Əsas Səhifə > Cəmiyyət, Manşet > Ermənilər Azərbaycanı genosiddə ittiham edirlər...
Ermənilər Azərbaycanı genosiddə ittiham edirlər...5-04-2016, 10:18 |
DİA.AZ: - Biz hələ heç nə etmirik. Sadəcə olaraq, Azərbaycan başını qaldırıb Qarabağa sarı baxmağa başlayıb... Bu qədər... Yəni nəzərlərimizi yönəltmişik hələ. Gücümü tətbiq etməmişik. Amma görünəni odur ki, ermənilər və onların havadarı olan dairələr, xüsusən də Rusiya dövləti ciddi şəkildə həyəcan keçirməkdədir. Bunu elə Ermənistandadakı ictimai ovqatdan da duymaq olar. Onlar keçən cümədən başlayan proseslər nəticəzində hansı itkilərə məruz qaldıqlarının tam fərqindədirlər. Bizim də itkilərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Zatən torpaqlarımızın qanla yoğrulmalı olduğunun tam fərqindəydik. Bunu yaxşı bilirdik. Odur ki, itkilər bizi nədənsə çəkindirmir. Əksinə əldə etdiyimiz nailiyyətləri daha da artırmağa sövq edir. Amma ermənilər ənənəvi qaydada rəzilliklərini nümyiş etdirirlər. Dayılarını köməyə çağırırlar... Gəlsinlər. Zatən bizim bu yolda kimsədən qorxumuz yoxdur. Allahın verdiyi canımızı bizlər illərdir VƏTƏNƏ QURBAN deyib, nəfəslərimizi almaqdayıq. İllərdir bu əmanəti zar-zro qoruyub bu günə saxlamışıq. Bəlkə də tək türklərdir ki, savaşa təşnə kəsilir. Biz də savaşa təşnəyik. Və qarşımızdakı düşmənin kimliyi bizi maraqlandırmaz. Bizə maraqlı olan həmin düşmənlərin ayaqladığı vətən torpağının naləsidir. Və hədəfimiz də bu naləni sona verməkdir. Səbuhi - DİA.AZ Şəkildən də göründüyü kimi... ermənilər hansı ovqatdadır, özünüz diqqət edin... Geri qayıt |