Əsas Səhifə > Cəmiyyət, Manşet > Burada da rüşvəti çəkinmədən alırlar...

Burada da rüşvəti çəkinmədən alırlar...


30-03-2016, 10:48
Burada da rüşvəti çəkinmədən alırlar...
Redaksiyamıza daxil olan məlumatlarda Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində yer almış çoxsaylı qanun pozuntuları və çeşidli neqativ hallar barədə məlumatlar təqdim olunur. Məlum olduğu kimi bir müddət əvvəl Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Aydın Əliyev tutduğu vəzifədən azad olunmuşdu. Onun əvəzinə isə, Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən kollecin direktoru vəzifəsinə Bəxtiyar Bəxtiyarov təyin olundu. Məlumat üçün qeyd edək ki, bu gün Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində əyani və qiyabi şöbələrdə “Mühasibatlıq uçotu”, “Gömrük işi”, “Vaqon və refrijerator təsərrüfatı”, “Nəqliyyatda daşınmaların ixtisası”, “Yol hərəkətinin inkşafı”, “Poçt rabitəsi”, “Radio rabitə”, “Radio və televiziya verilişləri”, “Çox kanallı telekommunikasiya sistemləri”, “Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vəsaitləri”, “Kompüter sistemləri və kompleksləri” ixtisasları üzrə mütəxəsislər hazırlanır. Bununla belə, bizimdovr.az-a daxil olan yeni məlumatlarda bu dəyişikliyin Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin fəaliyyətində heç bir müsbət nəticəyə səbəb olmadığı vurğulanır. Belə ki, aldığımız məlumatlarda bu kollecdə yenə də çeşidli qanun pozuntularının, müxtəlif korrupsiya hallarının baş alıb getməsinə dair açıqlamalar yer almaqdadır. Kollecdə olan mənbələr bu təhsil müəssisəsindəki vəziyyətin ümumiyyətlə son dərəcə gərgin olduğunu önə çəkirlər. Bu günlərdə “Bizim Dövr” qəzetinin elektron ünvanına kollecdə “Gömrük işi” ixtisası üzrə təhsil alan tələbə Camalov Cəlal tərəfindən təqdim olunmuş ərizədə deyilir: “Yazıb sizə bildirirəm ki, təhsil aldığım kollecdə imtahanlarda olan haqsızlıqlardan şikayətçiyəm. Xahiş edirəm ki, bu məsələ ilə bağlı aidiyyatı olan qurumlara müraciət edəsiniz. İmtahanda iştirak edən nəzarətçilər Ceyhun və Şahin müəlim tələbələrin imtahanı sərbəst və obyektiv şəkildə verməsinə mane olur və səbəbsiz yerə tələbələri imtahandan kənarlaşdırırlar. Həmin nəzarətçilər məni öz mənafeylərinə və prinsiplərinə görə qovulma həddinə çatdırmışdılar. Bu barədə direktor Bəxtiyarov Bəxtiyar müəllimə müraciət etdim. Lakin direktor insan şəxsiyyətinə toxunan ifadələr işlədərək mənimlə çox kobud danışdı və qovaçağı ilə hədələdi...” Həmçinin oxşar ittihamlar bizimdovr.az-a Həsənov Hatəm, Məhərrəmov İxtiyar və daha bir neçə başqa tələbələr tərəfindən təqdim olunan ərizələrdə də öz əksini tapıb. Bildirilir ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tüğyan edən rüşvət yığımlarının başında birbaşa kollecin direktoru Bəxtiyar Bəxtiyarov durur. Məlumatı bizimdovr.az-a təqdim edən mənbənin sözləri ilə desək, burada direktorun göstərişilə müəllim heyəti tələbələrin “qanını sorur”. Məlumatlarda qeyd olunur ki, kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri də etik qaydalardan xeyli uzaqlaşıb. Əslində bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin, onlar davranışlarında da mənfiyə doğru sərbəstləşiblər. Yəni, bu və ya digər fənn üzrə imtahandan pulla qiymət almağın mümkünlüyünü görən tələbə dərsə davamiyyətə məhəl qoymur. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində imtahanları rüşvətlə verməklə yanaşı, təcrübə üçün də hər bir tələbədən 100 manat pul tələb olunur. Əldə etdiyimiz məlumata görə, sözügedən kollecdə rüşvətin yığılması işində sinif nümayəndələri vasitəçi rol oynayırlar. Yəni, onlar tələbələrdən yığılmış toplam pulu müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Müəllimlər də öz növbəsində, ümumi məbləğdən payına düşəni götürüb qalan hissəni məhz Bəxtiyar müəllimə təqdim edirlər...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt