mənim anamı öldürdü.Bu cinayətkar dəstənin yeri xəstəxana yox, törətdikləri cinayətlərə görə zindandır.Amma çox-çox təssüflər olsun ki, Səhiyyə Naziri Oktay Şirəliyev bu quldur həkim Leyla Seydəliyevanın barəsində heç bir tədbir görmür,əksinə onu himayə edir. Anam son nəfəsində də mənə dedi ki, oğul məni Zaqatala Rayon Mərkəzi Xəstəxanasının savadsız həkimləri bu günə saldılar, onlar barədə şikayət et mübarizə apar onlar cəzalarını alıb həkimlikdən və azadlıqdan məhrum edilsinlər çünki onlar bundan sonra çox insanları bədbəxt edəcəklər. Səhiyyə Nazirliyi mətbuata açıqlama verir ki, kimin şikayəti varsa bizə müraciət etsin araşdıraq tədbir görək.Yalan qeyd edirsiniz sizə şikayət edilir siz onu araşdırmırsınız bu quldur həkim Leyla Seydəliyevanı himayə edirsiniz.Mən Səhiyyə Nazirinə şikayət ərizəsi göndərmişəm.Cənab Oktay Şirəliyev mənim anamı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının savadsız həkimləri səhv diaqnoz qoyub öldürdülər, buna kim cavabdehlik daşıyır ? Dövlət əgər xəstələrə dərmanları və yeməyi pulsuz verilməsini təmin edirsə nə üçün mən dərmanları özüm alıb, yeməyi özümü evdən gətirib 10.000 manat pul xərcləməli idim ? Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın yaratdığı korrupsiya şəbəkəsi barədə dərhal ciddi təsirli tədbirlər görülməlidir.Bu quldur həkim cəzasızlıqdan o qədər arxayınlaşıb ki, azğınlaşıb özünün cinayəti ola-ola günahsız insanları şantaj edir.Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm; Cənab Prezident Səhiyyə Nazirliyinin himayə etdiyi mənim anamın və digər insanların ölümünə, şikəst olmasına bais olmuş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın barəsində təcili ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.Zaqatala rayon sakinləri Sizdən bu adddımı atacağınızı səbirsizliklə gözləyirlər.Mən bu quldur həkimin əməlləri barədə Prezident yanında Apellyasiya Şurasına da şikayət göndərmişəm".

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Zaqatala səhiyyəsindən daha bir şikayət
Zaqatala səhiyyəsindən daha bir şikayət
Zaqatala səhiyyəsindən daha bir şikayət

Geri qayıt